2 sonuçtan 1 ile 2 arası

Dünyada və axirətdə iki dost

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Dünyada və axirətdə iki dost

    Peyğəmbər (s.a.v) əshabi ilə Məkkədə illərlə əzab-əziyyət içində yaşadıqdan sonra Allahın əmri ilə hicrət etmək vaxtı gəlmişdi.

    Peyğəmbərimiz (s.a.v) dedi:

    Mənə bu yolda kim yoldaşlıq edər? Canından kim keçər?

    Əbu Bəkr (r.a) Anam,atam,malım,canım -hamısı sənin yolunda fəda olsun,Ey Rəsulullah! Bu şərəfli xidmətə məni qəbul et dedi.

    Peyğəmbərimiz (s.a.v) İslam dinini ilk qəbul edənlərdən və eyni zamanda ən yaxın dostu olan Həzrəti Əbu Bəkrin (r.a) bu istəyini qəbul etdi.

    Gecə yarısı yola düzəldilər.Həzrəti Əbu Bəkr (r.a) Peyğəmbər Əfəndimiz (s.ə.s) qorumaq üçün gah arxasına,gah önünə,gah sağına,gah da soluna keçir,düşmənlər onun izini tapmasın deyə,mübarək ayaq izlərinin üzərinə basırdı.

    Bu əsnada Peyğəmbərimiz (s.a.v) buyurdu:

    Ya Əbu Bəkr,niyə əziyyət çəkirsən?

    Əbu Bəkr,mən sizin bir tükünüzə zərər dəyməsin ,deyə belə edirəm dedi.

    Bu sözdən sonra Peyğəmbərimiz(s.a.v) belə buyurdu:

    Kədərlənmə,Allah bizimlədir.

    Sevr dağındakı mağaranın yanına gəldilər.Həzrəti Əbu Bəkr (r.a) dedi:

    Ya Rəsulullah,bir az səbr edin.İcazə verin mağaraya birinci mən girim.İlanlar,əgrəblər sizə zərər verməsin.

    Sonra Peyğəmbər (s.a.v) mağaraya daxil oldu.Səhərə qədər mağarada qaldılar.

    Rəsulullah (s.a.v) başını dostu Əbu Bəkr (r.a) dizinin üstünə qoyub yatdı.Peyğəmbərimiz (s.a.v) yatdıqdan sonra Əbu Bəkri (r.a.) əqrəb sancır və Əbu Bəkr ,Peyğəmbərimiz (s.a.v) oyanmasın deyə ayağını tərpədmir.

    Səhər açılanda Peyğəmbərimiz (s.a.v)Həzrəti Əbu Bəkrin mübarək üzündə bir dəyişiklik görüb səbəbini soruşdu.Həzrəti Əbu Bəkr (r.a.) cavab verdi:

    Ey Allahın rəsulu məni əqrəb sancıb.Sənə əziyyət olmasın deyə səni yuxudan oyatmadım və səhər kimi gözlədim.

    Peyğəmbərimiz ( s.a.v) bu zaman belə dua edir:

    Allahım qiyamət günü Əbu Bəkrə mənim yanımda olmağı nəsib eylə.

    Sonra Peyğəmbərimiz (s.a.v) Əbu Bəkrin yarasına mübarək ağzının suyundan sürtdü.O anda Əbu Bəkr (r.a) şəfa tapdı

    Uca Allah bizləri bu dünya və axirət dostu ilə bir yerdə olmağı nəsib etsin.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Dünyada və axirətdə iki dost

    Amin
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.