Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

İslam estetik əməliyyatın əleyhinədir?

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    İslam estetik əməliyyatın əleyhinədir?

    Allah insanı və onu əhatə edən varlıqları ahəngli şəkildə və gözəl yaratmış, insana estetik duyğu verərək, gözəlliyi sevməyə, gözəl görünməyə meylli etmişdir. Qurani-Kərimdə müxtəlif ayələrdə Allahın dünyanı və göy üzünü gözəlliklərlə bəzədiyi, insan üçün dünyada bir çox gözəlliyin yaradıldığı, Cənnətin də gözəlliklərlə dolu olduğu xəbər verilir: “O, yaratdığı hər şeyi gözəl yaratdı,..” (əs-Səcdə, 7).
    Buna görə də insan daim gözəl görünməyə can atar. Çünki o, özünü gözəl hiss etdikdə özündən daha çox əmin və xoşbəxt olar. Belə olduqda isə insan cəmiyyətdə digərləri ilə rahat ünsiyyət qura, həyatda daha çox şans və uğur əldə edə bilər. İnsanın estetik əməliyyata müraciət etməsinin başlıca səbəbi də budur: gözəl görünmək arzusu!
    Plastik və estetik cərrahiyyənin tarixçəsi miladdan əvvəl 600-cü illərə gedib çıxır. Həmin dövrə aid sənədlərdə Hindistanda cəza üçün birinin burnu kəsildikdən sonra onun necə bərpa edildiyindən bəhs olunur. Müasir dövrdəki plastik cərrahiyyə isə 19-cu əsrdə inkişaf etməyə başlamışdır. Estetik cərrahiyyə plastik cərrahiyyənin tərkibinə daxil olub, üz və bədənə aid xüsusiyyətləri dəyişdirmək, onları gözəlləşdirmək məqsədi güdür.
    Estetik cərrahiyyənin tarixçəsi yeni olduğuna görə klassik İslam qaynaqlarında onun hökmlərinə, İslamın buna necə yanaşdığına rast gəlmək qeyri-mümkündür. Lakin məsələyə İslamın ümumi prinsipləri ilə yanaşdıqda, bunun dində xoş qarşılanmadığı, haram sayıldığı görülür.
    Birincisi ona görə ki, insan şeytanın vəsvəsəsinə uyaraq, Allaha qarşı çıxır, Onun yaratdığına müdaxilə edir. Şeytan Adəmə (ə) səcdə etməyib Allaha üsyan etdikdə belə demişdi: “Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!..” (ən-Nisa, 119).
    İkincisi isə, insan heç bir məcburiyyət olmadan narkoz qəbul etməklə, bıçaq altına uzanmaqla həyatını təhlükəyə atır. Üstəlik öz bədəninə əzab verir. Canını, bədənini insana əmanət edən Allah “...Öz əlinizlə özünüzü təhlükəyə atmayın,..” (əl-Bəqərə, 195) buyurur.
    Diqqət yetirsək, hazırda estetik əməliyyata müraciət edənlərin sayının get-gedə artdığını görərik. Hətta, bunda yaş həddi də azalmağa doğru gedir. Mütəxəssislər bunun səbəbini maddi rifahın yüksəlməsində görürlər. Yemək-içmək, geyim kimi dərdi olmayan insan bu tip şeylərlə maraqlanmağa, öz üzərində təcrübələr keçirməyə başlayır. Sözsüz ki, burada kütləvi informasiya vasitələrinin də rolu böyükdür. Müxtəlif kosmetik vasitələrin reklamı, “ulduzların” aldadıcı gözəllikləri insanları bunlardan istifadə etməyə, onlara bənzəməyə təşviq edir. Nəzərə alsaq ki, dünyada milyonlarla insan sırf maddi çətinliyə görə ağır xəstəliklərdən xilas ola bilmir, onda sırf gözəllik xatirinə bu cür üsullara müraciət edilməsi israfdan başqa şey deyildir. İsraf da dində haram buyurulmuşdur: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 31).
    Sözsüz ki, burada istisnalar mövcuddur. İslam alimləri müalicə məqsədilə edilən əməliyyatların caiz olduğunu söyləmişlər. Çünki bunda məqsəd Allahın yaratdığı şəkli pozmaq və dəyişdirmək deyildir. Əməliyyata müraciət edilməsi zərurət və ehtiyacdan qaynaqlanır. Məsələn, anadangəlmə hansısa üzvün artıq və ya əskik olması, çəplik, sonradan meydana gələn yara və yanıqların ortadan qaldırılması buna misal ola bilər. Çünki, insanın bədənində olan, həddən artıq nəzərə çarpan anormallıqlar onun cəmiyyətdə gülüş obyektinə çevrilməsinə, təhqir edilməsinə, insanda komplekslərin yaranmasına, özünə qapanmasına, iş qabiliyyətinin azalmasına səbəb ola bilər. Bunların qarşısını almaq məqsədilə edilən əməliyyatlar dini baxımdan günah sayılmır.
    Həzrət Peyğəmbər (s) buyurur: “Allah gözəldir, gözəlliyi sevər” (Müslim ibn Həccac əl-Quşeyri, “Səhihi-Müslim). Bu baxımdan İslam insanların gözəl və təmiz olmasını istəmiş, buna təşviq etmişir. Lakin burada haramdan uzaq durmağın zəruriliyini də vurğulamuşdır.
    Bunlarla yanaşı unutmamaq lazımdır ki, əsl gözəllik insanın qəlbindədir. Qəlb gözəl olduqca mütləq özünü insanın xaricində büruzə verəcəkdir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah sizin xarici görünüşünüzə və mallarınıza baxmaz. Amma O, sizin qəlblərinizə və əməllərinizə baxar” (Müslim ibn Həccac əl-Quşeyri, “Səhihi-Müslim). Həzrət Əlinin (ə) məşhur sözü də bunu ifadə edir: “Geyim və bəzək-düzəklə əldə edilən xarici gözəllik müvəqqətidir. Əsl gözəllik əxlaq və davranış gözəlliyidir ki, onun sahibini həm ətraf mühiti, həm də Yaradanı sevər”.


    Menim ozume cox maraqlidir,estetik emeliyyatlar gunahdirmi?
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: İslam estetik əməliyyatın əleyhinədir?

    gunahdir ya yox bilmirem ama mence yalnisdir her bir insan nece var ozunu ele sevib deyer vermeli

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: İslam estetik əməliyyatın əleyhinədir?

    Alıntı _SoMMeT_ Nickli Üyeden Alıntı
    gunahdir ya yox bilmirem ama mence yalnisdir her bir insan nece var ozunu ele sevib deyer vermeli
    hmm
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika United States
    Mesajlar
    2.811

    Re: İslam estetik əməliyyatın əleyhinədir?

    Beli günahdır,Allah nece yaradıbsa ele galmalıdır insan.Mövzu için tşk

  5. #5
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: İslam estetik əməliyyatın əleyhinədir?

    Alıntı suzi333 Nickli Üyeden Alıntı
    Beli günahdır,Allah nece yaradıbsa ele galmalıdır insan.Mövzu için tşk
    deymez
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.