2 sonuçtan 1 ile 2 arası

Üzeyir Hacıbəyov ( Hacıbəyli) bioqrafiya

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Üzeyir Hacıbəyov ( Hacıbəyli) bioqrafiya

    Üzeyir Hacıbəyov (Hacıbəyli) Üzeyir bəy Əbdülhüseyn oğlu (1885-1948) - Azərbaycan bəstəkarı, musiqişünas, alim, publisist, dramaturq, pedaqoq, tərcüməçi, dirijor və içtimai xadimdir. Bütün Şərqdə ilk opera və operettaların yaradıcısı, SSRI xalq artisti (1938), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Stalin mükafatları laureatı (1941, 1946), Azərbaycan Bəstəkarlar Ittifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929; 1939-1948), Azərbaycan EA-da Incəsənət Institutunun direktoru (1945-1948) olmuşdur.

    Üzeyir Hacıbəyov şair və yazıcıları, nəqqaş və rəssamları, bəstəkar və ifacıları ilə məşhur olan Qarabağ torpağında dünyaya göz acmışdır. O, 1885-ci ildə sentyabr ayının 18-də Şuşa qəzasının Ağcabədi mahalında mirzə ailəsində doğulmuşdur.

    Onun uşaqlıq illəri istedadlar məskəni, musiqiçilər diyarı, Şərqin konservatoriyası adlanan, Azərbaycanın ən gözəl guşələrindən biri olan qədim Şuşa şəhərində keçmişdir. O, ilk təhsilini mədrəsədə almış, fars və ərəb dillərini mükəmməl öyrənmişdir. Sonra ikisinifli Rus-Azərbaycan məktəbində sevimli müəllimi Mirzə Mehdi Həsənzadənin köməkliyi ilə Şərqin və Qərbin tanınmış yazıçı və şairlərinin əsərləri ilə yaxından tanış olmuşdur. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Ü. Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Üzeyir bəy özü yazırdı: "Mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən almışam. O vaxt mən muğam və təsnif oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər". Üzeyir bəyin ilk musiqi müəllimi Azərbaycan xalq musiqisinin bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur. Ü. Hacıbəyov ilk qələm sınağını da Şuşada keçirmişdir. Hələ 13 yaşında o, "Kitabi-məzhəkə" adlı nağıl və hekayələr kitabı yazır, illüstrasiyaları da özü çəkirdi. "Kitabi-məzhəkə" dostları arasında əldən-ələ gəzir. Üzeyir Hacıbəyov 13 yaşında olarkən, 1897-1898-ci illərdə Ə. Haqverdiyevin rəhbərliyi və C. Qaryağdı oğlunun ifasında Şuşada həvəskar aktyorlar tərəfindən tamaşaya qoyulmuş "Məcnun Leylinin məzarı üstündə" səhnəsində xorda iştirak etmişdir.
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Üzeyir Hacıbəyov ( Hacıbəyli) bioqrafiya

    Azerbaycan profesional musiqisinin banisi dahi Uzeyir Hacibeyov yeni profesional musiqi dili , musiqi uslubu yaratmisdi .Onun enenelerini bu gun de Azerbaycan bestekarlari oz yaradiciliqinda davam etdirir .

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.