MƏKKƏNİN HƏSRƏTİ
Mən Kəbəni gördüm, mənə röya kimi gəldi!
Röya mənə fövqəladi dünya kimi gəldi!
Yurdumdakı göz yaşları bir damcı göründü,
Ol Kəbədə göz yaşları dərya kimi gəldi.
Xoş oldu ayaqlar ki, o torpaqda gəzindi,
Gəldim geri, gerçək idi, xülya kimi gəldi.
Gözlər də sevindi bu məkanlarda baxarkən,
Gündüzləri, axşamları təqva kimi gəldi.
O günlərəcən baxışların qiyməti yoxdu,
Canım bunu gördükdə təmənna kimi gəldi.
Əllər xeyir iş görmədə sanki, qurumuşdu,
Əllər elə bil, fitrəti bənna kimi gəldi.
Qəlb titrədi, tüklər bütün ürpərdi zəhmdən,
Bu nəfsimə ən faydalı icra kimi gəldi.
Səhranı gülüstan kimi sandım o məqamda,
Əvvəl gözümün gördüyü suğra kimi gəldi.
Ta qarşıda bir Kəbə göründü, necə gündü,
Ya Rəbb, qullar da onun başına pərva kimi gəldi.
Möminlərə həm sirli və həm nurlu göründü,
Əsralara nur oldu, bu əsra kimi gəldi!
Səcdə elədik biz o evin Rəbbinə yalnız,
Taət bizə ən zirvədə kübra kimi gəldi.
Ömrümdəki ən dəyərli anlar yaşanarkən,
İbrət dolu, rəhmət dolu məcra kimi gəldi!
Dini Şe`rlər
Printable View
-
01-30-2010, 10:24 AMPOWER_RANGERSRe: Dini Şe`rlər
-
01-30-2010, 06:35 PMPOWER_RANGERSRe: Dini Şe`rlər
MÜSƏLMANLAR
Məzlumdu Fələstinli, Əqsalı müsəlmanlar,
Qaçqınlı, didərginli, Qəzzalı müsəlmanlar!
Xaindi, əzazildi qatil, sionist cəllad,
Qoymur ki, ömür sürsün mənalı müsəlmanlar!
Qəzzalı vətənpərvər dinin vüqarı saylır,
Peyğəmbərə, Allaha sevdalı müsəlmanlar!
Bombardıman altında Qəzza qara zülmətdir,
Axşamları yatmırlar əhyalı müsəlmanlar!
Əqsa nədir dərk eylər, Qəzza nədir dərk eylər,
Ancaq əməlisaleh, təqvalı müsəlmanlar!
Qəzzalıya biganə, israfçı ərəb şeyxi,
Yüz mərtəbələr tikmiş, lovğalı müsəlmanlar!
İslama vurur zərbə təkfirçi, təəssübkeş,
Dırnaqarası mömün, əmmalı müsəlmanlar!
Allanma, aman vermə, düşmənlər amansızdır,
Qəflətdən oyansınlar röyalı müsəlmanlar!
Düşmən nə edir etsin, bir zərrə qədər qorxmaz,
Mövlası Əli, zikri Zəhralı müsəlmanlar!
[ -
02-01-2010, 10:55 AMPOWER_RANGERSRe: Dini Şe`rlər
OLMAZMI Kİ!?
Böhtanı məqbul kimsələr ar eyləsə olmazmı ki!?
Şeytana təhkim örünü dar eyləsə olmazmı ki!?
Allaha təslim olmağın İslamı olsaydı əgər,
İslamdakı təslimliyin var eyləsə olmazmı ki!?
Bir səcdəni ar bildiyindən səcdə etməz Allaha,
Eşqi-sücudu qəlbə təkrar eyləsə olmazmı ki!?
İslamə zidd hər xətti təsdiq eyləyən pak qəlblilər,
İslamə zidd bir xətti inkar eyləsə olmazmı ki!?
Beş-altı ev yapmış həci bir də baxa ətrafına,
İmkansıza əl tutsa, zəvvar eyləsə olmazmı ki!?
İfrat ilə təfrit üçün şövq eyləyər insan tamam,
Bir orta yollu fəhmi miqdar eyləsə olmazmı ki!?
Nəfsi üçün duasına səbr eyləməz gündüz-gecə,
Dua edən duadə israr eyləsə olmazmı ki!?
"Bunlar gözəldir" söyləyib, qatdın gözəl İslamıma,
"Hacət deyildir bunlar" iqrar eyləsə olmazmı ki!?
Hər bir əlavə iş olan naqisliyə nisbət gedir,
"Hacət deyil ziyadə", təkrar eyləsə olmazmı ki!?
Xəlq oldu, naqisdir canın, naqislərə söz artırın,
Artırma kamil sözdə, əfkar eyləsə olmazmı ki!?
-
02-02-2010, 10:56 AMPOWER_RANGERSRe: Dini Şe`rlər
QƏLBLƏR PAS ATIB, DAŞ OLMAYIB Kİ!?
Tərk eyləmə şövqi-mənəviyyat,
Qəlblər pas atıb, daş olmayıb ki!?
Baxdıqca səni ağladan həyat,
Qəm-qüssənə sirdaş olmayıb ki!?
Ruh aləmi binamı olubdur?
İnsanlara səfamı olubdur?
Kirli bədən şəfamı olubdur?
Möminlərə qardaş olmayıb ki?
Səcdə et qəlbi pası silinsin,
Daş oldusa əsası, bilinsin,
Pak bildiyi qiyası bilinsin,
Şeytanlara yoldaş olmayıb ki?
Oyna, gecə qəflət ilə oyna,
Oyna, belə niyyət ilə oyna,
Oyna, hələ şəhvət ilə oyna,
Təqvasız üzün yaş olmayıb ki!
Zənn eyləmisən dünyada təksən,
Hər şübhənin əksin görəcəksən,
Öz nəfsinə bir gün deyəcəksən:
Məndə bir ömür baş olmayıb ki!
-
02-03-2010, 11:46 AMPOWER_RANGERSRe: Dini Şe`rlər
KİMDİR VERƏ QİYMƏT?!
Şair, sənin ol şerinə kimdir verə qiymət?
Dərk eyləməsə dinini, kimdir ala ləzzət?
Başlar qarışıb ekrana, ekranlı əqidə,
Bəs quranın haqq elmiylə kimdir tapa sərvət?
Müslim bumu, görmürlər hələ qərbi qəribə,
Quranı söyən deyilmi,« kimdir» qana hörmət?
Əxlaqsıza hər il yetişir xeyli bəlalar,
Hər il çoxalan bəladan kimdir ala ibrət?
Şəhvətli olan işdə yarışmaq hələ çoxdur,
Haqq işdə yarışmaq üçün kimdir edə cürət?
Kənddən gəlib qəribə oldu pudralı qızlar,
Salehliyə, möminliyə kimdir edə rəğbət?
Arsızlığı şeytan bəzədir gözlərə dəhşət,
İslamdakı xoş əxlaqa kimdir verə diqqət?
Bir həsrət olub ekran üçün sürməli gözlər,
Cənnət adında eşq də var, kimdir çəkə həsrət?
-
02-04-2010, 10:24 AMPOWER_RANGERSRe: Dini Şe`rlər
İMANIMIN İLK GÜNÜ
İman ləzzəti hiss etdim imanımın ilk günü!
Nə xoşbəxtdim İslamla əhd-peymanımın ilk günü!
Qəlb genişlənər İslama ilk gəldiyin günündə,
Bir yeni səhfə açılar həyatında, ömründə.
Ürəyin çox rahatlayar, tovhid ilə çox xoşnut,
Çünki, çıxır qəlbindən şirk olanlar, həm də tağut.
İslam qapısında tovhid ilə atılsa təməl,
Fayda olar varlığına ixlasla olsa əməl.
İlk günündən ixlası qur qəlbində, möhkəmləndir,
Müsəlman tək zahirini xoş elə, görkəmləndir.
Uşaq vaxtı tanış olmaq sələflərin fəhmiylə,
Mümkün olar bir Allahın mərhəməti, rəhmiylə.
Sabit olmaqla qalar imanın dadı qəlbində,
Düzlüklə keçər həyatın müsəlman qəlibində!
-
02-07-2010, 06:18 PMPOWER_RANGERSRe: Dini Şe`rlər
MÜRƏBBE (zina)
Xırda günah utandırır, hətta bir aşkar olan,
Zənn edir ki, pünhandır günahı zinakar olan,
Həya azdır, ya heç yoxdur dalar günahkar olan,
Zinadır o, əvvəli xoş, axırı murdar olan.
Bil ki, heç vaxt şeytan günahına« pisdir» deməz,
Zinanı çox sevdirər ki, zani də heç çəkinməz,
İyrənər o axırda günahından bunu bilməz,
Zinadır o, əvvəli xoş, axırı murdar olan.
Zinadan uzaq vücud, paklığı vardır hələ də,
O zina eyləyən ən pis yola düşmüş tələdə,
Tövbədir paklığın yolu birinci mərhələdə,
Zinadır o, əvvəli xoş, axırı murdar olan.
-
02-08-2010, 12:01 PMPOWER_RANGERSRe: Dini Şe`rlər
RƏHMANA TƏRƏF GƏL
Şərdən uzaq ol, Xaliqi-Sübhana tərəf gəl!
Rəhm eylə ki, rəhm al, daha Rəhmana tərəf gəl!
Bəsdir günahın, küfr ilə ömr eyləməyin də,
Qıl namazı, tut orucu, imana tərəf gəl!
Dostluq ilə bir xeyri də heç görmədin ondan,
At şeytanı bir yana və qurana tərəf gəl!
Gəl məscidə, salehləri axtar ki, xeyirdir,
Salehlər ilə zəngin o ünvana tərəf gəl!
Cahillik həyatın mənasız oldu bu vaxtacan,
Fəxri-Aləmə, Rəsula, sultana tərəf gəl!
Nəyçün qınadın sən bizi, Allaha çağırdıq,
Şeytani adamlar deyər: Şeytana tərəf gəl!
Daha hərif olma, bilmirəm, hansı hərifsən,
Başı aşağı durma, qəzəlxana tərəf gəl!
Bitdi qələmin sözləri yazmaqdan, əzizim,
Gül ətrini al, yaz yenə, güldana tərəf gəl!
Cananın o canan ki, sənin Rəbbinə möhtac,
Sən də necə möhtac, daha burhana tərəf gəl!
-
02-09-2010, 12:55 PMPOWER_RANGERSRe: Dini Şe`rlər
ALLAHI SEVƏNDƏN
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!
Şirk eşqini tərk etdim,
Küfr ömrünü dərk etdim,
Öz nəfsimə ərk etdim,
Taət mənə ləzzətdir, Allahı sevəndən!
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!
Dünya dediyin dərya,
Çox-çox gətirər xülya,
Haqq aşiqinə dünya,
Xoş işlərə rəğbətdir, Allahı sevəndən!
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!
Mömin quludur Rəbbin,
Bir sultanı var qəlbin,
Doldurma dünya eşqin,
Haqq eşqi hidayətdir, Allahı sevəndən!
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!
Dəhr eşqi acı verdi,
Rəbbim əlacı verdi,
Quluna tacı verdi,
O haqqa itaətdir, Allahı sevəndən!
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!
-
02-10-2010, 01:28 PMPOWER_RANGERSRe: Dini Şe`rlər
QİYMƏTLİ TUT !
Ey qafil, itirmə vaxtı, zamanı qiymətli tut!
Allah üçün yaşa ömrü, bu canı hörmətli tut!
Müasir idealların qüsurludur, nə ibrət?
Fəxri-aləm rəsulu, o insanı ibrətli tut!
Nəfsin sərkeşlik edən bir at kimidir,boş tutma,
Nəfsində tez-tez yaranan nöqsanı diqqətli tut.
Qəlbində təmizlik varsa, şeytan qaraltmaq istər,
Onsuz da lənətlidir, şeytanı lənətli tut.
Səlim qəlblə bu mühitdə yaşamaq istəyirsən,
Xoş axirət istərsənsə, dünyanı taətli tut!
Ləzzətlər doludur hər yan, halal ləzzəti axtar,
Əsas ruhun həyatıdır, cismanı sərvətli tut!
Boş qəlb boş evə bənzər ki, həşəratlar gəzərlər,
Cənnət eşqi sinədə tut, hicranı iffətli tut.
Alçalmış şeytan ucalmaq istəyir, yoxdur çarə,
O müsəlman surətində ünvanı rəğbətli tut!
Həya böyük bir nemətdir, günahlara da pərdə,
Nəfs hər yana meyl edəndir, nəfsini ismətli tut.
Xeyir sənətini öyrən salehlərdən, əlbəttə,
Qəlbi səlim olanla ol, qəlbini fitrətli tut!
