Avropa mətbəxinin ləziz şirniyyatı Vanilli çizkeyk resepti.

Ərzaqlar:
12 porsiya üçün
250 qram peçenye (ovulmuş)
140 qram kərə yağı (əridilmiş)
İçlik üçün:
250 qram krem-pendir
300 qram xama
155 qram şəkər tozu
3 ədəd yumurta
1 ç.q. vanil ekstraktı və ya bir paket vanil tozu

Hazırlanma qaydası:
Peçenyeni xırdalayıb, üzərinə yumşaldılmış kərə yağını əlavə edərək, mikserlə çalın. Bişirmək üçün xüsusi kənarları çıxan forma qabına kərə yağı çəkib, perqament kağızı sərin. Sonra alınan qarışığı hazırladığınız formanın içərisinə tökərək, formanın kənarlarına bərabər şəkildə yayıb, 30 dəqiqə ərzində soyuducuda saxlayın.

İçlik hazırlamaq üçün:
Xama, krem-pendir, şəkər tozu və vanili mikserlə bərabər kütlə alınanadək çalın. Bir-bir yumurtaları əlavə edib, krem halına gələnədək çalın.
Alınan qarışığı formanın içərisinə töküb, 160 dərəcə qızdırılmış sobada 60 dəqiqə ərzində bişirin.
Bişən çizkeyk tamamilə bərk olmayacaq. Formanı tərpətdiyinizdə tortun ortası bir az titrəyəcək. Bu, normaldır. Sobanı söndürün, amma çizkeyki oradan çıxartmayın, çizkeykin orada 30 dəqiqə müddətində soyumasını gözləyin. Daha sonra çizkeyki sobadan çıxardıb, 4 saat ərzində soyuducuda saxlayın.
Süfrəyə verməzdən əvvəl tortun üstünü müxtəlif meyvə dilimləri ilə də bəzəyə bilərsiz.
Nuş Olsun!