"@" simvolu Müasir İncəsənət Muzeyinin kolleksiyasına daxil edilib
Nyu-York Müasir İncəsənət Muzeyinin kolleksiyasına "@" simvolu əlavə olunub.
Yeni simvol kolleksiyanın bazar dəyəri olmayan yeganə eksponatıdır.
Muzeyin mütəxəssisləri işarəni müxtəlif şrift şəkillərində təqdim etməyi planlaşdırırlar. Kifayət qədər tarixi olan “@” işarəsinin müasir müəllifi 1971-ci ildə bir serverdən digərinə məktub göndərmək imkanına malik ilk elektron poçt sistemini yaratmış Roy Tomlinson hesab olunur. Məhz Roy Tomlinson "@", “at” işarəsini istifadəçi və server adlarını bir-birindən ayırmaq üçün ilk dəfə tətbiq edib.
Müasir İncəsən Muzeyində qeyd edirlər ki, Roy Tomlinsonun sayəsində "@" simvolu öz mənası dəyişməklə yanaşı (bundan əvvəl işarə əsasən mühasiblər tərəfindən istifadə olunurdu), bütün bəşəriyyətin həyatının vacib bir hissəsinə çevrilib.
[
Virtual dünyanın simvolu
Printable View
-
03-29-2010, 09:09 PMPOWER_RANGERSVirtual dünyanın simvolu
