Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Fatimei Zehra

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Fatimei Zehra

    Allah-Təala Fatimənin dünyaya gəlişi ilə ?Kövsər? surəsini nazil etdi
    Atasının nəslini artıran qız
    Həzrət Məhəmməd Peyğəmbərin dünyaya gələn üç qızının ardınca Qasim və Abdullahın doğulması böyük sevincə səbəb olsa da, bu körpələr çox yaşamır. Yaşa dolmuş Xədicənin yenə də qız övladı dünyaya gəlir. Onun adını Fatimə qoyurlar. Fatimə Həzrət Peyğəmbərin dördüncü və ən kiçik qızı idi. Sevimli Peyğəmbərimizi, sonsuz, nəsli artmayan adlandıranlar da oldu. Lakin Allah-Təala Fatimənin dünyaya gəlişi ilə ?Kövsər? surəsini nazil etdi: ?Həqiqətən, Biz sənə Kövsər bəxş etdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Düşmənin özü əbtər, sonsuzdur!?. ?Kövsər? böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaq deməkdir. Peyğəmbərin nəsli məhz Fatimənin vasitəsilə davam edib. Fatimə dünyaya on bir məsum imam bəxş edib. Peyğəmbər ailəsinin iftixarına sahib olan qız - oğulun canişinlik taxtına oturur. Bir cəmiyyətdə ki, qız uşaqları yalnız diri-diri basdırılmaqla paklanır, bir cəmiyyətdə ki, qızlar dəyərsiz bir məxluq kimi qəbul edilir, Fatimə günəştək parlayır!

    Sadəcə Fatimə
    Fatimə bir neçə adı ilə məşhurdur: Tahirə, Zəkiyyə, Raziyyə, Zəhra, Bətul və s. Məhəmməd Peyğəmbər (s.ə.s) qızının Fatimə adlandırılmasını bununla izah edib ki, Allah onu və onun aşiqlərini atəşdən uzaq saxlayıb. Bəzi rəvayətlərə əsasən, Fatiməni Tahirə də adlandırıblar. Çünki o, bütün nöqsan və çirkinliklərdən uzaq idi. O, hətta heç vaxt heyz və nifas qanı görməyib.

    Atasının anası
    Fatimənin körpəliyi tufanlar içində keçir. O, anasını kiçik yaşlarında itirir və bütün meylini atasına salır. Fatimə peyğəmbərlik missiyasını yerinə yetirən atasının mehriban çağırışlarına ətrafdakıların istehza ilə yanaşmasının şahidi olurdu. Bir gün səcdə halında olan Peyğəmbərin (s.ə.s) başına qoyun içalatı atdılar. Körpə Fatimə özünü atasına çatdırıb, kiçik əlləri ilə onun üzünü təmizlədi, nəvaziş göstərib əlindən tutdu və birlikdə evə qayıtdılar. Fatimənin öz fədakar atasına sədaqətini görənlər ona ?ümmi-əbiha?, yəni ?atasının anası? ləqəbini verdilər. Fatimə Peyğəmbər yardımçısı olmağa layiqli bir övlad olur.

    Peyğəmbərin Fatiməyə olan sevgisi
    Tarix Məhəmməd Peyğəmbərin kiçik qızı Fatimə ilə rəftarından heyrətə gəlib. Rəvayətə görə, Peyğəmbər Fatimənin əllərini öpərdi. Əlbəttə, bu səhnələr böyük bir məhəbbətdən soraq verir. Qadına vəhşi münasibətin hakimlik etdiyi bir dövrdə ata öz qızının əllərini öpürdü! Bu ilahi dərslər kişiləri fironçuluqdan əl çəkməyə, qadınları öz şəxsiyyətlərini dəyərləndirməyə çağırırdı. Peyğəmbər Fatiməni o qədər sevib ki, belə deyib: ?Fatiməyə əziyyət verən mənə əziyyət verir?.

    Fatimə - həyat yoldaşı
    Fatimə Peyğəmbərimizin əmisi oğlu Əli ilə bir yerdə böyüyüb. Hər iki gənc nurlu bir ortamda tərbiyə aldı. Və günlərin bir günü bu iki nur - Əli və Fatimə bəşəriyyət üçün nümunə olacaq bir ailə qururlar. Fatimənin çoxlu elçiləri olub, ancaq Peyğəmbərimiz Fatimə üçün yalnız Həzrət Əlini layiq bildi. Sevimli Peyğəmbərimiz (s.ə.s) Fatiməyə belə dedi: ?Səni imanda ən güclü, elmdə ən bilikli, əxlaqda ən gözəl və ən uca ruhlu bir kəsin yanında əmanət qoyub gedirəm?. Fatimə ilə Həzrət Əli çox xoşbəxt ailə həyatı sürdü. Fatimə Əliyə sadiq, qayğıkeş, mehriban həyat yoldaşı oldu. Əli də həmçinin Fatiməyə hər cəhətdən dəstək olurdu, hətta ev işlərində də ona yardım edirdi. Onlar bir-biri üçün yaranmışdılar! Kasıb həyat tərzinə baxmayaraq, onlar hər zaman sevinc, mərhəmət, səmimiyyət içində yaşayıblar. Hətta ən çətin vəziyyətdə də Fatimə Əlidən nə isə tələb etmir, onu əziyyətə salmaq istəmirdi. Fatimə o qədər gözəl həyat yoldaşı olub ki, Əli onun barəsində belə söyləyib: ?Fatimə Allaha itaətdə ən yaxşı köməkçidir?. Fatimə isə Əli barədə belə deyib: ?Ən yaxşı ər, mənim yoldaşımdır?.

    Fatimənin cehizi
    İstər ata evində, istərsə də Əlinin xanımı olanda Fatimənin həyatı sadəliklə keçdi. Hansı ki Fatimə İslam dünyası rəhbərinin qızı idi. Fatimənin ailə həyatı olduqca sadə, dəbdəbəsiz idi. Onun cehizi - bir ədəd köynək, iki ədəd yaylıq, bir ədəd qətfə, bir taxt, iki ədəd döşək, dörd balış, bir pərdə, bir həsir, bir əl daşı dəyirmanı, süd üçün taxta kasa, dəri su qabı, bir küp, bir neçə kuzə, iki gümüş qolbaq, bir mis qab.

    Fatimənin övladları
    Fatimə ilə Əlinin Həsən adlı oğulları dünyaya gəlir. Bütün Mədinə şəhəri Məhəmməd Peyğəmbərin (s.ə.s) sevincini bayram edirdi. Həzrət həyatında ilk dəfə, son ən ağır, məşəqqətli on altı ildən sonra şirin duyğular keçirirdi. Ailə öz ilk övladını ağuşuna aldı. Bir ildən sonra Hüseyn dünyaya göz açır. Artıq Peyğəmbərin iki oğlan nəvəsi var. Onun öz iki oğlu - Qasim, Abdullah və İbrahim uşaqkən dünyasını dəyişir və nəsli övladlarından yalnız Fatimə xətti ilə davam edir. Həsən (ə) və Hüseyn (ə) Məhəmməd Peyğəmbərin həyat sevincinə çevrilir və o, vaxtının böyük hissəsini bu körpələrə, onların sağlam tərbiyəsinə sərf edirdi. Evdən çıxıb bir yerə gedərkən bu iki körpədən birini daim özü ilə aparmağa çalışırdı. Fatimə Həsən, Hüseyn, Zeynəb, Gülsum kimi mərd, saf və ədalətli övladlar tərbiyə edən anadır. Həqiqətən, onlardan hər biri bəşər tarixi üçün gözəl nümunədir. Fatimənin övladları daim haqq müdafiəsində olublar.

    Fatimənin ibadəti
    Fatimə çox saf və imanlı qadın olub. Çox vaxt gecəni sübhədək oyaq qalar, namaz qılardı. İmam Həsən (ə) söyləyir ki, anamı sübhədək namaz halında gördüm. Başqaları üçün dua edərdi. Soruşdum ki, özün üçün niyə dua etmirsən? Fatimə dedi ki, əvvəl qonşulardır. O hər zaman birinci başqa insanlar üçün dua edər, yalnız axırda özünü yada salardı.

    Fatimənin fədakarlığı
    Bir gün Fatimənin oğulları - Həsən və Hüseyn (ə) xəstələndilər. Həzrət Peyğəmbər (s.ə.s) Fatimənin evində idi. Sevimli Peyğəmbərimiz qızına övladlarının sağalması üçün nəzir deməsini tövsiyə etdi. Əli (ə) və Fatimə nəzir etdilər ki, övladları sağalanda üç gün oruc tutsunlar. Allah Həsən ilə Hüseynə şəfa verdi. Əli, Fatimə, Həsən, Hüseyn və xidmətçi Fizzə oruc tutdular. Birinci gün başa çatdı. İftar üçün Fatimə beş çörək hazırladı. Elə oruclarını açmaq istəyirdilər, birdən qapı göyüldü. Bir miskin onlardan kömək istədi. Əli, Fatimə, Həsən, Hüseyn və Fizzə öz çörək paylarını həmin miskinə verdilər. Səhəri gün yenə oruc tutdular. Yenə iftar vaxtı bir yetim qapını döydü və yardım istədi. Onların hər biri yenə öz yeməklərini yetimə verdilər və su ilə oruclarını açdılar. Üçüncü günün orucunu tutdular! İftar vaxtı bir əsir gəlib kömək istədi. Oruc tutanlar yenə də yeməklərini ehtiyaclıya verdilər. Beləcə, Peyğəmbər ailəsi öz orucunu acqarına başa vurdu!

    Fatimə - ictimai qadın
    Fatimə ictimai işlərdə də fəal qadın olub. O hətta atası ilə birlikdə müharibələrdə də iştirak edib, yaralılara tibbi kömək göstərib. Peyğəmbərin (s.ə.s) vəfatından sonra, Fatimə ictimai-siyasi səhnələrdə iştirak edib. Lazım gələndə haqq naminə çalışır, insanları doğru yola çağırır, təsiredici çıxışlar edərdi. Fatimə, hətta hücumlara, təhqirlərlə də məruz qalıb. O hər zaman ədalətin keşikçisi olub. Fatimə çox qısa bir ömür yaşadı. Lakin ölümündən sonra da bu günə kimi onun adı tarixdə yaşayır və yaşayacaqdı da. Fatimə bütün dövrün qadınlarına öyrətdi ki, qadın ictimai sahələrdə də fəal olmalıdır.

    Fatimə - nümunədir
    Fatimə İslamın nəzərdə tutduğu qadın nümunəsi idi. Onun simasını Peyğəmbər özü mübarizə meydanlarından keçirərək yaratmışdı. Ataya necə qız olmalı? Ərə necə həyat yoldaşı olmalı? Övladlara necə ana olmalı? Cəmiyyətdə necə qadın olmalı? Fatimə bütün bu suallara gözəl bir cavabdır. Dünya qadınları üçün misilsiz bir ideal! Onun mərdliyi və saflığı hər bir qadının ?Necə olmalı?? sualına cavab verir. Fatimə böyük Xədicənin qızı, Fatimə Məhəmmədin qızıdır, Fatimə Peyğəmbər ailəsinin ətirli bağçasının solmayan, gözəl bir gülüdür!

    Fatimənin məzarı gizli qalıb
    Qeyd olunduğu kimi, Fatimə çox qısa ömür yaşayıb. Həzrət Əli onu itirəndə həyatının ən ağır günlərini yaşadı. Fatiməsiz həyat çox çətin idi. Fatimə Haqq Dünyasına qovuşanda onun yanında Əli var idi! Əli qəlbinin parasını özü torpağa tapşırdı və heç kimə həyat yoldaşını harada dəfn etdiyini söyləmədi. Bu günə kimi Fatimənin dəfn edildiyi yer sirr olaraq qalır. Bu sirri yalnız Allah, Fatimənin ömür-gün yoldaşı İmam Əli və övladları bilirdi?

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Fatimei Zehra

    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Fatimei Zehra

    Allah razi olsun. Tesekkur movzuya gore!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.