3 sonuçtan 1 ile 3 arası

ALLAH razı olsun

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    ALLAH razı olsun

    “ALLAH razı olsun”Adətən bir-birimizə belə təşəkkür edirik. Bu quru bir sağoldan və ya onun daha müasir forması olan “təşəkkür edirəm” dən daha mənalı şükranlıq ifadəsidir. Eyni zamanda bir duadır. Çox işlətdiyimiz üçün mənasına o qədər də fikir vermirik amma bu ifadə o qədər mənalıdır ki. Əgər bu duanız qəbul olarsa və ALLAH sizdən razı olsa bütün kainatın belə sizdən küsməsi faydasızdır. Yox əgər o sizdən razı olmayıb kainat sizə dost olarsa yenədə faydasızdır. Çünkü yerin və göyün sahibi Odur. Hər şeyə qadir olan gücü çatan Odur.
    ALLAHın bizdən razı qalması çox xoşumuza gələr amma, görəsən biz ALLAHın razılığını qazanmaq üçün nə edirik?! Başımız ağrıyanda, hər hansı bir əşyamız itəndə, evimizə oğru girəndə, aftomobilimiz qəzaya uğradıqda, hər hansı bir xəstəliyə düçar olduqda, və ya yaxın admanızı itirdiyinizdə vəziyyətimiz necə olur? Əlbətdə bunlar çətin sınaqlardır. Ancaq bu kainatın bir sahibi varsa və dünyaya imtahan üçün gəlmişiksə əlbəttə belə çətin suallarla tez-tezq qarşılağacağıq. ALLAH bizlərə çoxlu nemətlər göndərib. Və hər mövsüm bu nemətlər yeniləriylə əvəzlənir. Biz onu razı salacağımıza O bizi razı salmaq üçün bol-bol nemətlər göndərir. Keşkə biz də bunları görə bilsək… Xoşumuza gəlməyən bir hadisə ilə qarşılaşdığımzada “Niyə mən Ay ALLAH?!”sözünün yerinə “bunda da bir xeyir” var deyə bilsək. İmanın şərtlərindən biri də xeyrin və şərin ALLAHdan gəldiyinə inanmaqdır. Elə isə başımıza gələnləri gətirən var. Belə düşünərək bütün hallarda ALLAHdan razı ola biliriksə heç şübhəsiz ALLAH da bizdən razıdır.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: ALLAH razı olsun

    Melumatlandirdigin ucun Allah senden razi olsun
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: ALLAH razı olsun

    Çox sağol qadan alaram elə

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.