2 sonuçtan 1 ile 2 arası

Aygünlə Röya canlı yayımda «atışdılar»

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    8

    Aygünlə Röya canlı yayımda «atışdılar»

    Aygün Kazımova ilə Röya arasında yaranan qalmaqal səngimək bilmir. Efirdə, mətbuat səhifələrində bir-birinin ünvanına xoşagəlməz kəlmələr işlədən müğənnilər yenə «ürəklərini boşaltdılar». Daha doğrusu, bu dəfə həmkarının qabırğasına döşəyən Aygün oldu. O, Kamran Həsənlinin «Bizim saat» proqramında məsələyə aydınlıq gətirməyə çalışdı.

    Röyanın səsini Şövkət Ələkbərovaya bənzətdiyini əlində şüar tutan Aygün həmkarının onu təqlid etdiyini söylədi. Onun paltarını geyindiyini, əlində eynən onun kimi güzgü tutduğunu, konsertində bek-vokal oxuduğunu bir daha xatırlatdı. Lakin təəccüblüsü odur ki, Kamran Həsənli həmin proqrama yalnız Aygünü dəvət eləmişdi. Qarşı tərəflə isə verilişin sonunda telefon bağlantısı yaradıldı və Röya heç kəsdən çəkinmədən ünvanına söylənilən ittihamlara cavab verdi. Həmin paltarı modelyerin səhvi ucbatından geyindiyini, A.Kazımovanın konsertində bek-vokal oxumasında isə heç bir qəbahət görmədiyini bildirdi. Üst-üstdən də «Aygün xanım məndən 12 yaş kiçikdir» deməklə həmkarının yaşına işarə vurdu. İnsafən deyək ki, Röya telefon bağlantısında Aygünün ünvanına heç bir təhqiramiz söz işlətmədi. Amma qarşı tərəf dilini dinc qoymadı. Röyanı «internet müğənnisi» adlandırıb, «onun yeri elə internetdədir» dedi. Bu azmış kimi, «nə olsun ki, mənim 36 yaşım var, qoy Röya da kosmetikasız efirə çıxsın, mən də. Görək, hansımıza neçə yaş verirlər» söylədi…

    Qeyd edək ki, Röya Day.az internet saytına verdiyi müsahibədə Aygün Kazımova və Nazpəri Dostəliyeva ilə arasındakı söz-söhbətə son qoymaq istədiyini deyib. Onun fikrincə, hər iki «nənəcik»lər onun adından istifadə etməklə gündəmdə qalmağa çalışırlar. Röyanın sözlərinə görə, Aygünün üzündən heç bir mağazaya gedə, sponsora müraciət edə bilmir. Çünki onlar şou-biznes adamlarına daha etibar etmədiklərini bildirirlər. Buna səbəb isə A.Kazımovanın dəfələrlə həmin mağazalardan kredit mal alıb, pulunu ödəməməsidir.

    Nazpəriyə gəlincə, Röya onun sənətinə hörmət etdiyini söyləyib. Lakin… Ondan əl çəkməyəcəyi təqdirdə, Nazpəri haqda çox şey bildiyini və «sandığı açıb, pambığı tökəcəyini» deyib…

    Əslində, hər iki müğənni hazırda estrada səhnəsinin populyar ifaçılarıdır. Onların çox iyrənc bir mübarizə aparmaları, canlı yayımda milyonlarla tamaşaçıya hörmət etməyib, təhqiramiz ifadələr işlətmələrinə heç cürə haqq qazandırmaq mümkün deyil. Bəlkə daha bəsdir, ey məşhur müğənnilərimiz? Bəlkə, indən belə qızıldan qiymətli vaxtınızı sənətə, yeni mahnılara və səviyyəli layihələrə həsr edəsiniz?!

    P.S. Yeri gəlmişkən, hər iki müğənni bu qalmaqalın böyüməsində jurnalistləri günahlandırırlar. Guya media mənsubları qəzet səhifələrində sifarişli yazılar yazırlar. Görünür, bu sənətçilər öz «bacarıqlarını» danırlar. Əks təqdirdə, sənət adamına yaraşmayan hərəkətlərini jurnalistlərin boynuna yıxmazdılar.Yaxşı ki, qalmaqal canlı yayımda davam etdi və tamaşaçılar təhqir və xoşagəlməz ifadələri məhz «mənəm, mənəm» deyən müğənnilərin öz dillərindən eşitdilər…

    Ülviyyə SABİRQIZI ( Gündəlik Azərbaycan qəzeti )

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jan 2007
    Yer
    Türkiye Cumhuriyeti.
    Mesajlar
    263
    indi qardaş eğri oturax düz danışaq,aygün kazımova senelerin sanatçısıdı,rüya nın yaşı qader albümü var aygün xanımın,rüya yeni parlayan yıldızdı ama sanatçı değil sanatçı aygün xanımdı,rüyada getirip özünü ona tay eliyiiiir?

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.