Robotu mühəndis məxsusi olaraq nikah mərasimi üçün düzəldib.
Koreyanın paytaxtı Seuldan 130 km-lik məsafədə yerləşən Teçjon şəhərində “Tiro” adlı robot koreyalı mühəndis Sok Qyonq Cenin toyunda tamadalıq edib.
Robotu mühəndis məxsusi olaraq nikah mərasimi üçün düzəldib. Tiro evlənənləri qonaqlara təqdim edib, cütlüyə qonaqlara təzim etməyi təklif edib, sonra isə adət üzrə lazım olan (proqramlaşdırılmış) proseduraları yerinə yetirib.
Maşını hazırlayan “Hanool Robotics” şirkətindən bildiriblər ki, Tiro nikah mərasimi aparan ilk robotdur. Bu toydan sonra qiyməti 215 min dollar olan bu robot başqa sahələrdə işləmək üçün modernləşdiriləcək.
Koreyalılar insana bənzər robotu tamada təyin ediblər
Printable View
-
06-22-2007, 11:59 PMElifKoreyalılar insana bənzər robotu tamada təyin ediblər
