Nüsret Kesemenlinin de çox gözel şerleri var. Amma mende çox azdır onun şerleri. Kimde varsa paylaşaq belke. Evvelceden teşekkürler.
IRADESIZLIK..
Zeng etmeyecem sene,
Evvel telefon nomresini unudacagam,
sonra seni.
Barmaqlarimin yaddasindan sileceyem sachlarinin yumshaqligini.
Gelmeyeceyem size teref;
behane edeceyem yollarin uzaqligini..
Qovacagam yaddashimdan
xirmandan serche qovan kimi
saridimdik xatirelerini.
Qerezli arzulartek ureyimde bosh qoyacagam yerini.
Zeng etmeyecem sene.
Eli qoynunda qalacaq lal telefonun,
shushe gozlerinden kederli reqemler boylanacaq sene.
Kederle baxacaqsan sukutun hedesine.
Her gece yuxulu gozlerinde birgunluk umid olecek;
yuxuna qorxulu shubheler tokulecek,
balincin qarisi ushuyecek...
Zeng etmeyecem sene?
Boshaldi cibimin 2 qepiklik yuku.
Avtomat telefonlarin azalacaq bir sakini,
Iki yeri bosh qalacaq arxa sirasinda kinoteatrlarin,
adini tapmayacaqsan arasinda yeni yazdigim setirlerin.
...bu gunun de sensiz axhsami geldi...,
evdesenmi goresen?
Telefonun yanindami dayanmisan yene sen?
Sesim isidermi otaginizi?
Menden yeni qeybetler edibmi qonshu qizi?!
Boylanirsanmi yene menim geldiyim yola?...
Yordu "belke"ler meni,
- xaloglu, belke 2 qepiyin ola?!...
Nüsrət Kəsəmənli
Printable View
-
05-20-2007, 05:23 AMManolitaNüsrət Kəsəmənli
-
05-20-2007, 05:26 AMManolita
GETMEK ISTEYIRSEN, BEHANESIZ GET
Getmek isteyirsen, behanesiz get,
oyatma murgulu xatireleri.
Sesi hemin sesdir, baxisin ogey,
gedirsen sesin de yad olsun, bari.
Sen deniz qoynuna tullanmis cicek,
ustune dalgalar atilacaqdir.
Saxta mehebbetin saxta sened tek
ne vaxtsa ustunde tutulacaqdir.
Demirem, sen uca bir dagsan, eyil
demirem, elacim qalibdir sene.
Ne sende mehebbet qara pul deyil,
ne men dilenciyem, el acim sene.
Dosenim yollar tek ayaqlarina,
sene yalvarim men, bu mumkun deyil.
Qoymaram qelbim tek vuqarim sina,
alcalib yasamaq omur-gun deyil.
Getmek isteyirsen, o yol, o da sen,
bir cut goz baxacaq arxanca senin.
Getdinmi, geriye donmek istesen,
tikanli yastiga donecek yerin.
Getmek isteyirsen ne danis ne din
Yox ol uzaglartek dumanda cende
Neyimi sevmisdin deye bilmedin
Indise yuz eyib gorursen mende
Getmek isteyirsen, behanesiz get,
oyatma murgulu xatireleri.
Sesi hemin sesdir, baxisin ogey,
gedirsen sesin de yad olsun, bari. -
05-20-2007, 05:38 AMManolita
Ellerin elime deymeyeydi kash,
Sachlarin uzume toxunmayaydi.
Gerek evvelki tek sen ureyi dash,
Ele evvelki tek saymaz olaydin…
Bu istilik hardan, sen ki, buz idin,
Qelbimden sen niye ovcuma dushdun?
Sen Mene elchatmaz bir ulduz idin,
Goylerden qolumun ustune dushdun.
Bu da vusal gunu… Yox, sevinmirem,
Indi darixiram bes neler uchun?
Menmi bu zirveye chixdim, bilmirem,
Yoxsa sen darixdin dereler uchun?
Oten gunlerime bir umman dedim,
Boshalib ureyim, dolmur ki, dolmur.
Sahile chatmisham, haraya gedim?
Denize meqsedsiz qayitmaq olmur… -
05-20-2007, 01:40 PMAzerbaycanliNüsret Kesemenli - Seni unutsam ...
Səni unutsam...
Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
göylərə baxmışıq aylı gecədə
unutsam göyləri unudam gərək!
----
Dənizi unudum, ya dalğaları
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!
----
De necə unudum mən səni necə?
sevgi durna dəyil payızda köçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!
----
Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gözümdən axan
yağışı, selləri unudam gərək!
----
Sinəmdə pəşiman ürəyim qaldı
uçdun əllərimdə lələyim qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!
Nüsrət Kəsəmənli -
05-20-2007, 01:42 PMAzerbaycanliNüsret Kesemenli - Deli bir ağlamaq keçir könlümden...
Nüsrət Kəsəmənli - Dəli bir ağlamaq keçir könlümdən...
Yüyürüb-yüyürüb dərə boyunca
Düşüm çəmən ustə qoy üzü quylu
Öpüm bu torpağı, öpüm doyunca
Üzümə üz qoysun hər soyuq daşı
Qoy şehə qarışsın gözümün yaşı
Qurumuş bulaqlar içir könlümdən
Dəli bir ağlamaq keçir könlümdən...
Könlünə dəydigim, incitdigim qız
Vuqar kölgəsində yatdığım bəsdir
Odlu yanağından su içdigim qız
Bu qədər günaha batdığım bəsdir
Daha dodaqların titrəməsin qoy
Mən sənin qarşında titrəyim, əsim
Səndən dünyaları istəmirəm yox
Məni bağışlasan bəsimdir bəsim
Can desən alışıb yana bilərəm
Dön desən yerimdə dona bilərəm
Indi bilmişəm ki ömür-gün gedir
ən gözəl hislərim köçür könlümdən
qayıt!
Sən ömrümə təzəlik gətir
Dəli bir ağlamaq keçir könlümdən...
Coxdandı qəbristana düşməyir yolum
O tənha məzarı ot basıb bəlkə
Mənim soyuqluğum, laqeydligim
Onun sinəsinə od basıb bəlkə
Bir daş var gözümün yaşına həsrət
Dayanıb o giley heykəli kimi
əlim torpağına- daşına həsrət
yıxılıb ustunə mən dəli kimi
ağlayam gərək!
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində
saxlayam gərək!
Şöhrətin ustunə yüyürdükcə mən
Istəklər, arzular köçür könlümdən
Sevgi dünyasına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən...
Küləklər oynayır kənd evimizdə
Taleh baş götürüb apardı məni
Hörümcək tor qurub pəncərəmizdə
Həsrətim çırpınır o torda mənim
Yarasa boylanır uçur tavandan
Bükülmüş dirəklər çat-çat olubdur
Qorxudan dıvarın bağrı yarılıb
Qapılar çoxalıb dördqat olubdur
Gedim dıvarına yalvarım onun
Gedim qapıların qatı açılsın
Gedim mən sonuncu dirəyi olum
Tavanlar çinimə barı uçulsun
Daşı daş ustunə qoyum təzədən
Dəlisov küləklər əsir könlümdən
Elə kövrəlmişəm!
Bilmirəm nədən!
Dəli bir ağlamaq keçir könlümdən...
Nüsrət Kəsəmənli -
05-20-2007, 01:45 PMAzerbaycanliNüsret Kesemenli - Bu bizim Vetenimizdir
Nüsrət Kəsəmənli - Bu bizim Vətənimizdir
Xəritədə ac köpəklərin çeynədiyi,
Qoyun dərisinə bənzəyən.
Iynə kimi özü lüt,
Özgəliyi bəzəyən.
Ayağını itlər,
Yaxasını bitlər yiyən.
Bu bizim Vətənimizdir!
Azadlıq deməkdən,
yırtılan boğazıyla.
Cəhənnəm qışıyla,
Cənnət yazıyla.
Bol-bol ciblərə dolan,
Neftiylə, qazıyla.
Bu bizim Vətənimizdir!
Ağlamaqdan gözlərində yaş qalmadı.
Sabahını düşünməyə,
Bir ağıllı baş qalmadı.
Gələn vurdu, gedən vurdu,
Daş üstündə daş qalmadı.
Bu bizim Vətənizmizdir!
Qanlı köynəyi əyninə yapışıq,
O, yanıb, biz yanmışıq.
Vətən xarabaya dönəndən sonra qanmışıq.
Bu bizim Vətənimizdir!
Gecəsi zülmət,
Gündüzü qaranlıq.
Kədəri əbədi,
Sevinci bir anlıq.
Özü boyda qəbristanlıq.
Bu bizim Vətənimizdir!
Özü də bilmir hara tələsir,
Qələtini axtarır.
Hələ indi dilini, millətini axtarır.
Özü özünü öldürüb, öz çiyinində aparır.
Bu bizim Vətənimizdir!
Bəd günü ilə, xoş günü ilə,
Daim əli boş günü ilə,
Qaçqınıyla, köçkünü ilə
Bu bizim Vətənimizdir!
Nüsrət Kəsəmənli -
05-20-2007, 02:37 PMSindy
lezzet eledi cox tesekkurlerr
-
05-21-2007, 02:21 AMElif
Çox gözel. çox çox gözel... devamı yoxdu?
-
05-21-2007, 09:59 PMManolita
Aldanmış mektublar.....
Her setir üstünde titreyib elim
Setirler qelbimden od alıbdılar
Men sene bir defe aldandım gülüm
Mektublar ömürlük aldanıbdılar.
Meni xatırlama özge ol, yad ol
Oyuncaq olmasın mektublar barı
Ömründe birce yol alicenab ol
Yandır xatiremi - o mektubları.
Onda üreyimin harayı ahı
Qelbimin utancaq sevdası yatır
Orda vüqarımın sınmış günahı
Kövrek bir neğmenin sedası yatır.
Dağılar şöhretin dumanı çeni
Udar bir ac balıq incitek seni
Yazdığım setirler ac toxum kimi
Bir gün göz yaşını içecek senin.
Mektublar içinde neyim nelerim...
Alovlu setirler gizli qem kimi
Yandır mektubları....xatirelerim
Yansın küle dönsün qor kerem kimi
Sene ümid dolu dikilen gözler
Yene xatirede dönüb qalandır.
Elim ese - ese yazdığım sözler
O zaman düz idi indi yalandır...
Heyatın özünde sınadım seni,
Deme bahar idim, indiyse qışam
Yaxşı ki sonradan tanıdım seni
Yaxşı ki ömürlük aldanmamışam. -
05-21-2007, 10:22 PMManolita
Getmek isteyirsen, behanesiz get....
Getmek isteyirsen, behanseiz get,
Oyatma mürgülu xatireleri.
Sesi hemin sesdir, baxışın ögey
Gediresen sesin de yad olsun barı.
Sen deniz qoynuna tullanmış çiçek,
Üstüne dalğalar atılacaqdır.
Saxta mehebbetin saxta sened tek
Ne vaxtsa üstünde tutulacaqdır.
Demirem, sen uca bir dağsan, eyil
Demirem, elacım qalıbdır sene.
Ne sende mehebbet qara pul deyil,
Ne men dilençiyem, el açım sene....
Döşenim yollar tek ayaqlarına,
Döşenim yollar tek ayaqlarına,
Qoymaram qelbim tek vüqarım sına,
El çalıb yaşamaq ömür - gün deyil.
Getmek isteyirsen, o yol, o da sen
Bir cüt göz baxacaq arxanca senin.
Getdinmi geriye dönmek istesen,
Tikanlı yastığa dönecek yerin.
Getmek isteyirsen ne danış ne din.
Yox ol uzaqlartek dumanda çende
Neyimi sevmişdin deye bilmedin,
İndiyse yüz eyib görürsen mende.
Getmek isteyirsen, behanesiz get,
Oyatma mürgülü xatireleri.
Sesi hemin sesdir, baxışın ögey,
Gedirsen sesin de yad olsun barı......... -
05-25-2007, 01:45 AMManolita
Deyesen bir şeri iki defe yazmışam axı. Neyniyim e. o qeder xoşuma gelir ki o şer..............İnşallah yenileri de olar. Amma deyesen Nüsret Kesemenlinin şerlerini bilen yoxdur axı.............. :roll:
-
05-25-2007, 01:52 AMElifMen de en çox o şeri sevdim Manolita. Qoy qalsın gözeldi :DAlıntı:
Manolita Nickli Üyeden Alıntı
Bir de bu:
Səni unutsam...
Bir de bu:
Dəli bir ağlamaq keçir könlümdən...
:D:D
Hamı gözeldi ::yerivar:: -
05-25-2007, 01:55 AMManolita
Biri vardi, biri yox........
Olan olub keçen keçib belke de
İndi daha kövrelmeyin yeri yox
Ömrüm boyu bele gelib menimki
Evvelinden biri vardi, biri yox.
Uzaqdaydı men isteyen ocaqlar
Üreyimden gelib keçdi sazaqlar
Atalıydı analıydı uşaqlar
Bizim evde biri vadı biri yox
Gözlerime doldurmasam yağışı
Bir köynekde çıxarmasam men qışı
Şalvar pencek geyinirdi tay-tuşum
Mende ise biri vardı biri yox....
Qelbim yandı ilk sevgimden eşqimden
Dara düşdüm el ummadım heç kimden
Meclislerde can deyib can eşiden
Dostlarımın biri vardı biri yox.
Üzüm güldü telebeyem deyende
Sıxılırdım dost penceyi geyende
Müellimle dil tapa bilmeyende
Qiymetimin biri vardı, biri yox
Men orduya neler görüb getmişdim
Ürek alıb ürek verib getmişdim
İki qıza könül verib getmişdim
Qayıdanda biri vardı, biri yox..
Uzaq gezdi emi, dayı, bibiler
Söz arası mene evlen dediler
Nişan üçün iki şey istediler
Mende ise biri vardı, biri yox....
Vaxt gelecek bu günü göreceksen
Çox suala gözünü döyeceksen
Vaxt gelecek sen özün deyeceksen
Deyeceksen, biri vardı, biri yox........
:cry: :cry: :cry: -
05-25-2007, 01:58 AMManolitaÇooox sağ ol Elif. :)Alıntı:
elif-elif Nickli Üyeden Alıntı
He o şerler menim de çox xoşuma gelir.. -
05-25-2007, 02:35 AMfidan494[ :wink:Alıntı:
Manolita Nickli Üyeden Alıntı
-
05-25-2007, 02:41 AMElifSağol Fidan. 494 dene teşekkür eleyirem :)Alıntı:
fidan494 Nickli Üyeden Alıntı
-
05-25-2007, 03:27 AMManolitaÇox sağ ol fidan...Alıntı:
fidan494 Nickli Üyeden Alıntı
-
05-25-2007, 06:20 AMfidan494Alıntı:
elif-elif Nickli Üyeden Alıntı
bir şey deyilAlıntı:
Manolita Nickli Üyeden Alıntı
-
07-20-2007, 10:37 PMSindy
Sen deme yenden sevmek olarmis ..
Sen deme,tezeden sevmek olarmIsh
Tale de tezeden gule bilermIsh,
Kusub goz yashli geden mehebbet
Peshiman-peshiman done bilermish.
Urek bulud kimi boshalIrsa da
Demek, bulud kimi tezeden dolur.
Sonuncu solesi titeyen shamdan
AyrI bir shamI da yandiraq olur.
Sen deme tezeden sevmek olarmIsh,
Kohne yaralarI vaxt zaman silir,
Kesilen budaqla olen agaclar
Teze pohrelerle dirile bilir.
Aglaya-aglaya dunyaya gelib,
Biz ana suduyle gulmemishikmi?
Her axsham sapsarI batan guneshi
Her seher teze-ter gormemishikmi?
Sen deme tezeden sevmek olarmIsh,
Sevgi furset deyil qush kimi uca.
Ne de kolgedir ki,
Qacasan qova,
Ya da sen qovasan,
O senden qaca ..
Cixarsan qelbinden oten sevgini,
Bir gun de tenhalIq sIxacaq seni.
Kimese etdiyin yaxshiliq kimi
Mehebbet qarshina cixacaq senin.
Men ki, gormemishem sevgini susan,
Mehebbet zirved beslenen qarmish.
Kim deyir,bir defe sevilir insan,
Sen deme her zaman sevmek olarmish .
. Nusret Kesemenli. -
10-22-2007, 04:22 PMhani
Manolita, огромное спасибо ВАМ за стихи.
С уважением: Хани из Минска. -
12-01-2007, 12:38 AMvusal_21
E’TIRAF
Fikirli gelirem, dalgin gelirem,
Qaygili gozlerin cekir seklimi.
Be’zen gec gelirem, yorgun gelirem
Bitirsen qapida benovse kimi...
Belke min sucumu bilmisen menim,
Birini uzume vurmamisan hec.
Eyhamla uzume gulmusen menim,
Birce yol uzume durmamisan hec.
Her kes taleyile gelir heyata,
Demirem, ureyi yumsaq olmusam.
Decel usaqlara mulayim ata,
Senincun en decel usaq olmusam.
Sensen daglar kimi sebrle dozen
Belke tereddudle cox doyusmusen.
Isti bir sevgiden yazmisam be’zen,
Soyumus cayimi sen deyismisen...
Uzumde kederden bir iz gorende,
Sirinim olmusan, acim olmusan.
Qohumdan, tanisdan pis uz gorende
Sen anam olmusa, bacim olmusan.
Bir kovrek se’rimden gozlerin dolub,
Ne deyim, ozgeden cox yazib qelem.
Ne qeder duyunlu gunumuz olub,
Duyunlu qasini gormemisem men...
Bir elin metbexde qabda-qasiqda,
Bir gozun istide, tustude olub.
Bir elin besikde ogul-usaqda,
Bir gozun hemise ustumde olub.
Yollar carpaz-carpaz, yollar qarisiq...
Gece yol gedirem qulagi sesde.
Bizim pencereden suzulen isiq-
Gozumun nurudur yolumun uste.
Fikirli gelirem, dalgin gelirem,
Qaygili gozlerin cekir seklimi.
Be’zen gec gelirem, yorgun gelirem
Bitirsen qapida benovse kimi... -
12-01-2007, 12:39 AMvusal_21
MENIM BU SEHERDE KIMIM VAR AXI
Menim bu seherde kimim var axi?
Her qapi doymeye uzum gelmeyir
Uzumu taleye tutub gedirem
Tale de hemise uze gulmeyir.
Ayagim altinda tanis sekiller
Onumde acilan menzere bozdur
Coxdan kohnelibdir eynimdekiler
Ne qeder cirpsam da yene de tozdur.
Gozden oxuyuram bic terifleri
Meqsedli sagliqlar hirsimi bogur.
Kiminse baslayir hesed agrisi,
Menimcun telefon hedesi dogur...
Menim bu seherde kimim var axi…
Taleyin verdiyi paya – paxilliq
Boyu ki, men ozum qazanmamisam,
Allahin verdiyi boya – paxilliq
Menim bu seherde kimim var, axi…
Kohne mehebbetin qiz tanislari...
Her seher gorduyum oyaq bir yuxu,
Salam tanislari, uz tanislari...
Bir de ilhamimin tanis nefesi
Onun da kusulu anlari coxdur.
Heftenin bes gunluk qazanc qefesi,-
Bes eder... nefsimin gozleri toxdur...
Menim bu seherde kimim var, axi…
Bu omrun sonuna gumanim azdir
Seyyah ayaqlarim, fehle ellerim
Bir de ki, dunyaya baxdigim gozdur:
Cicekleri gorur, tikani gormur.
Ustune firlanan sukani gormur,
Usaq guldurmeye koke axtarir,
Elinden alinan tikeni gormur.
Yaxsilar yolunda ciraq kimidir,
Yamanlar tulkutek pusquda durub
Sevinc de bir suse araq kimidir
Onu da verdisli eyyaslar vurub...
Size guvenirem yaxsi adamlar,
Sizin adiniza gelmisem bura
Qardastek, ogultek qoruyun meni
Bir insan omrunu vurum axira,
Menim bu seherde kimim var axi… -
12-01-2007, 09:53 PMAnel
Mənə qadan alım demə, əzizim,
Mən sənin başına d -
12-01-2007, 09:57 PMAnel
NİYƏ GƏLDİN....
Niyə gəldin, axı,
Səni mən -
12-01-2007, 11:14 PMSindy
super...
-
12-02-2007, 09:57 AMmateriya
Nüsrət Kəsəmənli: DÜNƏN TOYUN İDİ
Sağlıqlqr deyildi çığır bağırla,
Üşüyən qəlbinə girən oldumu?
Gözündən qəlbinə düşən cığırla
Axan göz yaşını görən oldumu?
Cağlıqlar uzandı səhərə kimi
Çalıb-oynadılar, kef elədilər.
Çırpıb pillələrə son ümüdimi
Vağzalı üstündə dəfn eylədilər.
Son ümid! O mənim gərəyim idi..
Yoluna şam tutdu neçə qız gəlin.
Şam deyil o mənim ürəyim idi:
Son dəfə yanırdı yolunda sənin
Getdin o köhnə yol nur yolu idi.
İzin düşən yerdə gül açmadıki?!
Özgəylə keçirdin o yolu indi,
Ayağın altından yer qaçmadıki?!
Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər.
Düşüb qədəminə hər yoxuş, eniş
Niyə ürəyimə çəkilmədilər...
Başına gül çiçək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
Get deyib alnından öpdülər o gün
Alnından öpdülər o gün
Sınıq taleyini düzəltmədilər...
Güldün, Gülüşünün ömrü çox qısa.
Bir həsrət axırdı qanında sənin.
orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında senin.
Dünən toyun idi...
Xoşbəxt olasan!
Görünür bu bize qismet deyilmiş
Unut!
Elə bil ki,
Sevdiyin oğlan
Getdiyin oğlanmış,
Nüsrət deyilmiş... -
12-02-2007, 06:51 PMDervich
Məhəbbətdən küsəndə
Yazırıq sevgidən ,
Yazırıq ancaq .
Elə sətirlərdə alışırıq biz .
Məhəbbət olubdur oyun - oyuncaq ,
Hansı məhəbbətdən danışırıq biz .
Odlara qlanmaq ötəri hissdir ,
Kəlmələr biçimli ,
Sözlər biçimli .
Çoxları diplomsuz mütəxəsisdir ,
Eh , ürək aldatmaq bir su içimi .
Sevimmi ?!...
Tərəddüd qət edə bilmir ,
Bəzən itiririk inam ümidi .
Ürək var duyğular fəth edə bilmir ,
Ürək var həndəsi fiqur kimidir .
Bir qəlbə girəndə boyalı sözlər ,
Görən öz sözünü ürək dedimi ?!
Axtarır ,
Axtarır ,
Axtarır gözlər ;
İşləyən bir saat kəfkiri kimi .
Təbəssümlər saxta , söz qiymətlidir ,
Yalanı yalanla alqışlayırlar .
Çoxları könüldən səxavətlidir ,
Hər qıza bir könül bağışlayırlar ...
Elə məhəbbətən yazırıq ancaq ,
Elə sətirlərdə alışırıq biz .
Məhəbbət olubdur oyun - oyuncaq ;
Hansı məhəbbətdən danışırıq biz !
Nüsrət kəsəmənli -
12-02-2007, 07:37 PMmateriya
:aferin:
-
12-02-2007, 11:59 PMAnel
Bir sevda ağlayır...
Gəl dedim, k -
12-03-2007, 01:22 AMDervich
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Kiminsə gözünə yaş gələcəkdir .
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bir daş qəmli-qəmli dikiləcəkdir .....
Dodaqdan gülüş tək silinər adım ,
Ömür - sonu gələn keçilən yoldur .
Dünya gəlişimdən xəbər tutmadı ,
Bəlkə gedişim də xəbərsiz oldu .
Köçüb gedəcəyəm günün birində ,
Hicran göyərəcək yerimdə mənim .
Kimlərinsə gizli cib dəftərində
Öləcək telefon nömrəm də mənim .
Qara çərçivədən baxacaq şəklim ,
Soyuq gözlərimdə daldalanar qəm .
Sinəmdə duyğu tək yatar əllərim
Oyadıb son şeri yaza bilmərəm .
Qara daş doğular ,
Soyuq , mən adda ;
Bir qadın hıçqırıb saçını yolar .
Ayrılıb gedərəm , tabutum altda
Dörd çiyin görüşər ,
Dörd ürək vurar .....
Mənim çarpayımda süküt uyuyar ,
Artar bir sakini qəbirstanın da .
Bir çiçək köksünü sinəmə qoyar ,
Rəngi ləçəklərə keçər qanın da .
Gəlib bu çiçəyi dərənim olmaz ,
Bahar göyərdəcək , qış solduracaq .
Kiçik bir təpədə çiçəklər hər yaz
Yorulmuş çiynində qəm qaldıracaq .
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bəlkə yüz il sonra , bəlkə də sabah .
Bəlkə bir Qu kimi çırpınıb bu gün
Nəğmə oxuyuram ölümdən qabaq ......
Nüsrət Kəsəmənli .
Hara gedirsən ?!
Şirin röyamısan ,
Ya xəyalmısan ,
Min cavab axtaran bir sualmısan .
Ümidim , nə yaman sən qocalmısan , -
De hara gedirsən ,
Hara gedirsən ?!
Yolların əvvəli , axırı varmı ,
Bu payız ömrümün baharı varmı ,
Çağırsam harayım sənə çatarmı ,
De hara gedirsən , hara gedirsən ?
Taleyin aldığı həsrətli ilsən ,
Necə gözləmişəm mən səni bilsən .
Sən səyyah deyilsən , yolçu deyilsən ,
De hara gedirsən , hara gedirsən ?
Günlərim əriyib , illərim axıb ,
Başımda nə qədər şimşəklər çaxıb ,
Mənim bu yıxılmış dünyamı yıxıb
De hara gedirsən , hara gedirsən ?
Sevincim ac qalıb , kədərim doyub ,
Rəngli günlərimi göz yaşım yuyub .
Məni bu kədərin əlində qoyub
De hara gedirsən ,
Hara gedirsən ?
Nüsrət Kəsəmənli -
12-03-2007, 01:29 AMDervich
Dəli bir ağlamaq keçir könlümdən ...
Yüyürüb , yüyürüb dərə boyunca
Düşüm çəmən üstə qoy üzüqoylu ,
Öpüm bu torpağı ,
öpüm doyunca ;
Üzümə üz qoysun hər soyuq daşı ,
Qoy şehə qarışsın gözümün yaşı ...
Qurumuş bulaqlar içir könlümdən ,
Dəli bir ağlamaq keçir könlümdən .
Könlünə dəydiyim ,
incitdiyim qız ,
Vüqar kölgəsində yatdığım bəsdir ,
Odlu yanağından su içdiyim qız ,
Bu qədər günaha batdığım bəsdir .
Daha dodaqların titrəməsin qoy ,
Mən sənin qarşında titrəyim , əsim ,
Səndən dünyaları istəmirəm , yox ,
Məni bağışlasan bəsimdir , bəsim ,
Yan desən ,
Alışıb yana bilərəm .
Don desən ,
Yerimdə dona bilərəm !
İndi bilmişəm ki ömür - gün gedir ,
Ən gözəl hisslərim köçür könlümdən ,
Qayıt !
Sən ömrümə təzəlik gətir ;
Dəli bir ağlamaq keçir könlümdən .
Çoxdan qəbirstana düşməyir yolum ,
O tənha məzarı ot basıb bəlkə .
Mənim soyuqluğum , laqeydliyim
Onun sinəsinə od basıb bəlkə .
Bir daş var gözümün yaşına həsrət ,
Dayanıb o giley heykəli kimi .
Əlim torpağına , daşına həsrət ,
Yıxılıb üstünə mən dəli kimi
Ağlayam gərək .
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində saxlayam gərək .
Şöhrətin üstünə yüyürdükcə mən
İstəklər , arzular köçür könlümdən .
Sevgi dumanına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən .
Küləklər oynayır kənd evimizdə ,
Tale baş götürüb apardı məni .
Hörümçək tor qurub pəncərəmizdə .
Həsrətim çırpınır o torda mənim .
Yarasa boylanır uçuq tavandan ,
Bükülmüş dirəklər çat - çat olubdur .
Qorxudan divarın bağrı yarılıb ,
Qapılar çoxalıb dördqat olubdur .
Gedim divarına yalvarım onun ,
Gedim , qapıların qatı açılsın .
Gedim mən sonuncu dirəyi olum ,
Tavanlar çiynimə barı uçulsun ...
Daşı daş üstünə qoyum təzədən ,
Dəlisov küləklər əsir könlümdə !
Elə kövrəlmişəm ,
bilmirəm nədən
Dəli bir ağlamaq keçir könlümdən !
Nüsrət Kəsəmənli -
12-07-2007, 04:58 PMDervich
Mənə inanmırsn bir yuxu kimi ,
Qəlbində şübhələr , ehyamlar oyaq .
Yox , mən istəmirəm
bir çoxu kimi
Yaşayaq bu sayaq ,
Ölək bu sayaq .....
Niyə baxışların üşüdür məni ;
Qəlbin ki qəlbimdə qızınmaq istər.
Nə sevgi yenidir ,
Nə nifrət yeni ;
Elə tərəddüd də köhnədir , yetər !...
Bəlkə də adıma çox söz deyirlər ,
İstəsən inanma ,
İstəsən inan ....
Ayıq ol ...
Adama çox söz deyərlər
Gör hansı doğrudur ,
Gör hansı yalan .
Yaxın gəl ,
Oduna gir bu ürəyin ,
Sevənlər payıza , qışa bürünməz .
Əsl çiçəklərlə kağız çiçəyin
Uzaqdan baxmaqla fərqi bilinməz ...
Hərdən zəng edirsən ,...
Susursan niyə ?
Sənin sükutun da tanışdır mənə .
Bir də zəng edirsən hirslənim deyə ,
Dəstəyi çırpıram əsəblərmə ....
Bir dəstək gülüşlü ,
Biri əsəbi .
Başlayır telefon oynu sonra .
Bilirəm susmağın nədir səbəbi ;
Ox atıb gizlətmə yayını sonra ...
Mənə inanmırsan bir yuxu kimi ,
Qəlbində şübhələr , ehyamlar oyaq ,
Yox , mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq ,
Ölək bu sayaq .
Nüsrət Kəsəmənli
-
12-07-2007, 05:04 PMDervichAlıntı:
Dede Nickli Üyeden Alıntı
Danış , nə istəsən mənə sən danış ,
Nə gözün görünür , nə çöhrən sənin .
Ürəksiz sözü də ürəkdən danış ,
Kim xəbər tutacaq qəlbindən sənin ?!
Dəstəyi yerindən götürən zaman
Bilirəm dilindən nələr qopacaq .
Köksünü yalandan ötürən zaman
" Aldatdım " deyərək öyünmə ancaq .
O ahlar , titrəyən o səsin ki var ,
Bilirəm , əvvəldən hazırlanıbdı .
Qırıq - qırıq gələn nəfəsin ki var
Bir vaxt könlüm ona çox inanıbdı .
Danış , nə istəsən elə danış ki ,
Özün kövrələsən öz sözlərindən .
Ürəyim o qədər məst olmamış ki ,
Sənin sözlərinə uyam bir də mən .
Danış , əllərindən hələ getməmiş ,
Mənim əlllərimin hərarətindən .
Danış həzin - həzin kama yetməmiş
Guya yetim qalmış məhəbbətindən .
O cansız dəstəyə de bir qədər də ,
Görüşə gizlicə çıxmağımızdan .
Əsaslı - əsassız xatirələr də
Axsın telefona qoy zaman - zaman .
Danış , nə mən oyam , nə də sən osan -
Yaxşı tanıyırıq bir - birimizi .
Məsəldir bir dəfə yıxılar insan ,
Sıyrılar dirsıyi , qanayar dizi .
Danış telefonun buz dəstəyinə ,
Sözünü kəsmərəm indi mən sənin .
Ağzına nə gəlsə de , danış yenə ,
Nə gözün görünür , nə çöhrən sənin .
Əlağa Kürçaylı
