Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Qiyamət gününə azmı qalıb?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Qiyamət gününə azmı qalıb?

    Həqiqətən Qiyamət gələcək,buna heç bir şəkk-şübhə yoxdur"(Həcc surəsi,7-ci ayə)

    1.Elm Məhv olar

    2.Çox zəlzələlər gələr

    3.Fitnə fəsad çoxalar

    4.Cəmaət öz istəkləri daliycan gedər

    5.Günəş qərb tərəfdən baş vurar

    6.Dəccal zahir olar

    7.Yəcuc Məcuc tayfası gəlib dunyanı əhatə edər

    8.Məryəmin oğlu Hz.Isa(e) asimandan yerə nazil olar

    9.Sonra edən tərəfdən od gələr.(bunları bir gün peyğəmbər(s.a.a.s) səhabələr söyləyirdi)

    O,cənabdan soruşdular ki,bu hadisələr nə vaxt olacaq?

    1.Onda ki,Quran oxuyanlarınız əmrləri tərifləyər

    2.Fəqir və kasıbları zəlil edərsiz

    3.Çalıb-çağırmaq yayılar

    4.Zinanı aşkar edərlər

    5.Binaları ucaldarlar

    6.Quranı müxtəlif məqamlar üstündə oxuyarlar

    7.Batil əhli haqq əhlinə hakim olar

    8.Namazı gözdən salıb zəlil edərlər

    9.Zalim əmrleri hər işdə qabağa salarlar

    10.Qurana hərislik artar

    11.Alimlər münafiq olarlar

    12.Məscidləri ziynətləndirərlər

    13.Quranı qızıla tutarlar

    14.Məsciddə cəmaət namazı qılınanda səhvlər çoxalar

    15.Din sözu yalniz dillərində deyilər,qəlblərində din olmaz

    16.Onlara bir şey versən təşəkkür edərlər,verməsən,nankorluq edərlər

    17.Uşaqlara rəhm etməzlər

    18.Böyüklərə hörmət etməzlər

    19.Işlərini uşaqlar idarə edərlər

    20.Qonşuları söyərlər

    21.Yolları kəsib baqlarlar

    22.Müsəlmanları ilə vuruşub,kafirlərlə barışarlar

    23.Yağışlar çoxalar

    24.Alimlər azalar

    25.Əmrlər çoxalar(vəzife isçiləri)

    26.Sədəqəni cərimə hesab edərlər

    27.Fahişəliyə adi bir iş kimi baxıb,günah hesab etməzlər

    28.Xalqın nəzərində böyük görünmək üçün təkəbbürlə namaz qılarlar

    29.Allahın kitabı oxunar,amma ona əməl edilməz

    30.Cənnəti sevərlər,amma,oraya getmək üçün yaxşı əməl etməzlər

    31.Yuxudan duran kimi,musəlman qardaşaınızın qeybətini edərsiniz

    32.Allahın nemətləri yeyilər,amma,şükr edilməz

    Qiyamət günü - günlərin ən dəhşətlisi və ən qorxulusudur. Qiyamət günü bütün ölülər diriləcək və cəmi insanlar etdikləri əməllərə görə cavab verəcəklər. Artıq geriyə yol olmayacaq. Bütün etdiklərmizin bəhrəsini o an görəcəyik. Aramızdan Cənnətə gedənləri görüb qibtə edəcək, cəhənnəmliklərə baxıb için-için ağlayacağıq. Hər kəs canını qurtarmağa yer axtaracaq - ata oğulu, oğul atanı tanımayacaq. Çünki hərə öz canının hayında olacaq. Cənnət hər zamankı kimi insanların arzu etdiyi yer olacaq. Qiyamət gününün vaxtını Allahdan başqa heç kəs bilmir. Deyilənə görə o gün cümə gününə təsadüf edəcək. Və oğrunun evə gizlin girdiyi kimi, o da gizlin və gözlənilməz halda baş verəcək. Odur ki, o an Cənnətə gedənlərin sırasında olmaq üçün indidən çalışmaq lazımdır. Qurani Kərimdə Qiyamət günü haqqında verilən əlamətlər çox azdır. Lakin az da olsa, Qiyamət günü haqqında müəyyən təsəvvürlərə yiyələnmək olar. Belə ki, Axirətin gəlib çatdığını xəbər verən birinci əlamət bundan ibarət olacaq ki, insanlar arasında birdən-birə dinsizlik yayılacaq, Məkkədə Kəbə yox olacaq, Quran unudulacaq, hündürmərtəbəli binalar tikiləcək, bəzi insan işlərini robotlar yerinə yetirəcək, əxlaqsız qadınlar cəmiyyətə əxlaqlı qadın kimi örnək göstəriləcək və s. O zaman göy də Allahdan ilham alacaq, müsəlman məsihi Mehdi (ə) (doğru yoldan aparılan) zühur edərək yerdə ədalət və imanı bir müddət üçün bərpa edəcək. Digər məlumata görə, Qiyamət günü baş mələklərdən İsrafil öz surunu (şeypurunu) birinci dəfə çalanda təbiət tir-tir titrəməyə başlayacaq, insanlar isə dəhşətə gəlib qaçışacaqlar. İsrafil surunu ikinci dəfə çalanda bütün insanlar can verib öləcəklər. İnsanlar hamılıqla öləndən sonra illik bir dövr başlayacaq və bu dövrün sonunda çox şiddətli yağış yağacaq. Bu yağışdan sonra üçüncü dəfə çalınan sur səsi eşidiləcək və bu səs bütün ölüləri hamılıqla dirilməyə və Qiyamət günündə Yerusəlimdə bir yerə yığışmağa çağıracaq. Məhşər günü min illərə bərabər olacaq. Dirilən insanlar qızmar Günəş altında çılpaq vəziyyətdə, tər tökə-tökə Allahın hüzurunda ayaq üstdə duracaqlar: onlardan hər birinin bütün əməl və hərəkətlərinin yazıldığı dəftər də əllərində olacaq. Allah insanları bir-bir dindirib sorğu-sual edəcək, bütün hərəkətlərini tərəzidə çəkən kimi ölçüb biçəcək, sonra insanlar tük kimi nazik və qılınc kimi iti olan Qıl (Sirat) körpüsünün üstündən keçəcək. Cəhənnəmin üstündən salınan bu körpü Cənnətə tərəf gedir. O zaman Mühəmməd (s.ə.s) Peyğəmbər günahkarların bağışlanması üçün Allah yalvaracaq. "Həqiqətdir ki, Allah özünə şərik qoşanları bağışlamaz, halbuki bundan başqa hər bir pis hərəkəti, kimə istəsə bağışlayar". Bəli, həqiqətən Allah rəhimli və mərhəmətlidir və biz də Rəbbimizə günahlarmızın bağışlanması və Qiyamət günü əfv olunanlar sırasında olmaq üçün tövbə etməli və dualar oxumalıyıq, bir də çoxlu savab işlər görməliyik.

    Çünki Qiyamət günü həqiqətən var və olacaq da!
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Qiyamət gününə azmı qalıb?

    Cox sagol
    birce gelse de qiyamet gunu

  3. #3
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Qiyamət gününə azmı qalıb?

    Qiyamətin əlamətlərini 90 % demək olarki gercəkləsir yavaş yavaş!! Həmin gün bəzi adamlarin üzlərini görmək istərdim başqa bir qorxum yox. Allah Köməyimiz olar inşallah.

  4. #4
    MLL
    MLL çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    176

    Re: Qiyamət gününə azmı qalıb?

    ELBBET O GUN BIR GUN GELECEK.AMA ALLAHDAN BASQA HEC KIM BILMIRKI, NE VAXT GELECEY.INSALLAH HEMIN GUNDE, ALLAHIN QARSISINA XEYIRLI EMELLERIMIZLE CIXARIQ.AMIN!!!

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Qiyamət gününə azmı qalıb?

    Alıntı MLL Nickli Üyeden Alıntı
    ELBBET O GUN BIR GUN GELECEK.AMA ALLAHDAN BASQA HEC KIM BILMIRKI, NE VAXT GELECEY.INSALLAH HEMIN GUNDE, ALLAHIN QARSISINA XEYIRLI EMELLERIMIZLE CIXARIQ.AMIN!!!
    amin insallah!
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.