Sayfa 2/2 İlkİlk 12
17 sonuçtan 11 ile 17 arası

Əlillər üçün təşkilatlar.

  1. #11
    Member
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Ağdam
    Mesajlar
    39

    Re: Əlillər üçün təşkilatlar.

    >>> Əlillər üçün uyğun avtomobillər. <<<

    Əlillərin araba ilə rahat hərəkət edə bilməsi üçün uyğun avtomobillər.

    [youtube]gtoNk5ptPlw&feature[/youtube]

    [youtube]tBTS6_LeiJo[/youtube]

    [youtube]6jvkYxftRuc&NR[/youtube]

    [youtube]gtoNk5ptPlw&NR[/youtube]

    [youtube]CYj_e0hVcOY&featuree[/youtube]

  2. #12
    Member
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Ağdam
    Mesajlar
    39

    Re: Əlillər üçün təşkilatlar.

    İnanıram kı bu görüntülər nə zamansa gerçək olar, inşallah.

    [[[[
    [[[[

    QEYD: Artıq [ səhifəsi işləmir onun yerinə [ səhifəsi işləyir.

  3. #13
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Əlillər üçün təşkilatlar.

    gerekli movzuya toxunmusuz, tshkler,
    insan haqlarinin qorundugu her bir sivil cemiyyetde fiziki qusurlu shexslerin sosial heyat seviyyesine xususi onem verilmelidir.

  4. #14
    Member
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Ağdam
    Mesajlar
    39

    Re: Əlillər üçün təşkilatlar.

    Məncədə amma gözə kül üfürmək kimi yox gerçək olaraq.

  5. #15
    Member
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Ağdam
    Mesajlar
    39

    Re: Əlillər üçün təşkilatlar.

    İnanıram kı bu görüntülər nə zamansa gerçək olar deyə düşünürdüm və...

    [[[[

    Deyəsən gerçəkləşmək üzərədir, bu mövzu ilə bağlı Prezident.az Nəqliyyat nazirliyiOmbudsman.az səhifələrinə öz təklifimi vermişdim və bir çoxundanda büsbət cavab almışdım.

    Baki Sernisin Neqliyyati MMC-nin Reis evezi Z.Memmedovun mənə cavab məktubunda deyilmişdi ki:

    Bele ki Tedbirler Planina uygun olaraq Baki seherinde seherdaxili marsrutla-rin ve taksi avtomobillerinin isini tenzimlemek meqsedile 2008-2010-cu iller erzinde muasir naviqasiya avadanliqlari ile techiz olunmus neqliyyatin Intel-lektual Idareetme Sistemi (IIS) yaradilacaqdir. IIS tetbiq edildikden sonra seher ehalisi sifarisli taksi xidmetinden istifade ede bilecekdir ve o zaman elillere taksi xidmeti ile bagli muracietiniz nezere alinacaqdir.
    Sağolsunlar təklifimə müsbət yanaşaraq əlil vətəndaşlarında taksi hüququ nəzərə alınıb, TƏŞƏKKÜRLƏR.

  6. #16
    Member
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Ağdam
    Mesajlar
    39

    Şad Xəbər.

    [

    [[[[

    Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə paytaxta Avropa standartlarına cavab verən müasir avtomobillər gətirilmişdir. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni avtomobillərə baxış keçirmişdir.

    Dövlət başçısının Bakı şəhərinin və respublikamızın ayrı-ayrı bölgələrinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı göstərişlərinə əsasən paytaxtda yolların beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması, yeni körpülərin və yolötürücülərin tikilib istifadəyə verilməsi müasir ictimai nəqliyyat növlərinə ehtiyacı daha da artırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Bakı şəhərinin və bölgələrin taksi parklarının müasirləşdirməsi istiqamətində böyük işlərə başlanmışdır.

    Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına avtomobillər barədə məlumat verdi. Bildirildi ki, taksi xidmətini təkmilləşdirmək məqsədi ilə Azərbaycana Avropa standartlarına cavab verən ən müasir avtomobillər gətirilmişdir. Bunların 12-si tanınmış “London Taksi” şirkəti tərəfindən istehsal olunmuş TX 4 modeli yalnız taksi məqsədləri üçün nəzərdə tutulan avtomobildir ki, bu da Avro-4 standartlarına tam cavab verir.

    Şəhər daxilində yüksək manevr etmək imkanlarına malik avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf arakəsmə ilə ayrılması sərnişinlər üçün rahat mühit yaradır. Avtomobilin arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin əyləşə bilər. Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.

    Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilmişdir. Avtomobillərə sayğaclar quraşdırılmışdır. Sərnişinlərin rahatlığı üçün müasir texnologiyalar əsasında qurulmuş “Call Center” istifadəyə verilmişdir. Gecə-gündüz işləyən dispetçer mərkəzi böyük sayda avtomobillərin səmərəli idarə edilməsi imkanına malikdir və maşınların yerinə, sürətinə, yanacaq sərfiyyatına, mühərrikin işlək olub-olmamasına on-line rejimində nəzarət edilir. Bunun sayəsində mərkəzdə hər bir sifarişin 40 saniyə ərzində qəbul edilib işlənməsi, hər 90 saniyədə sifariş yerinə yaxın olan avtomobilin avtomatik təyin edilməsi və hər 7-8 dəqiqədə avtomobilin sifariş yerinə çatması müəyyən edilir. Taksidən istifadə edən hər bir sərnişinin qəza zamanı 3 min manat sığortalı olması və maşınlarda “itmiş əşyaların tapılma” xidmətinin fəaliyyət göstərməsi də müasir xidmət növlərindəndir. Hər avtomobildə üç növbədə işləyən və “London Taksi” şirkətinin mütəxəssisləri tərəfindən sürücülük və davranış təlimləri keçmiş sürücülər taksi xidmətinin yüksək səviyyədə olmasını təmin edəcəklər.

    Avtomobillərlə yaxından tanış olan dövlətimizin başçısı “London Taksi” şirkəti tərəfindən istehsal olunmuş TX 4 modelli avtomobili idarə etdi.

    Sonra Azərbaycan Prezidenti İlham Əliyev “Daewoo” avtomobil şirkətinin istehsalı olan “Daewoo Lacetti” və “Daewoo Nexia”, eləcə də “General Motors” şirkətinə məxsus “Chevrolet” avtomobillərinə də baxdı.

  7. #17
    Member
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Ağdam
    Mesajlar
    39

    Şad Xəbər.

    London-Taxi TX4 artıq BAKI'dadır, bu taksiyə əlil arabası ilə'də daxil olmaq mümkündür, XEYİRLİ OLSUN.

    [

    [

Sayfa 2/2 İlkİlk 12

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.