9 sonuçtan 1 ile 9 arası
-
11-30-2009, 05:52 AM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 1.955
Tənhalıq və Sən
Tənhalıq nədir? O necə olur? Ən əsası niyə və kimə görə? Həqiqətən də burada cavab vermək çətindir, çünki variantlar həddindən artıq çoxluq təşkil edir.
Çox insanlar tənhadırlar, ancaq çoxluq özünü tənha hiss edir. Bu isə böyük fərqdir. Bu anlamlar ətrafında fikirləşdikdə, yəni tənha olmaqla özünü tənha hiss etməyin fərqini tapmağa çalışdıqda, bu zaman anlamış oluruq ki, bunların arasında eynilik yox, sadəcə asılılıq mövcuddur.
Tənhalıq- bu mərhələdə hər hansısa münasibətə, dəstəyə, başqaları tərəfindən başa düşülməyə ehtiyac duyulur. Kimsə bunu sakit keçirdir, kimisə bunu sevinir, kimisə əzab çəkir və özünə yer tapmır. Bundan da bir nəticə çıxarmaq olar ki, tənhalıq müxtəlifdir.

Arzu olunan tənhalıq
Bəli,bəli. Tənhalığı arzu edən zaman insan özünü çox rahat hiss edir. Onun çoxlu sayda dostları və yaxud tanışları ola bilər, ancaq bu insan onları özünə yaxın buraxmır və onlarla ünsiyyətdə olmaqdan qaçır. O özü ilə təklikdə qalmağa alışıb. Bəzən bu tip insanlar düşünürlər ki, digər insanlar onlara sadəcə yaşamaqda mane olur. İnsanı bu cür düşünməyə vadar edənsə sadəcə olaraq onun xarakteri, onun cəmiyyətdə tutduğu mövqesi və keçmişi ola bilər.

Məcburi tənhalıq
Bu anlam ilə hər şey daha çətindir.Hərdən olur ki, iş elə insanın özündə olur, ancaq bəzi hallarda insanın yerləşdiyi mühit bu cür hala səbəb olur. Ancaq bu iki hal da bir biri ilə sıx əlaqədardır. İnsan ətarfında olan insanlarla uyğun gəlməyə bilər və buna görə də bu insandan imtina edilə bilər. Məsələn, bu insanın sosial halı digərlərinə baxanda çox-çox aşağıdır və s bunun kimi hallar. Bu cür hallarda isə tənha insan artıq cəmiyyətdən qovulduğunu da hiss edə bilər. Ancaq tələsməyin, sadəcə olaraq ətrafınızda olanlara alışmağa çalışın və onları da özünüzə alışdırın. Səbirli olub, baş verən hadisələrə yaxşı tərəfdən baxın.
Gizli tənhalıq
İnsan hətta öz doğmaları, dostları və yaxud tanışları arasında da tənha ola bilər. Çox zaman hər şey hisslərlə başlayır. Deyildiyi kimi, olmaq anlamı və fərqi hissetmə. Məsələn, insanın yaxınları, tanışları, doğmaları var ancaq o özünü yenə də tənha hiss edir. O bu insanlarda ona kifayət qədər diqəət göstərən və onu başa düşən insanları görmür. Bu onun tərəfdən ayrı seçkilik deyil. Xeyir. Bu sadəcə gizli olan bir tənhalıqdır. Deyəsən dost var, ancaq yox deyəsən yoxdur.
Burdan alınır, yaxşı dost=dost, dost=tanış, doğma insan=ən yaxşı dost. Bərabərlik təbii ki, müxtəlif olur. Doğma insan çox asanlıqla sadəcə tanış insana çevrilə bilər. Gizli tənhalıq keçirmək istəmirsinizə o zaman ətrafınızda olan insanlara sizi narahat edən hallardan danışın və birlikdə bu xoşagəlməz halı həll etməyə çalışın.

-
11-30-2009, 12:05 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Tənhalıq və Sən
-
11-30-2009, 12:14 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Tənhalıq və Sən
tenhaliq nece olursa olsun ister arzu olunan ,ister mecburi ,ister gizli cox pisdir , mene gore tenhaliqi secen insanlar depresiya halini kecirenlerdi . yeni onlara ele gelir ki onlari hec kes sevmir , onlar hec kese lazim deiyiller ,amma bu cox vaxt eqoistlikden de ireli gelir , onu deye bilerem ki ,tenhaliqdan qacmaq lazimdir
-
12-01-2009, 09:00 PM #4
Re: Tənhalıq və Sən
Psixoloq GLAMOURKA indi size deyecek tenhaliqdan nece qurtulmaq lazimdir.
Kohne dostlarinizi ve ish yoldaslarinizi axtarib, elaqe yaradin.
Hansisa bir derneye,ingilis dili kursuna yazilin.
Sizi tenhaliga surukleyen sebebleri,xrakterinizde catishmayan meqamalari qeyd edin.Onlardan xilas olmaq ucun,planlar qurun.
Coxlu shirniyyat yeyin,esasende findiqli,fistiqli shokald
Her gun komediya filmlerine baxin.Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
12-01-2009, 09:28 PM #5Senior Member
- Üyelik tarihi
- Jan 2008
- Yer
- türkiye/trabzon
- Mesajlar
- 1.318
Re: Tənhalıq və Sən
Gizli tənhalıq
İnsan hətta öz doğmaları, dostları və yaxud tanışları arasında da tənha ola bilər. Çox zaman hər şey hisslərlə başlayır. Deyildiyi kimi, olmaq anlamı və fərqi hissetmə. Məsələn, insanın yaxınları, tanışları, doğmaları var ancaq o özünü yenə də tənha hiss edir. O bu insanlarda ona kifayət qədər diqəət göstərən və onu başa düşən insanları görmür. Bu onun tərəfdən ayrı seçkilik deyil. Xeyir. Bu sadəcə gizli olan bir tənhalıqdır. Deyəsən dost var, ancaq yox deyəsən yoxdur.
Burdan alınır, yaxşı dost=dost, dost=tanış, doğma insan=ən yaxşı dost. Bərabərlik təbii ki, müxtəlif olur. Doğma insan çox asanlıqla sadəcə tanış insana çevrilə bilər. Gizli tənhalıq keçirmək istəmirsinizə o zaman ətrafınızda olan insanlara sizi narahat edən hallardan danışın və birlikdə bu xoşagəlməz halı həll etməyə çalışın.
EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!

-
12-01-2009, 09:32 PM #6
Re: Tənhalıq və Sən
sladkaya Nickli Üyeden Alıntı
aglama insallah her shey duzelecek.duzelmeyen hec bir shey yoxdur.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
12-02-2009, 01:50 AM #7Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: Tənhalıq və Sən
Sen dediklerin Depresiyaya dusmekdi Tenhaliqa yox
GLAMOURKA Nickli Üyeden Alıntı
Tenhayam deye sirini ye Seker ol sonra lap tenha qal Diabetle
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
12-02-2009, 02:48 AM #8
Re: Tənhalıq və Sən
yaxshi olsun depreiyadan cixish.qorxma men hele sheker tapmamisham.
kombat80 Nickli Üyeden Alıntı
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
12-07-2009, 04:00 PM #9
Re: Tənhalıq və Sən
men mesleen tenhayam hem de cox baxmayarag ki ailem her zaman yanimdadir baxmayarag ki cox gozel ailem var men ozumu dunyanin en tenha insani hiss edirem tek qalanda ise umumiyyetle deli olmag heddine catiram
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri