[
Azərbaycan yay vaxtına keçməyə hazırlaşır. Bu gecə saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkiləcək. Bununla da, həmin andan etibarən Azərbaycanda yay vaxtına keçid tətbiq olunmuş sayılacaq.
Qeyd edək ki, Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, hər il martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir. Oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçid olur və saatlar bir saat geri çəkilir.
Mütəxəssislərin fikrincə, saat əqrəblərinin bir saat irəli, ya geri çəkilməsi əhalinin yalnız 10-15 faizində narahatlıq yarada bilər. 2-3 gündən sonra isə bu, vərdiş halına düşür.
Bu gecə saatların əqrəbi irəli çəkiləcək
Printable View
-
03-27-2010, 07:18 PMAgLaYaN_BuLuDBu gecə saatların əqrəbi irəli çəkiləcək
-
03-28-2010, 01:08 AMcanbellRe: Bu gecə saatların əqrəbi irəli çəkiləcək
Melumatiniza gore tesekkurler. :alqis: bu xeber hem yaxshi oldu hem pis. :D yaxshi ona gore ki vaxti bilecem,pis ona gore ki komputerdeki vaxti indi kim cekecek :(
-
03-28-2010, 01:01 PMAgLaYaN_BuLuDRe: Bu gecə saatların əqrəbi irəli çəkiləcək
demisihk axira kimi deyerik beyaqki movzuda yerlesdirdim nece etmek lazimdir
