5 sonuçtan 1 ile 5 arası

Məni hara aparırsınız?..

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Məni hara aparırsınız?..

    Qədim zamanlarda eyni məhəllədə yaşayan iki nəfər vardı. Onların uşaqlıqları da həmin məhəllədə keçmişdi. Uşaqlıqda yaxın dost idilər. Hər şeyi birlikdə edir, bir – birilərindən heç ayrılmırdılar.

    Aradan uzun illər keçmişdi. Bu səmimi dostların biri atasının yolu ilə gedib tacir, digəri isə oxuyub din alimi olmuşdu. Yenə eyni məhəllədə yaşayırdılar, ancaq artıq münasibətləri əvvəlki kimi deyildi.

    Tacir olan çoxlu mal-mülk əldə etmiş və məhlənin ən varlı adamı olmuşdu.

    Bu zənginlik onu yoldan çıxartmış və ona ALLAHA qulluq etməyi də unutdurmuşdu. Bir müddət sonra ALLAHI inkar etməyə də başlamışdı. Uşaqlıq dostu da buna görə çox sıxılır, onun düzəlməsi üçün dua edirdi. Neçə dəfə yanına gedib onunla söhbət etmişdi, ancaq heç bir təsiri olmamışdı.
    - Qardaşım, bu sözlər keçmişdə qaldı. İnsan dünyaya bir dəfə gəlir. Hər şey burada yaşanıb bitəcək. Başqa dünya filan yoxdur. Uşaqlıq dostum olmasan, səninlə daha sərt davranardım. Yanımda xatir-hörmətin var , ona görə qurtar bu söhbətləri, - deyirdi.

    Bunu eşidən dindar adam kədərli halda evinə dönüb, ibadətlərinə və elmini artırmağa davam edirdi.

    Aradan illər keçdi və hər iki dost ölüm döşəyinə düşdü. Qısa bir vaxtdan sonra ikisi də həyata gözlərini yumdular. Alimin tabutu çiyinlərdə qabiristanlığa aparıldı. Məzarına yaxınlaşanda buranın cənnət bağından bir bağ olduğunu gördü. Onu aparanlara belə deyirdi:
    - Tez olun, bir az da tez, tələsin! Məni tez yerimə çatdırın!

    Çünki onun üçün hazırlanmış olan gözəl məkana tez qovuşmaq istəyirdi.

    Az bir vaxtdan sonra o dinsiz tacir tabut içində məzarlığa tərəf gətirilir. Gözlərini bu dünya həyatına yumduqdan sonra inkar etdiyi həqiqi həyatı görmüşdü. Çox peşman idi, ancaq artıq iş işdən keçmişdi. Onu aparanlara belə deyirdi:
    - Vay, hara gedirəm? Məni hara aparırsınız? Mən o cəhənnəm çuxuruna girə bilmərəm. Yox,məni ora aparmayın!

    Ancaq tacirin səsini oradakıların heç biri eşitmirdi. Belə ki, ALLAH Rəsulu(s.ə.s) bir hədisində belə buyurur:”Onun fəryadını insandan başqa hər şey eşidir. İnsan bu qışqırıq və fəryadı eşitsəydi, ağlını itirər və özünə gələ bilməzdi.”

    Artıq onlar həqiqi dünyaya köçmüşdülər. O dünyada hər kəs burada etdiyinin qarşılığını tapacaq! Bu dünyanı bir imtahan dünyası olaraq görüb ona uyğun yaşayaraq cənnəti qazanan insanlar necə də xoşbəxtdirlər!
    ...

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Məni hara aparırsınız?..

    Allah razı olsun,gözel mövzu

  3. #3
    MLL
    MLL çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    176

    Re: Məni hara aparırsınız?..

    GOZEL MOVZUDU .
    RUHUNUZ VARMI, DIYE DUSUNMEYIN.SIZ ONSUZDA RUHSUNUZ!!!
    BEDENINIZ GERCEKMI ,DIYE DUSUNUN.......

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Məni hara aparırsınız?..

    Cox sag ol xoshum geldi.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Məni hara aparırsınız?..

    cox sagolun...Beyenmenize sevindim
    ...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.