2 sonuçtan 1 ile 2 arası

Məhərrəm ayından əldə olunacaq ibrətlər

  1. #1
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Məhərrəm ayından əldə olunacaq ibrətlər

    Məhərrəm ayında biz Peyğəmbər sallallahu aleyhi və səllləmin Məkkədən Mədinəyə hicrət etməsini xatırlamalıyıq. Bu hadisədə bir çox dərslər və ibrətlər vardır. Bütün bunlar bizlərə Hicri təqviminin başlıca əhəmiyyətini başa düşməyə kömək edir. Həmçinin Hicrətin islamın inkişafında mühüm addım olmasını yada salmaq gözəldir. Belə ki, tarix boyunca islam hicrətdən faydalanmışdır. Amerikada islamın olması və artması oraya hicrət edənlərin səyləri və Allah yolunda çalışanların zəhmətləri nəticəsində olmuşdur.

    Məhərrəm ayının 9 və 10-cü günü oruc tutmaq həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsidir. Peyğəmbər sallallahu aleyhi və səlləm 10-cu günü (Aşura günü) oruc tutardı. O özü oruc tutmuş və həmçinin öz səhabələrinə də həmin günü oruc tutmağı söyləmişdir.

    Həmçinin Huseyin radiyallahu anhu və onun ailəsinin böyük fədakarlığını da xatırlamalıyıq. Onların bu əməli haqq və ədalət yolunda həqiqi cihad idi. Biz Kərbəla epizodundan qəhrəmanlıq dərsləri, səbr və mətanət nümayiş etdirməyi öyrənməliyik. Lakin Quran və Sünnədə əsası olmayan bəzi adət-ənənələri (ağlaşma, zəncir vurmaq və.s) etməkdən qaçınmalıyıq. Çünki bunu nə Allah, nə də onun Rəsulu buyurmamışdır.

  2. #2
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Məhərrəm ayından əldə olunacaq ibrətlər

    sabah meherremlik girir
    ALLAH razi olsun
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.