Əbu Hureyra (ra) rəvayət edir:
“Bir gün yoldaşlarımızla oturmuşduq.Söhbətin sonunda Peyğəmbəri (sas) soruşduq.İçimizdən heç kim onu (sas) görməmişdir.Axtardıq.Amma tapa bilmədik.Maraqlı idi: “Görəsən hara gedib?!”
Mən, Əbu Bəkr (ra) və Ömər (ra) peyğəmbəri (sas) tapmaq üçün üç ayrı istiqamətə getdik.Sonda Rasulullahı (sas) mən tapdım.O (sas) Mədinəli bir səhabənin bağında oturmuşdur.Peyğəmbərə (sas) yaxınlaşdım.Məni gördükdə:
-Haradan gəlirsən, ey Əbu Hureyra?-deyə soruşdu. Mən:
-Ey Allahın elçisi, səni tapa bilmədik.Narahat olduq.Hərəmiz bir istiqamətə getdik.Bütün Mədinə sizi axtarır, ya Rasulullah! Peyğəmbər (sas) buyurdu:
-Əbu Hureyra, insanların yanına qayıt və bunları söylə: “Kim Allahdan başqa ibadətə layiq ilah olmadığına və mənim Onun rəsulu olduğuma ixlaslı bir şəkildə iman etsə Cənnətə daxil olar.” (Muslim, İman 10/31-52)
Peyğəmbərimizin (sas) verdiyi bu müjdəni eşidən Əbu Hureyra (ra) cəld şəkildə bağdan çıxdı.Mədinə istiqamətində sürətlə qaçmağa başladı.Bir qədər getmişdir ki, yolda Öməri (ra) gördü. Əbu Hureyra (ra) Peyğəmbəri (sas) bir səhabənin bağında tapdığını və ondan müjdə aldığını dedikdə Ömər (ra) soruşdu:
-Ya Əbu Hureyra, o nə müjdədir?
- Kim Allahdan başqa ibadətə layiq ilah olmadığına və mənim Onun rəsulu olduğuma ixlaslı bir şəkildə iman etsə Cənnətə daxil olar.Bunu eşidən Ömər (ra) buyurdu:
-Qayıt! Rasulullaha (sas) de ki, “Ey Allahın Rəsulu, Ömər bu müjdəni eşidərkən insanların tənbəllik edəcəyindən qorxdu.Bu müjdəni gizli saxlasaq olarmı?-deyə soruşdu.
Hər ikisi geri-peyğəmbərin (sas) yanına qayıtdılar.Əbu Hureyra (ra) kədərli halda Ömərin (ra) onu geri qaytardığını və müjdəni xalqa çatdırmağına mane olduğunu söylədi. Rasulullah (sas) Ömərə (ra) baxıb:
-Ya Ömər, niyə Əbu Hureyraya mane oldun? Ömər (ra) buyurdu:
-Ya Rasulullah, Qorxdum ki, insanlar bu müjdəni eşidib rahatlaşarlar və ibadətdə zəifləyərlər.Gəlin bu müjdəni gizli saxlayaq və onlar da ibadətlərinə davam etsinlər. Rasulullah (sas) gülümsədi və sakit səslə dedi:
-Yaxşı, buraxın ibadət etsinlər!
Bildiyiniz hedisleri yazin...
Printable View
-
02-03-2010, 11:54 AMPOWER_RANGERSBildiyiniz hedisleri yazin...
-
02-04-2010, 10:28 AMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...
Rəsulullah (salləllahu aleyhi və səlləm) bir gecə zövcəsi Ümmu Sələmənin (radıyəllahu anhə) evində idi.Gecənin bir yarısında yuxudan ayılaraq, yatağından qalxdı və evin qaranlıq bir küncünə çəkilib ağlayaraq dua etməyə başladı.
Yuxudan ayılan Ummu Sələmə (ra) peyğəmbərin (sas) yataqda olmadığını görüb yerindən qalxdı və rəsulullahı (sas) axtarmağa başladı.
Bir də baxdı ki, Rəsulullah (sas) evin qaranlıq bir küncündə əllərini göyə qaldırıb göz yaşları içində dua edir:
-Allahım! Bəxş etdiyin nemətləri məndən əsirgəmə.Məni düşmənlərimə güldürmə.Allahım! Məndən uzaqlaşdırdığın pislik və çirkinlikləri geri qaytarma.Allahım! Məni bir an belə öz ixtiyarıma buraxma, məni bəla və fəlakətlərdən qoru!
Ummu Sələmə (ra) peyğəmbərin (sas) bu vəziyyətini görüb ağlamağa başladı və geri dönüb öz otağına keçdi.Rəsulullah (sas) Ummu Sələmənin (ra) ağladığını eşidib onun yanına gəldi və ağlamağının səbəbini soruşdu.Ummu Sələmə (ra) cavab verdi:
-Ya Rəsulullah! Sənin göz yaşların məni ağlamağa vadar etdi.Sən Allah qatında yüksək mövqeyə sahibsən.Sən Allahın dostusan.Allahın ən çox sevdiyi bəndəsisən.Buna baxmayaraq sən bu qədər ağlayıb, Allahdan bu qədər qorxursan və Ondan səni bir an belə öz ixtiyarına buraxmamasını dua edirsən.O halda vay bizim halımıza...
Rəsulullah (sas) buyurdu:
-Axı Allahdan necə qorxmayım, necə ağlamayım və özümə necə güvənim ki, bir zamanlar Allah təalə Yunusu (aleyhissəlam) bir an öz ixtiyarına buraxdı və onun başına gəlməməsi lazım olan şey gəldi. -
02-07-2010, 06:20 PMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...
İbn Ömər (Radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (Salləllahu aleyhi və səlləm) buyurdu:
-“Cümə günü sizlərdən biriniz əsnəsə, qoy oturduğu yeri dəyişsin”.
(Sünən-Əbu Davud,1119; Sünən ət-Tirmizi,526;Səhih ibn Xuzeymə,1819; Şeyx Albani (rahiməhullah) bu hədisi “səhih” adlandırıb.
Hədisdən çıxan faydalar:
-İbn Xuzeymə öz “Səhih” əsərində bir fəsili belə adlandırıb:” Cümə günü mürgüləyən adam üçün yerini dəyişmək məsləhəti”.
-Peyğəmbər (Salləllahu aleyhi və səlləm) bu hədisdə bütün günü nəzərdə tutmayıb.Onun nəzərdə tutduğu məsciddə cümə namazını gözlədiyin zaman və ya xütbə verildiyi zamandır ki, bu da çox vaxt xütbə zamanı baş verir.
-Yeri dəyişməyin hikmətlərindən odur ki, hərəkət etmək yuxuluğu aparır.
-Və ola bilər ki, yeri dəyişmək əmri məsciddə oturub Allahdan qafil olan insanla,xütbəni dinləyən insanla və ya hər hansı faydalı işə cəlb olunan insanla şeytan arasındakı əlaqəni qırmaq üçündür.
Allah daha yaxşı bilir.
-
02-09-2010, 12:58 PMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...
Əbu Musa əl Əşari (r.a) Rəsulallah (s.ə.s)-in belə dediyini rəvayət edir: "Müsəlmana söymək fasiqlik və onunla savaşmaq küfürdür" (Buxari, Muslim) ()
-
02-10-2010, 01:30 PMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...
Buxari, Əbu Hureyrə (r.a) vasitəsilə, Rəsulallah (s.ə.s)in belə buyurduğunu rəvayət edir: "Əgər ümmətimə əziyyət olmasaydı, hər namazdan əvvəl onlara misvak istifadə etməyi əmr edərdim"
-
02-11-2010, 01:21 PMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...
İbnu Abbas radiyallahu ənhumə anlatır: "Rəsulullah aleyhissalatu vəssələm buyurdu ki: "Allah Təala buyurdu ki: "Böyüklük mənim rızamdır, əzəmət də mənim izarımdır. Kim, bunlardan birində mənimlə bəhsə girməyə qalxarsa, onu cəhənnəmə ataram."
Əbu Sa'îdi'l-Hudri radıyallahu anhu anlatır: "Rəsülullah aleyhissalâtu vəssəlam buyurdu ki: "Kim Uca Allahın rızası üçün bir dərəcə təvazu edər (sadə) olarsa, Allah, onu bu səbəblə, bir dərəcə yüksəldər. Kim də Allah'a bir dərəcə təkəbbürlük etsə,özündən razı olarsa, Allah da onu bu səbəblə bir dərəcə alçaldar, beləcədə onu əsfel-i safilînə (aşağıların aşağısına) atar."
-
02-11-2010, 02:29 PMRuzgar_GuluRe: Bildiyiniz hedisleri yazin...
Resulullah (sav) (bir hadis-i kudsi'de) Rabbinden naklen buyururlar ki: "Bir kul günah işledi ve: "Ya Rabbi günahımı affet!" dedi. Hak Teala da: "Kulum bir günah işledi; arkadan bildi ki günahları affeden veya günah sebebiyle cezalandıran bir Rabbi vardır." Sonra kul dönüp tekrar günah işler ve: "Ey Rabbim günahımı affet!" der. Allah Teala Hazretleri de: "Kulum bir günah işledi ve bildi ki, günahı affeden veya günah sebebiyle cezalandıran bir Rabbi vardır. Sonra kul dönüp tekrar günah işler ve: "Ey Rabbim beni affeyle!" der. Allah Teala da: "Kulum günah işledi ve bildi ki, günahı affeden veya günah sebebiyle muaheze eden bir Rabbi olduğunu bildi. Dilediğini yap, ben seni affettim!" buyurdu."
Rabbim hepimizin gunahlarını affetsin...Amin :meyus: -
02-12-2010, 01:29 PMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...
1.لاَ ضَرَرَ وَلاَ ضِرَارَ
Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur.
İbn Mâce, Ahkâm, 17; Muvatta’, Akdıye, 31
2.اَلْمُسْلِمُ أخُو الْمُسْلِمِ لاَ يَظْلِمُهُ وَلاَ يُسْلِمُهُ مَنْ كَانَ فِي حَاجَةِ أخِيهِ كَانَ اللَّهُ فِي حَاجَتِهِ وَمَنْ فَرَّجَ عَنْ مُسْلِمٍ كُرْبَةً فَرَّجَ اللَّهُ عَنْهُ بِهَا كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ
Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu (düşmanına) təslim etməz. Kim, (mömin) qardaşının bir ehtiyacını qarşılayarsa Allah da onun bir ehtiyacını qarşılayar. Kim müsəlmanı bir sıxıntıdan qurtarırsa, bu səbəblə Allah da onu qiyamət günü sıxıntılardan qurtarır. Kim bir müsəlmanı(n qusurunu) örtərsə, Allah da Qiyamət günü onun( qusurunu) örtər.
Buhârî, Mezâlim, 3; Müslim, Birr, 58.
3.مَنْ لاَ يَرْحَمِ النَّاسَ لاَ يَرْحَمْهُ اللَّهُ
İnsanlara mərhəmət etməyənə Allah mərhəmət etməz.
Müslim, Fedâil, 66; Tirmizî, Birr, 16
4.يَسِّرُوا وَلاَ تُعَسِّرُوا وَبَشِّرُوا وَلاَ تُنَفِّرُوا
Hasandlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etməyin.
Buhârî, İlm, 12; Müslim, Cihâd, 6
5.اَلدَّالُّ عَلىَ الْخَيْرِ كَفَاعِلِهِ
Xeyrə vəsilə olan, xeyrı edmiş kimidir.
Tirmizî, İlm, 14
6.وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ
Harada olursan ol Allah’a qarşı gəlməktən çəkin; etdiyin günahın arxasından bir yaxşılıq et ki bu onu yox etsin. İnsanlara qarşı gözəl əxlaqın gərəyinə görə davran.
Tirmizî, Birr, 55.
7.اَلإِيمَانُ بِضْعٌ وَسَبْعُونَ شُعْبَةً أفْضَلُهَا قَوْلُ لاَ إِلهَ إِلاَّاللَّهُ وَأدْنَاهَا إِمَاطَةُ اْلأذَى عَنِ الطَّرِيقِ وَالْحَيَاءُ شُعْبَةٌ مِنَ اْلإِيـمَانِ
İman, yetmiş dərəcədir. En üstünü “Lâ ilâhe illallah (Allah’tan başka ibadəə layıq haqq məbud yoxdur)” sözüdür, ən aşaqı dərəcəsi də rahatsız edən bir şeyi yoldan qaldırmaqdır. Həya da imandandır.
Buhârî, Îmân, 3; Müslim, Îmân, 57, 58
8.مَنْ رَأَى مِنْكُمْ مُنْكَرًا فَلْيُغَيِّرْهُ بِيَدِهِ فَإِنْ لَمْ يَسْتَطِـعْ فَبِلِسَانِهِ فَإِنْ لَمْ يَسْتَطِـعْ فَبِقَلْبِهِ وَذَلِكَ أضْعَفُ اْلإِيـمَانِ
Kim pis ve çirkin bir iş görərsə onu əliylə düzəltsin; əgər buna gücü çatmırsa diliylə düzəltsin; buna da gücü yetmezsə, qəlbən qarşı çıxsın. Bu da imanın ən zəyif dərəcəsidir.
Müslim, Îmân, 78; Ebû Dâvûd, Salât, 248.
9.لاَ تَدْخُلُونَ الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا وَلاَ تُؤْمِنُوا حَتَّى تَحَابُّوا
İman etmədikçə cənnətə girəməzsiniz, birbirinizi sevmədikçə də (gərçək anlamda) iman etmiş ola bilməzsiniz.
Müslim, Îmân, 93; Tirmizî, Sıfâtu’l-Kıyâme, 56.
10.إنَّ الصِّدْقَ يَهْدِي إلَى الْبِرِّ وَ إنَّ الْبِرَّ يَهْدِي إلَى الْجَنَّةِ وَإنَّ الرَّجُلَ لَيَصْدُقُ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ صِدِّيقًا وَ إنَّ الْكَذِبَ يَهْدِي إلَى الْفُجُورِ وَ إنَّ الْفُجُورَ يَهْدِي إلَى النَّارِ وَ إنَّ الرَّجُلَ لَيَـكْذِبُ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ كَذَّابًا
Heç şüphə yok ki doğruluq yaxşılıqa aparır. Yaxşılıqa da cənnətə aparır. İnsan doğru söyləyə söyləyə Allah qatında sıddîk (doğru sözlü) yazılır. Yalançılıq pisliyə aparır. Pislikdə cəhənnəmə aparır. İnsan yalan söyləyə söyləyə Allah qatında kəzzâb (çox yalancı) yazılır.
Buhârî, Edeb, 69; Müslim, Birr, 103, 104
11.لاَ تُمَارِ أخَاكَ وَلاَ تُمَازِحْهُ وَلاَ تَعِدْهُ مَوْعِدَةً فَتُخْلِفَهُ
(Mömin) qardaşınla münaqişə etmə, onun xoşuna getməyəcək zarafatlar etmə və ona yerinə gətirməyəcəğin bir söz vermə.
Tirmizî, Birr, 58.
12.رِضَى الرَّبِّ في رِضَى الْـوَالِدِ وَسَخَطُ الرَّبِّ في سَخَطِ الْـوَالِدِ
Allah’ın rızası, ana və atanın rızasındadır.
Allah’ın qəzəbi də ana və atanın qəzəbindədir.
Tirmizî, Birr, 3.
13.ثَلاَثُ دَعَوَاتٍ يُسْتَجَابُ لَهُنَّ لاَ شَكَّ فِيهِنَّ:
دَعْوَةُ الْمَظْلُومِ، وَدَعْوَةُ الْمُسَافِرِ ، وَدَعْوَةُ الْوَالِدِ لِوَلَدِهِ
Üç dua vardır ki, bunlar şüphəsiz qabul edilir:
Məzlumun duası, müsafirin duası və atanın övladına etdiyi du.
İbn Mâce, Dua, 11.
14.اَلسَّاعِي عَلَى الأرْمَلَةِ وَالْمِسْكِينِ كَالْمُجَاهِدِ فِي سَبِيلِ اللَّهِ
أوِ الْقَائِمِ اللَّيْلَ الصَّائِمِ النَّهَارَ
Dul və kasıblara yardım eden kimsə, Allah yolunda cihad eden
veya gündüzləri (nafilə) oruç tutup, gecələrini (nafilə) ibadəti keçirən kimsə kimidir.
Buhârî, Nafakât, 1; Müslim, Zühd, 41;
Tirmizî, Birr, 44; Nesâî, Zekât, 78.
15.كُلُّ ابْنِ آدَمَ خَطَّاءٌ وَخَيْرُ الْخَطَّائِينَ التَّوَّابُونَ
Hər insan xəta edər.Xəta işləyənlərin ən xeyirliləri tövbə edənlərdir.
Tirmizî, Kıyâme, 49; İbn Mâce, Zühd, 30
16.لاَ يَدْخُلُ الْجَنَّةَ نَمَّامٌ
Söz daşıyanlar (cəzalarını çəkmədən ya da bağışlanmadıqca) Cənnətə girməzlər.
Müslim, Îmân, 168; Tirmizî, Birr, 79.
17. خِيَارُكُمْ خِيَارُكُمْ لِنِسَائِهِمْ
Sizin ən xeyırlılərınız, xanımlarına qarşı ən yaxşı davrananlarınızdır.
Tirmizî, Radâ’, 11; ‹bn Mâce, Nikâh, 50
18.تَبَسُّمُكَ فِي وَجْهِ أخِيكَ لَكَ صَدَقَةٌ وَأمْرُكَ بِالْمَعْرُوفِ وَ نَهْيُكَ عَنِ الْمُنْكَرِ صَدَقَةٌ وَإِرْشَادُكَ الرَّجُلَ فِي أرْضِ الضَّلاَلِ لَكَ صَدَقَةٌ وَإِمَاطَتُكَ الْحَجَرَ وَالشَّوْكَ وَالْعَظْمَ عَنِ الطَّرِيقِ لَكَ صَدَقَةٌ
(Mömin) qardaşına təbəssüm etmək sədəqədir. Yaxşılıqı əmr edib pislikdən çəkindirmək sədəqədır. Yolunu itirən kiməsəyə yol göstərmək sədəqədir. Yoldan daş, tikan, sümük kimi şeyləri qaldırıb atmaq da sənin üçün sədəqədır.
Tirmizî, Birr, 36.
-
02-14-2010, 01:35 PMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...
Əbu Hureyrədən (A.o.r.) Allahın Elçisi (s.ə.s.) buyurmuşdur:
*Kim it saxlayarsa , şübhəsiz ki,hər gün (onun) əməlindən bir qarat (uhud dağı boyda) əksilməsinə səbəb olur.Lakin tarlanı(qorumaq) üçün saxlanan itlə(mal-qaranı qoruyan) çoban iti istisnadır*
-
02-15-2010, 05:29 PMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...
1. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Cəbrail (a.s) qonşu haqqında
mənə nə qədər tövsiyə etdisə, ona da mirasdan pay düşəcəyini güman etdim".
2. Əbu Şureyh əl-Xuzai (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Kim Allaha və
Axirət gününə inanırsa, qoy qonşusuna yaxşılıq etsin. Kim Allaha və Axirət gününə
inanırsa, qoy qonağına ehtiram göstərsin. Kim Allaha və Axirət gününə inanırsa, qoy
xeyir söyləsin ya da sussun".
Qonşunun haqqı
3. Miqdad ibnul Əsvəd rəvayət edir ki, Peyğəmbər (s.a.s) əshabələrdən zina barədə
soruşdu. Onlar dedilər: "Haramdır! Bunu Allah və Onun elçisi haram buyurmuşdur". O
dedi: «Bir kişinin on qadınla zina etməsi (günah baxımından) onun üçün qonşusunun
qadını ilə zina etməsindən daha yüngüldür. Peyğəmbər (s.a.s) onlardan oğurluq
barədə soruşdu. Onlar dedilər: "Haramdır! Bunu Allah və Onun elçisi haram
buyurmuşdur". O dedi: «Bir kişinin on evdən oğurluq etməsi (günah baxımından) onun
üçün qonşusunun evindən oğurluq etməsindən daha yüngüldür".
Qonşudan başlamaq
4. İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Cəbrail (a.s) qonşu
haqqında mənə o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim".
5. Abdullah ibn Amr (r.a) bir qoç kəsdirdi. Sonra xidmətçisindən təkrar-təkrar
soruşdu: "(Ətdən) qonşumuz yəhudiyə pay verdinmi? Qonşumuz yəhudiyə pay verdinmi?
Qapısı ən yaxın olan qonşuya pay vermək
6. Aişə (r.a) rəvayət edir ki, mən dedim: "Ey Allahın elçisi! Mənim iki qonşum var.
Mən onlardan hansı birinə pay verməliyəm?" O dedi: "Qapısı ən yaxın olana!"
Ən yaxın və ən yaxın qonşular
7. Həsəndən (r.a) qonşu barədə soruşdular. O dedi: "Önündəki qırx ev, arxandakı qırx
ev, sağındakı qırx ev və solundakı qırx ev (qonşulardır)!"
Qapını qonşunun üzünə bağlayan kəs
8. İbn Ömər (r.a) deyir ki, vaxt var idi heç kəs özünün dinar və dirhəminə müsəlman
qardaşından daha haqlı olduğunu düşünmürdü. Amma indi kimlərəsə dinar və dirhəm
müsəlman qardaşından daha əzizdir. Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim:
"Neçə-neçə qonşu var ki, Qiyamət günü öz qonşusundan asılı olacaq. O deyəcəkdir: "Ey
Rəbbim! Bu, öz qapısını mənim üzümə bağlamış, yaxşılıq etməkdən boyun qaçırmışdır".
Qonşu ac ola-ola qarnını doydurmamaq
9. İbn Abbas (r.a) ibn əz-Zubeyrə (r.a) dedi: "Mən Peyğəmbərin (s.a.s) belə dediyini
eşitdim: "Qonşusu ac ola-ola qarnını doyduran kimsə əsl mömin deyildir".
Xörəyin şirəsini çox edib qonşulara da pay vermək
10. Əbu Zərr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Ey Əbu Zərr! Xörək
bişirəndə onun şirəsini çox elə və qonşularını da (yeməyə) çağır yaxud onların
arasında bölüşdür".
Ən xeyirli qonşu
11. Abdullah ibn Amr ibnul-As (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Uca
Allah yanında ən xeyirli dost öz dostuna yaxşılıq edən kimsədir. Həmçinin Allah
yanında ən xeyirli qonşu öz qonşusuna yaxşılıq edən kimsədir".
Əməlisaleh qonşu
14. Nafi ibn Abdulharis (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Geniş ev,
əməlisaleh qonşu və rahat minik müsəlman kişinin səadətidir".
Pis qonşu
15. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) belə dua edərdi: "Allahım!
Daim qalacağım yurddakı pis qonşudan Sənə sığınıram. Çöldə yaşayan qonşu isə
köçəridir".
16. Əbu Musa (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Kişi öz qonşusunu,
qardaşını və atasını öldürməyincə Qiyamət qopmaz".
Qonşuya əziyyət verməmək
17. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərə (s.a.s) dedilər: "Ey Allahın
elçisi! Filan qadın gecə namaz qılır, gündüz oruc tutur, yaxşı işlər görür, sədəqə
verir, amma qonşularına dili ilə əziyyət verir". Peyğəmbər (s.a.s) dedi: "Onda xeyir
yoxdur. O, Cəhənnəm əhlindəndir". Onlar dedilər: "Filan yalnız qadın vacib
namazları qılır, pendirdən və şordan sədəqə verir, heç kəsə də əziyyət vermir".
Peyğəmbər (s.a.s) dedi: "O, Cənnət əhlindəndir".
18. Əbu Hureyra (r.a) Peyğəmbər (s.a.s) dedi: "Qonşusu şərindən əmin olmayan kimsə
Cənnətə daxil olmaz".
-
02-16-2010, 02:14 PMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...
Allah Rəsulu: “Din nəsiyyətdir/səmimiyyətdir!”-buyurdu. “Kimə, Ya
Rəsulullah?”-deyə soruşduq. O da: ”Allaha, Kitabına, Peyğəmbərinə, Müsəlmanların
idarəcilərinə və bütün müsəlmanlara”-deyə cavab verdi. (Tirmizi)
-
02-17-2010, 12:25 PMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...
Rəsulullah (sav)buyurmuşdur:
"Uca Allah qiyamət günü belə deyəcəkdir:Mənim qonşularım hardadır, mənim qonşularım hardadır?
Mələklər Ey Rəbbimiz!
Sənə qonşu olmağa kimlər nail ola bilərlər?
Uca Allah: onlar məscidləri abad edənlərdir.(yəni , o kəslər ki camaat namazlarını məscidlərdə qılmağa səy göstərir , Uca Allahı çox zikr etmək və elm öyrənmək üçün məscidə gəlirlər.
(Səhih Hədislər Silsiləsi,6/512) -
02-20-2010, 02:39 PMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...
Peyğəmbərimiz (sav) belə buyurur:
"Dörd cürə insan vardır ki, Allah onları cənnətə qoymayacaq və onları cənnətin nemətlərindən faydalandırmayacaqdır. Davamlı içki içən, faiz yeyən, haqsız yerə yetim malı yeyən və ana-atasına qarşı asi olanlardır. Tirmizi)
"Allah sizə analarınıza qarşı yaxşı davranmağı tövsiyə etdi. Allah sizə atalarınızla yaxşı davranmagı tövsiyə etdi. Allah sizə ən yaxın qohumlarınızla, sonra yaxınlıq dərəcələrinə görə qohumlarınızla yaxşı davranmaöı tövsiyə etdi." (İbni Macə)
"Qiyamət günü kiçik uşağa “cənnətə gir“ deyilər. Uşaq cənnətin qapısında durar və ancaq ana və atasıyla birlikdə girərəm deyər və dirənər.O zaman "ana və atasını da birlikdə cənnətə girin deyilər "(İbni Macə)
"Üç qızı olub ehtiyacdan qurtarana qədər onlara yaxşı baxan, yedirən, geydirən bir insan bağışlanmayacaq bir günah etməmişsə cənnətə girər. (Tirmizi)
"Buluğ çağına gəlincəyə qədər kim iki qız övladı yetişdirərsə, (barmaqlarını birləşdirərək) qiyamət günü o və mən belə bərabərik." (Müslim Tirmizi)
"Allah günahlardan dilədiyini qiyamət gününə saxlayar, anca ana və ataya edilən üsyanın cəzasını ölməzdən əvvəl dünyada verəcəkdir." (Hakim)
"Ata, cənnət qapılarının ən xeyirlisinə girməyə vəsilədir. Artıq ya ata haqqına ehtiyatsızlıq etməklə o qapını itir və ya onun haqqına o qapını əldə etməyə çalış." (İbni Macə)
-
02-20-2010, 09:26 PMAseriRe: Bildiyiniz hedisleri yazin...
Peyqemberimizin gözel kelemlarina ayrica yer ayirdiqin ücün cox minnetdaram. Menim bunlara xüsusen ehtiyacim var.
Minnetdaram! ::aze:: -
02-20-2010, 09:29 PMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...cox sag olun oxudugunuz ucunAlıntı:
Aseri Nickli Üyeden Alıntı
-
02-21-2010, 12:58 PMPOWER_RANGERSRe: Bildiyiniz hedisleri yazin...
Rəsulullah'ın (s.a.v.) bu mövzuda bəzi hədisləri bunlardır:
"Qohumluq bağlarını kəsən cənnətə girməz."(Buxari-Müslim)
"Ey İnsanlar! Biri-birinizə salam verin. Qohum ziyarətində səhlənkarlıq etməyin. Gecə vaxtı, insanlar yatarkən namaz qılın ki, salamatlıqla cənnətə girəsiniz." (Tirmizi)
"Həqiqətən insanların əməlləri cümə gecəsi Allaha ərz olunar. Fəqət qohumluq bağlarını kəsənin əməli qəbul olmaz." (Əhməd)
Ruzisinin bollaşmasını və ömrünün uzamasını istəyən insan qohumlarını ziyarət etsin. (Buxari-Müslim)
-
02-23-2010, 12:25 PMAgLaYaN_BuLuDRe: Bildiyiniz hedisleri yazin...
Həzrət Əli (ə) buyurmuşdur:
* Əgər namaz qılan şəxs rəbbinin sonsuz rəhmətinin onun üzərinə necə şamil olduğunu bilsəydi hec vaxt başını səcdədən qaldırmazdı.
* Oruc yalnız yemək və içməkdən qalmaq deyildir. Bu, Allahın xoşu gəlmədiyi bütün şeylərdən uzaq olmaq deməkdir.
* Həcc yolunda xərclənən bir dirhəm min dirhəmə bərabərdir.
* Allahın rəhməti Onu yad etməklə nazil olar.
* Dua vasitəsi ilə bəla aradan qalxar.
* İki nemətin qədrini onu əldən verən şəxsdən başqa bir kimsə bisə bilməz: sağlamlığın və cavanlığın.
* Allahın itaətinə səbr etmək, Onun əzabına səbr etməkdən daha asandır.
* Ləzzətlərin gedəcəyi və günahların qalacağı yadınızda olsun.
* Başqalarının ölümünü gördüyü halda öz ölümünü unudan kəsə təəccüb edirəm.
* Din qardaşı ac olan halda mömin tox olmaz.
* O şəxsə təəccüb edirəm ki, yaxşı bir sifətə görə tərifləndikdə sevinir, halbuki, bu sifətə malik olmadığını bilir.
* Ən şiddətli cəza, yaxşılığın müqabilində pislik edən şəxsə çatacaq.
* İmanın ən möhkəm bağları Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.
* Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar etmək qəlbi gücləndirir.
* Günahkarlarla dostluq etməkdən çəkin, çünki pislik pisliyə bağlanar.
* Ruzini, sədəqə verməklə başınızın üzərinə endirin.
* Nadan, qoca olsa da uşaqdır, alim isə yeniyetmə olsa da böyükdür.
* Daim sakitliyi seç ki, onun ən az faydası salamat qalmağındır.
* Əcəli çatdığı halda, mal toplamaqda olan bədbəxt nə çoxdur.
* Camaat içində birinə nəsihət vermək danlaqdır, nəsihət deyil.
* Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.
* Bu İslam, Allahın dinidir. Onu özü üçün seçdi.. və onun əsaslarıyla azğınlığın əsaslarını viran qoydu.
* İzzət istəyirsənsə, onu Allaha itaətdə axtar.
* İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.
* Qəlbi Allaha müti olan şəxsin cismi Allaha itaətdən yorulmaz.
* Həcc qəlblərə rahatlıq bəxş edər.
* Nəfs mübarizə ilə islah olunar.
* Nəfsini paklaşdırmayan şəxs öz ağlından mənfəət aparmaz.
* Cənnətin qiyməti saleh və yaxşı əməldir.
* Həqiqətən nadan o şəxsdir ki, nəfsi istəkləri onu özünə qul etmişdir.
* Müsibətlərin böyüyü cəhalətdir.
* Ən xoşbəxt insan, ən çox təqvalı olandır.
* Həya bütün xeyrlərin açarıdır.
* Allah təala bəndəni sevən zaman ibadət məhəbbətini onun qəlbinə salar.
* Dünyadan gördüyün bu qədər əziyyətlərə rəğmən qəlbini dünyaya bağlamağın nadanlıqdır.
* Hər kəs bir şeydən Allaha xatir əl çəksə, əvəzində Allah da ondan yaxşısını ona verər.
* Ağlın zəkatı cahillərə dözməkdir.
* Allahın əmrlərinə itaət etməklə özünüzü Onun rəhmətinə qovuşdurun.
* Allaha itaətin tacı bəndənin xoşuna gəlsə də, gəlməsə də Allahın işinə razı olmaqdır.
* İnsanların ən bəsirətlisi öz eyblərini görən və öz günahlarından əl çəkən şəxsdir.
* Möminin sevinci üzündə, qüdrəti dinində, kədəri qəlbindədir.
* Bəndə Allahın sevdiyini sevməyincə və Allahın sevmədiyinə nifrət etməyincə imanı kamilləşməz.
* Həya gözəldir, amma qadınlarda daha gözəldir.
* İslama zəiflik gətirmədiyi halda mən sülhü müharibədən daha faydalı bilirəm.
* Hər kim özü ilə Allahın arasını düzəldərsə, Allah da onunla xalqın arasını düzəldər.
* Özünə rəhmət cəlb etmək üçün ən yaxşı yol hamının xeyrini istəməkdir.
* Haqq şəxsiyyətlərlə tanınmır, haqqı tanı ki, onun əhlini də tanıyasan.
Əliyə olan sevginiz qəlbinizdən əskilməsin heç zaman! Amin - İnşallah! ola bilsin təkrar olanı olsun üzürlü sayın
