5 sonuçtan 1 ile 5 arası

Ey məni eşidən Dostum..

  1. #1
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Ey məni eşidən Dostum..

    Ey Sözümü eşidən Dostum,
    Söz, ürəkdən çıxdığı zaman ancaq ürəyə gedər. Sən də sözlərini ürəkdən söylə. Sənə deyiləni yaxşı dinlə. Ürəkdən gələni götür, kədər vərəni burax. Gözələ çağıranı götür, boş olanı burax. Ruhunun istədiyini götür, istəmədiyini burax..

    Həyat əhəmiyyətlidir. Sevin və gül. Kədərlən və ağla. Nə etsən et, amma ALLAH rizası üçün olsun etdiyin. Gördüyün görəcəyin ALLAH rizası üçün olsun...

    Sənə rəhmət verən Rəhmandır. Mərhəmət vərən, şövq verən, ümid verən, sevinc verən, hüzn verən. Sənə yoldaş olan Rəhmandır. Yaxşı bil ki, heç bir yerdə bir başına deyil idin. Bundan sonra da olmayacaqsan. Hər vaxt yanında olan Rəhmandır.

    Əsla üç şey olma. Ümidsiz olma. Şükürsüz olma. Səbirsiz olma. Mövlanı bilən ümidi bilməlidir. Onu bilən şükr etməlidir. Ona inananın səbirli olmalıdır hər əməli.

    O səni tərk etsin, arxasından qaç get. O üz verməsin, sən ona yalvar. Sənə, bilməyin lazım olan və öyrənə biləcəyin ən qiymətli şeyi xəbər verimmi? Sahib ola biləcəyin ən qiymətli şey, imanın və dostlarındır. ALLAHa inan, xoşbəxt ol. Ona söykən, güclü ol.

    Kimsən yoxmu? Sözünü dinləyən, ağrını paylaşan, sevginə sevgisini qatacaq, kimsən yoxmu? Sən istər bu var da, istər bu, istəsən yox, kimsəm yox olsada həqiqi bir dostun qətiliklə var. Sözünü dinləyən, ağrını paylaşan, sevginə sevgisini qatan əbədi dostunu, Rəbbini unutma və yanındakıları!

    Ey Sözümü eşidən Dostum,

    Sözlərim bitdi. İşığım söndü. Şamım tükəndi. Sən mənə qulaq as, sözləri bitməyənə, işığı sönməyənə, şamı tükənməyənə qulaq as. Onu sev. Ona özünü sevdir. Onun səvdikləriylə doldur ürəyini. Dostlarına inan, yaxınlarından uzaqlaşma. Unutma bir dəfə səhvi olubsa belə bir daha o səhvi etməyəcək dostlar var ətrafında... Özünə inan, ALLAHa şükr et bir bax səhvlər dolu həyatda səhvsiz olan kimdir..



    Allah Yalnız Onu Sevəni Yox...Hər Bir Yaratdığını Sevir...Ona Hər pis və yaxşı günümüzdə Şükür edirik...Ən əsası Tanrının ən çox sevdiklərindən olmağa dua etməliyik...Tək Yaradan ın sevgisi ilə yaşamağa dəyər...Allah hər birimizin duasını qəbul etsin...Amin!!!

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Ey məni eşidən Dostum..

    AMİN!TŞK,EMEYE HÖRMET.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Ey məni eşidən Dostum..

    Əsla üç şey olma. Ümidsiz olma. Şükürsüz olma. Səbirsiz olma. Mövlanı bilən ümidi bilməlidir. Onu bilən şükr etməlidir. Ona inananın səbirli olmalıdır hər əməli.
    tesekkur

  4. #4
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Ey məni eşidən Dostum..

    Əsla üç şey olma. Ümidsiz olma. Şükürsüz olma. Səbirsiz olma. Mövlanı bilən ümidi bilməlidir. Onu bilən şükr etməlidir. Ona inananın səbirli olmalıdır hər əməli.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  5. #5
    Senior Member owen20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    baki
    Mesajlar
    315

    Re: Ey məni eşidən Dostum..

    4 cusu ise

    calishin caresiz olmayin

    care siz olun
    calishin ki,sevilesiniz.....

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.