Sağ ol.Allah razı olsun...Allah haminin günahlarini bağışlasin Amin
6 sonuçtan 1 ile 6 arası
-
11-25-2009, 05:39 AM #1Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Allahim Səni Çox Sevirəm
Allahım səni çox sevirəm
Dedim: Çox tənhayam.
Dedin: Mən ki sənə çox yaxınam. (Bəqərə,186)
Dedim: Bəli bilirəm Sən mənə yaxınsan, amma mən Səndən uzağam, kaş ki mən də Sənə yaxın ola bilsə idim.
Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et. (Əraf, 205)
Dedim: Bu da Sənin köməyini istəyər.
Dedin: Allahın sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)
Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedin: ِ(Elə isə) Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (Hud, 90)
Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?
Dedin: Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə, 104)
Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
Dedin: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. (Ğafir, 3)
Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedin: Allah bütün günahları bağışlayandır. (Zumər, 53)
Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedin: Axı günahları Allahdan başqa kim bağışlaya bilər? (Ali-İmran, 135)
Dedim: Nə qədər gözəlsən, Allahım! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim-içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.
Dedin: Şübhəsiz ki, Allah tövbə edənləri və təmizlənənləri sevir.
Birdən: “İlahım və Rəbbim, mənim Səndən başqa kimim var”, -dedim.
Sən də: “Allah Öz bəndəsinə kifayət deyilmi?” (Zumər, 36) dedin.
Dedim: Sən ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?
Dedin: Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah möminlərə rəhm edəndir! (Əhzab, 41-43)
Öz-özümə dedim: Allahım, Səni çox sevirəm.
Yazar: Kövsər Tağıyev @ İyun 9, 2009 12:43Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
11-25-2009, 10:57 AM #2Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Allahim Səni Çox Sevirəm
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
11-25-2009, 11:00 AM #3Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Allahim Səni Çox Sevirəm
Allah kömeyin olsun,tşk saol

-
11-27-2009, 12:05 AM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Allahim Səni Çox Sevirəm
ALLAHIM MEN DE SENI COX SEVIREM .
tesekkur yazin ucun
-
11-27-2009, 09:39 PM #5
Re: Allahim Səni Çox Sevirəm

Allah sənə ayaq verdi.
Həyatın düzgün yolu ilə getməyindən ötrü.
Bir insan qəlbinin üstündən keçməkdən ötrü yox.
* * *
Allah sənə əl verdi.
Sənə uzanan saf əlllərə əl tutmaqdan ötrü.
Yaşadığın "sevgi" adlı kitabın səhifələrini cırmaqdan ötrü yox.
* * *
Allah sənə barmaq verdi.
Bir insanın qəlbini sevindirəcək məktub yazmaqdan ötrü.
"Hər şey bitdi" yazıb bir insan qəlbini qırmaqdan ötrü yox.
* * *
Allah sənə istək verdi.
Istəyin sayəsində nail ola biləcəyinə iradənlə əldə etməkdən ötrü.
İstəyini ehtirasa qurban verməkdən ötrü yox.
* * *
Allah sənə dil verdi.
Bir insan qəlbini xöşbəxt edəcək xoş söz deməkdən ötrü.
Susub, susqunluğunla bir qəlb acıtmaqdan ötrü yox.
Allah sənə qulaq verdi.
Sənə deyilən hər xoş kəlməni eşitməkdən ötrü.
Sənə məsləhət veriləndə qulağını tutmaqdan ötrü yox.
* * *
Allah sənə göz verdi.
Bir insan qəlbinə gözlərinin işığı ilə nur saçmaqdan ötrü.
Kor baxışlarınla bir qəlbi incitməkdən ötrü yox.
* * *
Allah sənə ürək verdi.
Döyünərək, bir insan qəlbinin döyünməsinə ümid verməkdən ötrü.
Buz parçası kimi soyuq olub bir qəlbi incitməkdən ötrü yox.
* * *
Allah sənə düşüncə verdi.
Düşüncələrinlə hisslərini idarə etməkdən ötrü.
Düşncəsiz hisləri bir qəlbi incidərək yaşatmaqdan ötrü yox.
* * *
Allah sənə şüur verdi.
Ağlınla həyat yolunu addımlamaqdan ötrü.
Başqasının şüurunu öz düşüncələrindən üstün tutub həyatdan üz döndərməkdən ötrü yox.[
-
11-28-2009, 02:58 AM #6
Re: Allahim Səni Çox Sevirəm
her ikiniz cox sag olun,maraqlidir.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla


Yer imleri