Britaniya müsəlmanlarının dini və ictimai fəaliyyətlərinin tarixi bir əsr əvvələ qayıdır. O zamana ki, fəhlə müsəlmanlar bu ölkəyə daxil olurdular və onların bəziləri namaz qılmaq üçün namazxanalar düzəldib, oraya yığışardılar. Britaniyadakı ilk ərəb müsəlmanlar yəmənli mühacirlər olublar. Onların əksəriyyəti işçi kimi Britaniyaya gəlmişdilər. Zaman keçdikcə, müsəlmanların sayı get-gedə artır və onlar daha çox Böyük Britaniyanın şimal-qərbində məskunlaşırlar. XX əsrin ortalarında müsəlmanlar Hindistandan Britaniyaya mühacirət edirlər. Həmin illərdən başlayaraq mühacirlərin sayı durmadan artmağa başlayır və qara dərili, rəngli dərili müsəlmanlar Britaniya vətəndaşlarına çevrilirlər. Onların içində Yamaykadan gəlmiş müsəlmanlar da vardı.
O zaman Britaniya müsıəlmanlarının böyük əksəriyyəti fəhlələr idilər. Ancaq indi müsəlmanlar ictimai təbəqənin müxtəlif sahələrində fəaliyyət göstərirlər. Onların sayı artır və başqa Avropa ölkələri ilə müqayisədə daha fəaldırlar.
Müsəlmanların saylarının artması səbəbindən artıq məscidlər onlar üçün kiçik olur və müsəlmanlar bütün Britaniya boyunca İslam müəssisələri təsis edirlər. Bu təşkilatlar sayı iki milyon nəfərə çatan Britaniya müsəlmanları üçün mühüm rol oynayır. Bəzi hesablamalara görə, onların sayı 3 milyon nəfərdir. Və bu rəqəmin Böyük Britaniyanın ümumi 60 milyon nəfərlik əhalinin yanında kiçik sayılmasına baxmayaraq, burada İslamın inkişafına dəlalət edir.
Böyük Britaniyada İslam dini rəsmi din hesab edilmir. Burada rəsmi din xristianlığın protestant qoludur. Ancaq Britaniya demokratiyası qalan dinlərin davamçıları üçün ibadət fəaliyyətlərini azad hesab edir. İslam dininə də xüsusi ehtiram göstərilir. Belə ki, Britaniya kraliçasının vəliəhdi Çarlz, Oksfordun İslam müəssisəsinə rəhbərlik etməyi qəbul etmişdir. Məscidlər Britaniyanın bir çox şəhərlərində yerləşir. Bəzi televiziya kanalları İslami proqramlar nümayiş etdirirlər. Ancaq əksər hallarda ölkə mətbuatı İslam ölkələrində baş verənləri özünəməxsus şəkildə dərc edərək, müsəlmanlara ləkə yaxır. Bu yolla da onlar bəzi irqçipərəst fikirləri alovlandırırlar. Belə ki, “islamafobiya” kəlməsini də bu baxışlardan doğmasını demək olar.
Britaniyada artıq 30 ilə yaxındır ki, müsəlmanlar səy göstərirlər ki, fəaliyyətlərini təşkilat halına salsınlar. Ancaq bəzi daxili ziddiyyətlər buna mane olur. Yəqin ki, müsəlmanların ən ciddi səs yığması 1997-ci ildə olmuşdur. Belə ki, həmin il müsəlmanların görkəmli şəxsiyyətlərinin səyləri öz səmərəsini göstərdi. Britaniyada 1997-ci ildə noyabrın 23-də İslam Şurasının təşkil edilməsi elan edildi. Hal-hazırda 250 islami təşkilat oraya üzvdür. Şura ilk iclasını 1998-ci ilin mart ayında təşkil etmişdi. Onun üzvləri tərkibində olan təşkilatlardan seçilirlər. Hökumət tərəfindən rəsmi şəkildə tanınmasalar da, ölkədə bir çox partiyalar təşkil ediblər. Dövlət isə İslam parlameşurası ilə təmas saxlayır. Son iki il ərzində müsəlmanlar siyasi səhnələrdə müvəffəqiyyət qazanıblar. Onların fəaliyyətləri isə hələlik bələdiyyə şuralarında məhdudlaşır. Ancaq indi müsəlmanların bəziləri parlamentə də seçiliblər. Ancaq onların sayları haqda dəqiq məlumat yoxdur. Bəzi mənbələr bələdiyyə şuralarına üzv olan müsəlmanların sayının 50 nəfər olduğunu söyləyir. İlk parlament üzvü 1997-ci ildə seçilmişdir və bu milyoner Muhəmməd Sərvar olmuşdur. Ancaq bu təcrübə get-gedə çətinliklərlə üzləşir. Belə ki, parlamentə keçə bilməyən xristianlar Muhəmmədi rüşvət verməkdə ittiham edirlər. Muhəmmədin sərvəti on milyon funt-sterlinqə çatırdı. O, iyirmi il əvvəl Britaniyaya gəlmişdi və parlamentə seçilən ilk müsəlman olmuşdur.
Son illər ərzində ilk müsəlman lordları da parlamentə yol tapıblar. Britaniyanın müsəlman qəzetləri müsəlman namizədlərin daimi namizədlər siyahısında verilməməsinə etiraz etmişdilər. Hal-hazırda müsəlman lordların sayı dörd nəfərə çatır. Onlardan üçü parlamentin daimi üzvüdürlər. Ancaq onların bu dərəcələri övladlarına verilməyəcəkdir. Dördüncü lord isə irsən parlamentə seçilmişdir - atası lord olduğuna görə parlamentin Lordlar Palatasını və sonra İslam dinini qəbul etmişdi.
Kraliça İkinci Yelizaveta Yeni İl münasibətilə yüzə yaxın müsəlmanlara müxtəlif dərəcələr vermişdir. Onlardan birinə “ser” ləğəbi verilmiş və kraliça tərəfindən cəngavər elan edilmişdir.
Londonda ingilis dilində dərc edilən “Muslim news”un redaktoru Əhməd Yərsi deyir: “Müsəlmanların əldə etdikləri müvəffəqiyyətlərə baxmayaraq, onlar öz hədəflərinin həyata keçməsi üçün daha çox səylər göstərirlər ki, layiqli müsəlmanlar olsunlar”.
Müsəlmanlar bu fikirdədirlər ki, əldə etdiklərindən daha çoxuna layiqdirlər. Ancaq dövlət onları tanımır, yəni vətəndaş kimi qəbul etmir. İslam məktəblərində təhsil alan müsəlman uşaqlar da bu problemlərlə qarşılaşırlar. Çünki onlar da dövlət tərəfindən tanınmırlar və təhsil haqlarını özləri ödəyirlər, və onlara dövlət kömək etmir. Onu da qeyd etmək lazımdır ki, bir çox yəhudi və xristian məktəblərinin dövlət tərəfindən qəbul edilməsinə görə, onlar dövlətin daim yardımından bəhrələnirlər. Ancaq İslam məktəbləri bundan məhrumdurlar. Bir çox hallarda müsəmanlarla yaxşı rəftar olunur və onlara icazə verilir ki, məhkəmədə Qurana and içsinlər.