7 sonuçtan 1 ile 7 arası
-
01-27-2010, 03:06 PM #1Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 1.149
Sular da sızlar mı???
Sular da sızlar mı?
Elə isə, suyun sızısını dindirəcək su vardırmı?
İslanmaq üçün darıxdığı zamanlar yoxdurmu yağışın?
Yağışı sevindirən bir yağış varmı?
Daşlar da ürəkləşərmi?
Ürəklərin daşlaşması kimi, daşların da daş olmaqdan bezib yumşalmağa meyl etdiyi zamanlar yoxdurmu?
Yollar da darıxarmı? Yolun da alıb başını getmək istədiyi zamanlar olurmu ?
Atəş də yanmağı arzulamazmı? Atəşi də yandırıb qovuran bir atəş ola bilməzmi?
Günəş də gözləyərmi gün doğumunu? Bir axşamüstü günəş də seyr etməyi diləməzmi günbatımını?
Ayrılıq bezmədimi o qədər sevgili arasında dayanıb gözləməkdən?
Ayrılıq da ayırmaqdan usanmazmı?yoxdurmu qovuşmağı dilədiyi anlar?

Eşq də aşiq ola bilməzmi? Bu qədər zamandır kobud rəftar edilməkdən, başa düşülməməkdən şikayətçi deyilmi?
Hər kəsin dilində olub da, kimsəyə yar olmamaq eşqə də ah etdirmirdirmi?
Mahnıların da sevdiyi bir mahnı yoxdurmu?
Onlar da hərdənbir dayanıb dinləmək istəməzmi ağrıların və sevinclərin nəğmələrini?
Torpaq da bir gün torpağa uzanmağı arzulamazmı? Ona da torpaqdan bir məzar tapılmazmı?
Gündəlik həyatda hər şey öz axarındadır kimi gəlir bizə.
Daş qatıdır... Atəş yandırar... Sular sərindir... Yol yolçunu gözləyər....

Belə bilirik, çünki, belə tapdıq. Təəccüblənməyə ehtiyac yoxdur...
Məcnun olmağa yer yox...
Hər şey olduğu yerdə qalsın. Yeni suallarla yeni qayğılar yaratmağın mənası yox. Ağılına de ki, Otur oturduğun yerdə!
Ürəyini tənbehlə ki, "Dayan dayandığın yerdə!"

İnsan olduğundan artıqdır hər zaman.
İnsan, hər an ola biləcəyindən daha azıyla vardır.
İnsan belə ikən, sular belə deyil məsələn.
Sular sızıntılara dərman olarkən, öz sızıntılarından xəbərsiz ola bilər.
Suların da sızlayıb sızlamadığının dərdini bilmək insana düşər.
Yağış hər şeyi nəzakətlə isladarkən,bir yağışda islanmanın həsrətində ola bilər?
Yağışın da islanmağa ac ola biləcəyi bir tək insanın xatirinə gəlir.
Daşlar həmişə bərk dayanarkən, ürəklərin qatılaşmasından xəbərsiz qala bilər.
Daşların da qatılıqdan usana biləcəyi ancaq insanın ağılına düşə bilər.
Eşq neçəsini ah etdirərkən, ah etməmiş ola bilər.
Eşqin ah edə biləcəyi ehtimalı yalnız insanın ürəyində yer tapa bilər.
Elə isə, bir dəfə daha baxmalı deyilikmi özümüzə?
Bu andakı varlığımız bizi biz etməyə qadirmi səncə?
Olduğumuzdan çoxu olmağa niyyətli deyilikmi?
Qadirikmi özümüzü özümüz etməyə?
Ayaqlarımız çatırmı fitrətimizin zirvələrinə?

Əlimiz yetişə bilərmi ürəyimizin dərinliklərinə?
Nə qədərbələdik varlığımızın gizli künclərinə?
Uzana bilirikmi ruhumuzun labirintlərinə?
Toxuna bilirikmi xatirələrimizin gizli künclərinə?
Qopara bilirikmi duyğularımızın acı-şirin meyvələrini?
Nə qədər sallana bilirik düşüncələrimizin dərin quyularına?
Kimik biz? Nəyik? Haradayıq?
Kim bilir...
Bəlkə də özümüzü özümüzdən ayıran bir dağıq.
Fərhad olub Şirin olan yanımızı axtarırıq...
Dağın o biri tərəfində saxlayırıq özümüzü.
Həmişə bu yamacda qalıb qazırıq...qazırıq...
Kim bilir...
Bəlkə də öz özümüzü kəsən bir bıçağıq.
İsmayıl olub özümüzü qurban edirik...
Həmişə azaldırıq özümüzü...Həmişə kəsirik özümüzdən...

Kim bilir ...
Bəlkə özümüzü özümüzə haram edən bir günahıq.
Züleyxa olub Yusuf olan yanımızı aldadırıq...
Yusuf olan ürəyimizi zindanlaraa sürüyürük.
Kim bilir...
Bəlkə özümüzü özümüzdən ayıran bir səhrayıq...
Məcnun olub Leyla olan yanımızı tək,yalnız buraxırıq.
Kim bilir...
Bəlkə öz özümüzü ağladan böyük bir yarayıq....
Kərəm olub Əslimizi axtarırıq...Tapa bilmirik.

Suların sızısından xəbərsiz yaşayırıq....
Suların sızılarını belə görə biləcəkkən, öz sızılarımıza biganələşirik...
Özümüzü də fərq etməz hala gəlirik.
Özümüzü özümüzdə itiririk...
Öz əllərimizi öz əllərimizdən çəkirik...
Göz gözə gələ bilmirik özümüzlə....Üzləşə bilmirik.
Öz özümüzü küçəyə atırıq...
Özümüzü özümüzdən sürgün edirik...
Özümüzə özümüzü çox görürük...
Halbuki insan olduğundan çoxdur,böyükdür hər zaman.
Amma bilmirik...
Amma bilmədiyimizi də bilmirik.
Sızıntısız yaşayırıq...
Kimsəsiz yaşayırıq...
...
-
01-27-2010, 03:09 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Sular da sızlar mı???
-
01-27-2010, 03:10 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 1.955
Re: Sular da sızlar mı???
tshk canim


-
01-27-2010, 03:18 PM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Sular da sızlar mı???
Halbuki insan olduğundan çoxdur,böyükdür hər zaman.
Amma bilmirik...
Amma bilmədiyimizi də bilmirik.
Sızıntısız yaşayırıq...
Kimsəsiz yaşayırıq...
HaKKım heLaL,Sewqim haRam oLsun
-
01-27-2010, 06:48 PM #5Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 1.149
Re: Sular da sızlar mı???
Tesekkurlerr
Beyenmenize sevindim...
en cox bu hissesini beyenmisdimDaşlar da ürəkləşərmi?
Ürəklərin daşlaşması kimi, daşların da daş olmaqdan bezib yumşalmağa meyl etdiyi zamanlar yoxdurmu?...
-
01-27-2010, 06:58 PM #6Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Sular da sızlar mı???
her bir sozu gozeldi cox sagol heqiqeden de 3-4 defe aciq oxumuwam
-
01-27-2010, 07:03 PM #7Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 1.149
Re: Sular da sızlar mı???
tesekkurler
zeynalov_ Nickli Üyeden Alıntı
...


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri