Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub. ANS PRESS-in məlumatına görə, martın 27-də saat 23:00 radələrində ermənilər Ağdamın işğal olunmuş Tağıbəyli kəndi ərazisindən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Təzəkənd yaşayış məntəqəsini atəşə tutub. 1991-ci il təvəllüdlü Vüsal Salahlı düşmənin hucumunu dəf edərkən baş nahiyəsindən güllə yarası alaraq şəhid olub. Milli ordunun şəhid olmuş əsgəri Abşeron rayon Hərbi komissarlığından hərbi xidmətə çağırılıb.
Milli Ordunun əsgəri şəhid olub
Printable View
-
03-28-2010, 07:37 PMAgLaYaN_BuLuDMilli Ordunun əsgəri şəhid olub
-
03-28-2010, 08:49 PMcanbellRe: Milli Ordunun əsgəri şəhid olub
Alla rehmet elesin demekden bashqa elimizden bir shey gelmir :sorry:
