Arıların texnologiyanın ən son nailiyyəti sayılan kompyuterlərdən belə 625 dəfə sürətlə çalışdıqları bəlli oldu. Onların işgüzarlığını kompyuterlə tədqiq edən zooloqlar mühüm bilgilər əldə etdilər. Bu gün kompyuterlər bir saniyədə 16 milyard əməliyyat yerinə yetirdikləri halda arıların bu müddət ərzində daha az enerji sərfiyyatı ilə gördükləri işin sayı 10 trilyondur.
Mütəxəssislər çiçəkdən-çiçəyə qonaraq bitkilərin tozlanmasında mühüm rol oynayan arılarla bağlı maraqlı bilgilər də əldə ediblər. Məlum olub ki, bir kiloqram bal istehsal etmək üçün dünyanın çevrəsini 6 dəfə dolaşacaq qədər məsafə qət edən arılar bunun üçün 7 milyon 500 min dəfə çiçəyə qonurlar. Arılar 28 qramlıq bal üçün pətəklə çiçək arasında 1600 gediş-gəliş edirlər. Zooloqlar arıların pətəkdən 6 kilometrə qədər uzaqlaşdıqlarını və bir gündə 225 min çiçəyə qonduqlarını müəyyən etdilər.
Bu arada yumurta dönəmində arı südü ilə bəslənən kraliça arının öz ağırlığının 80 qatı qədər arı südü istehsal etdiyi və gündə 2 min yumurta verdiyi də məlum oldu. Öz ağırlıqlarından 330 dəfə çox yük götürmək imkanlarına malik olan arıların inşa etdikləri pətək gözünün isə ən az bal mumu israf edərək maksimum ölçüdə bal yığmağa uyğun gələn həndəsi fiqur olduğu qeyd edildi.
Zaman
Arıların sürəti
Printable View
-
08-15-2010, 11:52 PMAzerbaycanliArıların sürəti
-
08-15-2010, 11:59 PMXeyallarimRe: Arıların sürəti
SAG OLSUN ARILAR :D HEC OLMASA ONLAR BIZDEN UZ DONDERMEYIBLER BIZE BAL VERIRLER BIZDE YEYIRIK :D
BAL YEMEYI COX XOSLAYIRAM :D
