[
Ərzaqlar:
400 qram un
120 qram kərə yağı
180 qram xama
180 qram şəkər
220 qram qoz ləpəsi
40 qram bal
2 ç.q. darçın
1 ədəd yumurta
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün kərə yağını xama ilə qarışdırıb, un əlavə edirsiz. Xəmiri yaxşıca yoğurursuz. Bəzi hallarda xəmiri maya ilə də hazırlamaq olur.
İç hazırlamaq üçün: əvvəlcə qoz ləpəsini qovurub, qabığını təmizləyirsiz. Sonra ət çəkən maşından keçirib, üzərinə şəkər, bal, darçın qatıb hamısını birlikdə qarışdırırsız.
Xəmiri 300 qram paylara bölüb kündələyirsiz. Sonra 3-4 mm qalınlıqda xəmiri yayırsız. Yayılmış xəmirin üzərinə içlik səpib, rulet şəklində bükürsüz. Üstünə yumurta sarısı çəkib, 200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə ərzində bişirirsiz.
Nuş olsun!
Qozlu dürmək resepti
Printable View
-
08-13-2011, 11:08 AMBakuQozlu dürmək resepti
-
03-09-2018, 03:32 PMMystery_
Cox sag ol Baku.Resepti goturdum,bir azdan biwirecem.
-
03-10-2018, 09:08 PMBakuQozlu dürmək resepti necə oldu? Xoşuna gəldimi? Tövsiyyə edirsən oxuyanlara?Alıntı:
Mystery_ Nickli Üyeden Alıntı [
-
03-21-2018, 02:40 PMMystery_
Ay BAKU biwirmeyine biwirdim,yaxwida cixdi.Qaynanam o qeder yedi ki,tezyiqi o gun bu gun duwmur.:)
