Bu gün saat 17:30 radələrində Kürdəmirdə Su-25 qırıcı-bombardmançı təyyarə qəzaya uğrayıb.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, qəza zamanı ekipaj üzvləri katapult yolu ilə xilas olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O, hazırda hadisə yerində olduğunu deyib, təyyarədə olan hər iki ekipaj üzvünün xilas olduğunu bildirib: “Xoşbəxtlikdən qəza nəticəsində ölən və xəsarət alan yoxdur”.
E. Sabiroğlu hadisə barədə daha sonra geniş açıqlama veriləcəyini deyib.
Nizam Rza
LENT.AZ
Hərbi təyyarə düşüb - Herbi teyyare düşüb
Printable View
-
02-03-2011, 08:33 PMAzerbaycanliHərbi təyyarə düşüb - Herbi teyyare düşüb
