Dəli bir ağlamaq keçir könlümdən ...
Yüyürüb , yüyürüb dərə boyunca
Düşüm çəmən üstə qoy üzüqoylu ,
Öpüm bu torpağı ,
öpüm doyunca ;
Üzümə üz qoysun hər soyuq daşı ,
Qoy şehə qarışsın gözümün yaşı ...
Qurumuş bulaqlar içir könlümdən ,
Dəli bir ağlamaq keçir könlümdən .
Könlünə dəydiyim ,
incitdiyim qız ,
Vüqar kölgəsində yatdığım bəsdir ,
Odlu yanağından su içdiyim qız ,
Bu qədər günaha batdığım bəsdir .
Daha dodaqların titrəməsin qoy ,
Mən sənin qarşında titrəyim , əsim ,
Səndən dünyaları istəmirəm , yox ,
Məni bağışlasan bəsimdir , bəsim ,
Yan desən ,
Alışıb yana bilərəm .
Don desən ,
Yerimdə dona bilərəm !
İndi bilmişəm ki ömür - gün gedir ,
Ən gözəl hisslərim köçür könlümdən ,
Qayıt !
Sən ömrümə təzəlik gətir ;
Dəli bir ağlamaq keçir könlümdən .
Çoxdan qəbirstana düşməyir yolum ,
O tənha məzarı ot basıb bəlkə .
Mənim soyuqluğum , laqeydliyim
Onun sinəsinə od basıb bəlkə .
Bir daş var gözümün yaşına həsrət ,
Dayanıb o giley heykəli kimi .
Əlim torpağına , daşına həsrət ,
Yıxılıb üstünə mən dəli kimi
Ağlayam gərək .
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində saxlayam gərək .
Şöhrətin üstünə yüyürdükcə mən
İstəklər , arzular köçür könlümdən .
Sevgi dumanına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən .
Küləklər oynayır kənd evimizdə ,
Tale baş götürüb apardı məni .
Hörümçək tor qurub pəncərəmizdə .
Həsrətim çırpınır o torda mənim .
Yarasa boylanır uçuq tavandan ,
Bükülmüş dirəklər çat - çat olubdur .
Qorxudan divarın bağrı yarılıb ,
Qapılar çoxalıb dördqat olubdur .
Gedim divarına yalvarım onun ,
Gedim , qapıların qatı açılsın .
Gedim mən sonuncu dirəyi olum ,
Tavanlar çiynimə barı uçulsun ...
Daşı daş üstünə qoyum təzədən ,
Dəlisov küləklər əsir könlümdə !
Elə kövrəlmişəm ,
bilmirəm nədən
Dəli bir ağlamaq keçir könlümdən !
Nüsrət Kəsəmənli
Nüsrət Kəsəmənli
Printable View
-
12-03-2007, 01:29 AMDervich
-
12-07-2007, 04:58 PMDervich
Mənə inanmırsn bir yuxu kimi ,
Qəlbində şübhələr , ehyamlar oyaq .
Yox , mən istəmirəm
bir çoxu kimi
Yaşayaq bu sayaq ,
Ölək bu sayaq .....
Niyə baxışların üşüdür məni ;
Qəlbin ki qəlbimdə qızınmaq istər.
Nə sevgi yenidir ,
Nə nifrət yeni ;
Elə tərəddüd də köhnədir , yetər !...
Bəlkə də adıma çox söz deyirlər ,
İstəsən inanma ,
İstəsən inan ....
Ayıq ol ...
Adama çox söz deyərlər
Gör hansı doğrudur ,
Gör hansı yalan .
Yaxın gəl ,
Oduna gir bu ürəyin ,
Sevənlər payıza , qışa bürünməz .
Əsl çiçəklərlə kağız çiçəyin
Uzaqdan baxmaqla fərqi bilinməz ...
Hərdən zəng edirsən ,...
Susursan niyə ?
Sənin sükutun da tanışdır mənə .
Bir də zəng edirsən hirslənim deyə ,
Dəstəyi çırpıram əsəblərmə ....
Bir dəstək gülüşlü ,
Biri əsəbi .
Başlayır telefon oynu sonra .
Bilirəm susmağın nədir səbəbi ;
Ox atıb gizlətmə yayını sonra ...
Mənə inanmırsan bir yuxu kimi ,
Qəlbində şübhələr , ehyamlar oyaq ,
Yox , mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq ,
Ölək bu sayaq .
Nüsrət Kəsəmənli
-
12-07-2007, 05:04 PMDervichAlıntı:
Dede Nickli Üyeden Alıntı
Danış , nə istəsən mənə sən danış ,
Nə gözün görünür , nə çöhrən sənin .
Ürəksiz sözü də ürəkdən danış ,
Kim xəbər tutacaq qəlbindən sənin ?!
Dəstəyi yerindən götürən zaman
Bilirəm dilindən nələr qopacaq .
Köksünü yalandan ötürən zaman
" Aldatdım " deyərək öyünmə ancaq .
O ahlar , titrəyən o səsin ki var ,
Bilirəm , əvvəldən hazırlanıbdı .
Qırıq - qırıq gələn nəfəsin ki var
Bir vaxt könlüm ona çox inanıbdı .
Danış , nə istəsən elə danış ki ,
Özün kövrələsən öz sözlərindən .
Ürəyim o qədər məst olmamış ki ,
Sənin sözlərinə uyam bir də mən .
Danış , əllərindən hələ getməmiş ,
Mənim əlllərimin hərarətindən .
Danış həzin - həzin kama yetməmiş
Guya yetim qalmış məhəbbətindən .
O cansız dəstəyə de bir qədər də ,
Görüşə gizlicə çıxmağımızdan .
Əsaslı - əsassız xatirələr də
Axsın telefona qoy zaman - zaman .
Danış , nə mən oyam , nə də sən osan -
Yaxşı tanıyırıq bir - birimizi .
Məsəldir bir dəfə yıxılar insan ,
Sıyrılar dirsıyi , qanayar dizi .
Danış telefonun buz dəstəyinə ,
Sözünü kəsmərəm indi mən sənin .
Ağzına nə gəlsə de , danış yenə ,
Nə gözün görünür , nə çöhrən sənin .
Əlağa Kürçaylı
