Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Heyvanlar və insanların vəzifəsi barədə

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Heyvanlar və insanların vəzifəsi barədə

    Zəif heyvanlarla davranış zamanı Allahdan qorxun: Minik qabiliyyəti olanları minin, yorulanda onları azad edin.

    Bir fahişə quyunun kənarında dayanan itin yanından keçirdi. İt susuzluqdan dilini çıxarıb ölüm ərəfəsində idi. Qadın başmağını şalına bağladı və onunla quyudan su çıxarıb itə verdi. Bu əməl qadının günahını batil etdi. Onun günahı bağışlandı.

    Bir qadın pişiyini bağlayıb ona yemək vermədi və yemək axtarmağa da qoymadı. Pişik öldü. Ona görədə həmin qadın cəhənnəmə getdi.

    Heyvanlara qəzəblənmək qadağandır.

    Peyğəmbərdən soruşdular ki, heyvanlara yaxşılıq edib su verməyin mükafatı varmı?
    Məhəmməd həzrətləri (s) buyurdu:
    ― Heyvanat haqqında hər bir xeyir işin əcri var.

    Allahın yüz cür rəhmi var. Onlardan birini insana verib ki, o, heyvanata və Yer üzündə hərəkət edən nə varsa hamısına mehribanlıq göstərsin...

    Xurcun əlində bir kişi kəramətli Peyğəmbərin (s) huzuruna gəlib dedi:― Ey Allahın Rəsulu, bir meşədən keçirdim, quş balalarının səsini eşitdim. Onları götürüb xurcuna qoydum. Ana quş başımın üstündə qanad çalanda xurcununu açıb balalarını ona göstərdim. Ana quş cücələrinin üstünə qondu, yenidən xurcunun ağzını bağlayıb bura gətirdim.
    Rəsuli-əkrəm buyurdu:
    ― Xurcunu yerə qoy!
    Kişi xurcunu yerə qoydu. Ana quş balalarına qovuşdu.
    Məhəmməd həzrətləri (s) buyurdu:
    ― Ananın balalarına olan məhəbbət və eşqindən məmnunsanmı? And olsun məni peyğəmbər göndərənə, Allahın öz məxluqatına olan məhəbbəti ananın balalarına olan məhəbbətdən daha çoxdur. Quşları əvvəlki yerinə qaytar və analarını da yanına burax.



Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.