4 sonuçtan 1 ile 4 arası

Hər kəs azadlıq istəyir, hər kəs də azadlığı bir cür anlayır

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Hər kəs azadlıq istəyir, hər kəs də azadlığı bir cür anlayır

    Qərbin azadlıq anlayışı ötəridir, gələcək vəd eləmir, Şərqin azadlığı isə sonsuzluğa qədər uzanır
    Hər kəs azadlıq istəyir, hər kəs də azadlığı fərqli şəkildə anlayır. Kimi deyir, azadlıq istədiyini eləyə bilməkdir, kimi deyir, cəmiyyət qanunları çərçivəsində öz həyatını qura bilmək...
    Bəşəriyyət min ildən bəri azadlıq uğrunda savaşır və hələ bu davanın nə qədər sürəcəyini də Allahdan savayı kimsə bilmir. İstər dövlət olsun, istər fərd, harada güclü gücsüzü istismar edirsə, orada mübarizənin mövcudluğu da reallıqdır. Cəmiyyətdə təbəqələr, ayrı-ayrı fərdlər arasında hüquq bərabərliyi fərqli coğrafiyalarda, fərqli dövlətlərdə fərqli şəkildə həll edilir. Ona görə də, böyük güclər birləşərək bu məsələni köklü şəkildə həll eləməyə və bütün bəşəriyyət üçün eyni standartlar müəyyən etməyə çalışırlar. Məsələn, Türkiyənin Avropa Birliyinə daxil olmaq üçün boynuna götürdüyü Kopenhagen kriteriyalarında eyni cinsdən olanların nikahına icazə vermək tələb kimi irəli sürülür və bu, insan azadlığı kimi təqdim edilir. Sadəcə, bu düşüncə Avropanın azadlıq anlayışının nə qədər xətalı və xəstə olduğunu açıq-aydın göstərir.
    Əslində Şərqlə Qərbin ən böyük fikir ayrılığı elə bu anlayışla, azadlıq düşüncəsi ilə bağlıdır. Qərb düşüncəsində azadlıq istədiyini eləyə bilməkdir. Bu düşüncədə hər şey nəfsin tələblərini yerinə yetirməyə yönəlib, insan öz nəfsinin tələblərini nə qədər yerinə yetirə bilirsə, o qədər azaddır. Qərbin azadlıq düşüncəsinin ən böyük bəlası insanın fitrətini nəzərə almamasıdır. Yəni Allah-Təalanın yaratdığı insan üçün göndərdiyi təyinat və təlimat nəzərə alınmır, əksər hallarda isə zərərli vərdişlər kimi bir tərəfə atılır.
    İslam Şərqində isə azadlıq təslim ola bilməkdir: insan onu Yaradana nə qədər təslim ola bilirsə, o qədər azaddır. Yəni insanın bütün həyatı Allah-Təalanın istəyi üzrə qurulmalı və o öz azadlığını bu müstəvidə tapmalıdır. Qərbin azadlıq anlayışı nəfsinin istəklərini yerinə yetirmək kimi anlaşılırsa, Şərqin azadlığı Allaha təslimiyyətdir.
    Qərbin azadlıq anlayışı ötəridir, gələcək vəd eləmir, Şərqin azadlığı isə sonsuzluğa qədər uzanır; Qərbin azadlığı dünya zövqünə görə qurulub, Şərqin azadlığının təməlində isə dünyadan asılılığın minimuma endirilməsi dayanır. Qərbin azadlıq anlayışında daha çox maddi məsələlər, Şərqin azadlıq düşüncəsində isə mənəvi yüksəliş və dünya buxovlarından xilas olmaq ruhu var...
    Təsəvvüfdə azadlıq hər cür dünya zövqündən imtina edərək Allaha bağlanmaqdır. Quran-i Kərimə görə, insan dünyadan və axirətdən öz qismətini almalıdır, yəni İslamda tərki-dünyalıq deyilən bir şey yoxdur. Amma hər məsələdə halal-haram prinsipi ön planda olmalıdır.
    İslam düşüncəsinə görə, azadlıq - Allahı tanımaq və ona təslim olmaqdır, yəni azadlıq maddi, fiziki anlayışdan daha çox, mənəvi kateqoriyadır: Azad insan məhbəsdə də olsa, yenə azaddır; Allahını tanımayan birisi saraylara hökm eləsə də yenə kölədir.
    Adam var, bir iş görmək istəyəndə, ilk növbədə, ağlına bu fikir gəlir: “Görəsən başqaları nə fikirləşər?”. Adam da var ki, gördüyü işlərin nə qədər doğru, Allahın əmrlərinə nə qədər uyğun olduğundan başqa bir ölçü, kateqoriya qəbul eləməz.
    Azadlıq böyük nemətdir, hər kəs azad olmaq istəyir. Amma hər kəs də azadlığı fərqli şəkildə anlayır. Özünə hesabat verən, əməllərini vicdan tərəzisində çəkən insan nə qədər azad və ya kölə olduğunu müəyyənləşdirə bilər.
    “Azadlığ”a yaxın mənada işlənən daha bir sözümüz var: sərbəst. Fars dilindən alınmış bu söz iki hissədən ibarətdir: baş və bağlanmış, yəni başı bir yerə bağlanmış. Göründüyü kimi, bu sözün dilimizdəki mənası ilkin anlamının tam tərsinədir. Amma məsələyə İslam prizmasından baxanda bu təzadın mahiyyətində böyük bir həqiqətin gizləndiyini görmək olar: yəni insan Qurani-Kərimdə buyurulduğu kimi, Allahın rənginə boyanar, Allahın əmrlərinə tabe olar, Allahın ipinə sarılarsa və Allahın göstərdiyi istiqamətdə gedərsə, azadlığına qovuşar: Azadlıq Haqqa bağlanmaqda, Haqqın əmrlərinə tabe olmaqda və həyatını o əmrlər üzərində qurmaqdadır.
    Azadlıq böyük nemətdir, azad insanların yaşadıqları cəmiyyətdə azadlıqdan danışmaq olar. Və bir də azad olmaq üçün həqiqi azadlığın nə olduğunu anlamaq əsas şərtdir.
    [
    Ya da
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Hər kəs azadlıq istəyir, hər kəs də azadlığı bir cür anlayır

    elbette azadlıq en böyük nemetdir Azerbaycanda tam azad olması uğrunda bu aralar rehberlik elleşir vuruşur görek ne olacaq ama nedense çox istiyremki müharibe olsun zennimce müharibe emri birden verilse ermenilere kimse kömek ede bilmeyecek bizim ordu burdan oları basdırsa vse olar hazırdı uje oların silah sursatı bizimki kimi deyil neyse mövzudan kenar çıxdım diyesen bu aralar bu müharibe yaman beynime girib ama azadlığa aid olduda bir baxımdan çox sağol abla ellerine sağlıq

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Hər kəs azadlıq istəyir, hər kəs də azadlığı bir cür anlayır

    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Hər kəs azadlıq istəyir, hər kəs də azadlığı bir cür anlayır

    Azad insan məhbəsdə də olsa, yenə azaddır; Allahını tanımayan birisi saraylara hökm eləsə də yenə kölədir

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.