ŞƏHİDLƏR
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üç rəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
Zalim öyünməsin zülümləriylə,
Min-bir böhtanıyla, min-bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
Onlar susdurulan haqqın dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.
Dözdü hər zillətə, dözdü hər şeyə,
'Dünyada mənim də haqqım var',- diyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağranı cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Bəxtiyar Vahabzadə
[
[
20 yanvar – Ümumxalq kədər günü
Printable View
-
01-20-2008, 10:53 PMlogman
-
01-20-2008, 11:27 PMSindy
allah rehmet elesin.
-
01-21-2008, 02:44 AMElif
Bayrakları bayrak yapan üstündeki kandır,Toprak eğer uğrunda ölen varsa Vatandır
Şehidleri anmak yetmez onların döktüğü kanın hakkını vermeliyiz :meyus: -
01-21-2008, 11:48 AMFarik-90
ALLAH hamisina rehmet elesin
-
01-21-2008, 05:03 PMrapustadallah rahmet eylesinAlıntı:
Anel Nickli Üyeden Alıntı
-
01-13-2010, 11:13 PMDeli_UREKRe: 20 yanvar – Ümumxalq kədər günü
Allah Bu veten ugrunda olenlere Rehmet Elesin.
-
01-14-2010, 01:13 AMAgLaYaN_BuLuDRe: 20 yanvar – Ümumxalq kədər günü
Allah butun Sehidlerimize Rehmet etsin Amin
-
01-20-2010, 11:40 AMDeli_UREKRe: 20 yanvar – Ümumxalq kədər günü
Bü gün 1 il daha ötdü 20 yanvar faciesinden.çox utaniram özümdənki :meyus: şəhidlərimizin qani yerdə qalib axi mən başina babaq qoyub biğ saxliyan müharibə olanda qaçib xaricdə kef çəkən Bİ QEYRƏTLƏRDƏN.deyiləm.!!!
Bura Mənim torpagimdi!!! -
01-20-2010, 11:44 AMPOWER_RANGERSRe: 20 yanvar – Ümumxalq kədər günü
Allah sebr versin bize :mad:
-
01-20-2010, 11:48 AMDeli_UREKRe: 20 yanvar – Ümumxalq kədər günüAllah Bizə səbr vermə artiq!!!!!!!!!!!!!!!!!!! :mad:Alıntı:
_power_rangers_ Nickli Üyeden Alıntı
