4 sonuçtan 1 ile 4 arası

Bismillahir Rəhmanir Rəhim

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Bismillahir Rəhmanir Rəhim

    Dünya xalqları arasında belə bir adət var ki, mühüm və dəyərli işlərə möhtərəm və sevimli böyüklərin adı ilə başlanılsın.Belə bir başlanğıc işin gözəllik, bərəkət, müvəffəqiyyətlə başa çatması səbəbi sayılır. Belələri istər doğru, istərsə də çaşqın etiqadlarına əməl edirlər.
    İlahi kitabın müqəddiməsi "Bismillahir Rəhmanir Rəhim" dir. Bismillah təkcə Quranın yox bütün ilahi kitabların başlanğıcında olmuşdur.Bütün Peyğəmbərlər öz işlərinə BBismillah la başlamışlar.Həzrət Nuhun gəmisi tufan zamanı Nuh öz yoldaşlarına dedi. "Süvar olun, bu gəminin hərəkəti və dayanması Allahın adı ilədir." Həzrət Süleyman Səba mələkəsini imana çağırdığı zaman öz dəvətnaməsini "Bismillahir Rəhmanir Rəhim"lə başladı.

    Həzrət Əli (ə) buyurmuşdur. "Bismillah işlərin hərəkət mayası, onu tərk etmək isə müvəffəqiyyətsizlikdir"
    Bütün işlərdən qabaq Bismillah demək tapşırılmışdır. Yeməkdən və yatmazdan, yazmaqdan və oxumağa başlamazdan, yola çıxmazdan hətta kompüter qarşısına əyləşməzdən qabaq Bismillah demək tövsiyyə edilir.Hətta Bismillah deyilmədən kəsilən heyvanın əti haram sayılır.

    Hədisdə oxuyuruq."Hətta bir bənd şeir yazarkən də Bismillahı unutma" Uşağa ilk dəfə Bismillahı öyrədənin mükafatı haqqında rəvayət nəql olunmuşdur.
    Sual:Nə üçün bütün işlərdən qabaq Bismillah demək tapşırılmışdır?
    cavab:Bismillah müsəlmanlığın simvoludur. Müsəlmanın hər bir işində ilahi rəng olmalıdır.Bu müsəlmanlığın əlamətidir.
    Məsum imamlar israr etmişlərki namazda Bismillah ucadan deyilsin. İmam Baqir (ə) namazda Bismillah deməyənlər haqqında buyurmuşdur. "Quranın ən üstün ayəsini oğurladılar.

    "Bismillah" təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.
    "Bismillah" bəndəlik yolunda ilk addımdır.
    "Bismillah" şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.
    "Bismillah" işlərin paklıq və sığortalanma səbəbidir.
    "Bismillah" Allahın zikridir. Yəni Bismillah deyən kəs Allahı unutmadığını bildirir.
    İmam Rza (ə) buyurmuşdur." Bismillah ismi-əzəmə, gözün qarası ağına yaxın olduğundan da yaxındır."
    Və Qurani Kərimin "Bismillahir Rəhmanir Rəhim"lə başlaması onu bildirirki hidayət, doğru yol yalnız Allaha üz tutmaqla gerçəkləşir.
    [

  2. #2
    MLL
    MLL çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    176

    Re: Bismillahir Rəhmanir Rəhim

    BISMILLAHIR REHMANIR REHIM.GOZEL MOVZUDU.

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    3

    Re: Bismillahir Rəhmanir Rəhim

    SAlam E Netersen ? Rotu Caqir Gelib Burdanda Qovsun Meni , )

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bismillahir Rəhmanir Rəhim

    cox sag ol
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.