Kaş ki Şafi olan Allah (c.c.) mənəvi xəstəliklərimi və yaralarımı sağaldan bir mənəvi bir həkim göndərəydi. O həkim məni müalicə etsəydi və məndə heç bir xəstəlik qalmasaydı”-Mence o menevi hekime hamımızın ihtiyacı var,sağol,çox anlamlıydı
3 sonuçtan 1 ile 3 arası
-
11-24-2009, 03:17 AM #1Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Mənəvi həkim
Əməliyyat otağına girməzdən əvvəl ona ağ paltar geyindirdilər. Kəfənə oxşayırdı. Bir anlıq duruxdu
Parkın içi ilə irəliləyərkən ağaclara, güllərə, bir-birindən gözəl kollara baxdı. Günəşin nuru yaşıllıqların üzərindən bərq vururdu. Hər şey o qədər gözəl idi ki! Ətrafına doyunca baxmaq istəyirdi. Bir az sonra ağır bir əməliyyata girəcəkdi. Bəlkə də, bu onun son saatları idi: bir daha günəşi görməyəcəkdi, ağaclara, güllərə, çiçəklərə baxa bilməyəcəkdi...
Xəstəxanaya daxil oldu. Həkimi ilə görüşdü. İlk dəfə əməliyyat olunacağı üçün olduqca həyəcanlı idi. Əməliyyat otağına girməzdən əvvəl ona ağ paltar geyindirdilər. Kəfənə oxşayırdı. Bir anlıq duruxdu. Ölümü bir addımlığında hiss etdi. Necə də olmasa, kəfənə bənzətdiyi paltarla əməliyyat masasına uzanacaqdı və bu masadan sağ ayağa qalxmamaq ehtimalı vardı.
Xəstəxananın vəziyyəti də onda xoş təəssürat oyatmamışdı. Ətrafda natəmizlik hökm sürürdü. Otaq yarıqaranlıq daxmaya bənzəyirdi. Bütün bunlar da onun vahiməsini artırırdı.
Həkim artıq keyləşdirici iynəni vurmuşdu. Yavaş-yavaş yuxuladığını hiss etməyə başladı. Gözləri yumulduqca, nədənsə, ölümü xatırlayırdı...
Nə qədər vaxt keçdiyini bilmədi. Oyandıqda üzərində sanki ağır bir yükün olduğunu hiss etdi. Bir neçə dəqiqə sonra reanimasiya otağında olduğunu başa düşdü. Ətrafındakı bəzi xəstələrin: “Allahım, nə olar, ağrılarımı azalt”,- kimi iniltiləri onu düşünməyə vadar etdi. Görəsən, Allahı xatırlamaq üçün insanın başına ağır müsibətmi gəlməlidir?
Fiziki xəstəliyi artıq arxada qalmışdı. Özünü fiziki cəhətdən olduqca gümrah hiss edirdi. Cərrahın iti bıçağı onun böyük bir problemini kəsib atmışdı. Bir anlıq düşündü ki, kaş ki bütün problemlərdən uzaqlaşmaq bu qədər asan olaydı...
Xəstəxanadan çıxıb evinə gəldi. Bir müddət idi ki, yalqızdı. Üç həftə əvvəl nənəsini itirdikdən sonra tək yaşayırdı. Özündən asılı olmadan indiyə qədər dünyalarını dəyişmiş qohumları, dost-tanışları gəldi ağlına. Bir vaxtlar deyib-güldüyü, gəzib-əyləndiyi, söhbətləşdiyi dostları artıq yanında yox idi. Hamısı ölmüşdü. Dünyanı tərk etmək növbəsinin ona çatdığını düşündü. Qorxdu. Ancaq başqa çarənin olmadığını da anlayırdı. Başa düşürdü ki, ölüm haqdır və hər kəs Haqqa qovuşacaq.
Hələ xəstəxanaya getməzdən əvvəl aynaya baxarkən saçındakı ağ tüklər də onu düşünməyə vadar etmişdi. Özünü bir uşaq kimi hiss etdiyi halda, başında ağ tükləri gördükdə heyrətlənmişdi. Bir zamanlar kitablardan oxuduğu ölüm və qocalıq reallığı ilə qarşılaşmışdı. Aman Allah, insan ömrü nə qədər də qısadır!
Dərin düşüncələrə daldıqca qorxusu da azalmağa başladı. Onsuz da Allahın varlığına və birliyinə inanırdı. Sadəcə olaraq ömrünün bir hissəsini qəflətdə keçirmişdi. Bu qədər günah necə təmizlənəcəkdi? Dərin bir ah çəkdi, ən səmimi duyğuları ilə tövbə etdi. Gec də olsa, ayılmışdı. Əməliyyat, sanki, onu yuxudan oyatmışdı. Özünü saxlaya bilmədi, hönkürtü ilə ağlamağa başladı. Dodaqlarının ucu ilə: “Kaş ki Şafi olan Allah (c.c.) mənəvi xəstəliklərimi və yaralarımı sağaldan bir mənəvi bir həkim göndərəydi. O həkim məni müalicə etsəydi və məndə heç bir xəstəlik qalmasaydı”,- demişdi ki, gözlərinin önünə Peyğəmbər Əfəndimiz (s.ə.s.) gəldi...[
Ya da
[
-
11-24-2009, 03:19 PM #2Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Mənəvi həkim

-
11-24-2009, 09:08 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Mənəvi həkim
Mene de bir dene hekim yox eee 4-5 dene qadin hekim gondereydi


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri