Əsas məzmuna keç
4 sonuçtan 1 ile 4 arası

20 Kəlam

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    20 Kəlam

    Din mənəviyyatın özəyi, mənəviyyat isə əxlaq, elm və mədəniyyətdir.

    Din birlik deməkdir, onu şaxələndirmək özümüzə xələl gətirməkdir.

    Din ölülər üçün yox, dirilər üçündür. Ondan uzaqlaşmaq bu dünyada cəhalətə, axirətdə isə cəhənnəm oduna düçar olmaqdır.

    Dini olmayanin imanı, imanı olmayanın həyası, həyası olmayanın insafı, insafı olmayanın qeyrəti, qeyrəti olmayanın namusu, namusu olmayanın milləti, milləti olmayanın vətəni olmaz.

    Dinsizlik acgözlüyə, imansızlıq vəhşiliyə, haqsızlıq şərə, insafsızlıq qarətə, qeyrətsizlik qorxaqlığa, namussuzluq süləyənə xidmət edər.

    Dindən uzaqlaşmaq həyatdan məhrum olmaqdır.

    İslam Allah dərgahına gedən yol, Qurani-Kərim onun xəritəsidir.

    İslam Allaha məxsusdur, ona tabe olan xoşbəxt, olmayan bədbəxt olar.

    İslam Allaha xidmət, Allaha xidmət isə insanlığa xidmətdir.

    Peyğəmbər elmin şəhəri, Həzrəti Əli qapısı, Qurani-Kərim açarıdır.

    Öz halal malından sədəqə verən və ya xalqla bölüşən, xalqın malını yeməyən imanlı kəsdir.

    Haqq sənin görən gözün, eşidən qulağın, danışan dilin, hiss edən qəlbindir. Bundan məhrum olanlar bu dünyanin tullantıları, axirətin isə odunudurlar.

    Enişi görən yoxuşda büdrəməz, əgər haqqı görərsə.

    Tənhalıq böyük dərddir, nadanlıq zülmət,
    Yoxsulluq, qəriblik, varlılıq xislət,
    Möminlik rahatlıq, böyük fəzilət.

    Ey insan, qəribsən bu dünyada sən,
    Qəriblik gözəldir, möminsənsə sən.

    Savab sahibləri sönmüş çıraqları yandırarlar, onların çırağını isə Allah yandırar.

    Mədəniyyət sənin zahirin, mənəviyyat batinin, əxlaq isə qiyamətindir.

    Ruh bir tumurcuq, bədən isə şitillik. Sağlam şitil Cənnət ağacı, solmuş isə Cəhənnəm odunu olar.

    Namaz qeydiyyatdır, namaz hesabat, namaz sağlamlıqdır, namaz qiyamət.

    Mizan elmdir, mizan tarazlıq,
    Mizan ünsiyyətdir, mizan bağlılıq,
    Mizan şəfaətdir, böyük varlılıq.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Qelbimdeki Tenhaliq
    Mesajlar
    99

    Re: 20 Kəlam

    COX SAQ OL GOZEL SOZLERE GORE
    Hafiften bir yagmur agliyor benimle...
    Yalnizliktan ushuyorum...
    Bulamayacagimi bile-bile..
    Yine seni ariyorum...
    .

  3. #3
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: 20 Kəlam

    Cox sag ol
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: 20 Kəlam



    Din mənəviyyatın özəyi, mənəviyyat isə əxlaq, elm və mədəniyyətdir

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.