məsləhəti onsuz hamı verir ne gerek var idi quşu buraxmağa, yemek daha məsləhətli idi![]()
5 sonuçtan 1 ile 5 arası
-
11-01-2009, 07:27 AM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 1.955
Quşun hekayəsi

Bir kişi balaca bir quşu tutur. Quş ona deyir:
- Burax məni və mən sənə 3 dəyərli məsləhət verəcəm.
Quşcuğaz söz verdi ki, birinci məsləhətini onun ovucunda, ikincini budağın üstündə, üçüncünü isə yüksəklikdən verəcək.
O kişi razılaşır və birinci məsləhət nə olduğunu bilmək istəyir.
- Nədənsə məhrum olub, sonradan peşman olma.
Kişi quşu havaya buraxdı və o budağa qonub davam elədi:
- Boş və dəlilsiz şeylərə inanma.
Yüksəkliyə uçub, quş möhkəmnən dedi:
- Mən iki dənə zümrüd udmuşam, məni öldürsəydin onlar sənin olardı.
Kişi heyifsləndi və əlləri ilə başını tutdu.
- Heç olmasa üçüncü məsləhətini ver..
- Mənim üçüncü məsləhətim sənin nəyinə lazımdır?!- quş əsəbləşərək dedi, -axı sən məni azad elədiyinə görə peşman oldun və hansısa uydurmaya inandın! Bir fikirləş görüm balaca quşun içində necə iki iri zümrüd yerləşə bilər?
Sən axmaqsan və heç bir məsləhət sənin köməyinə gəlməyəcək..
P.S.: Bəzən biz elə bilirik ki, kimisə dinləyirik və başa düşürük, amma əslində bu belə olmur. Bəzən elə bilirik ki, biz nəyisə diqqətlə oxumuşuq amma üstündən bir həftə keçmir, oxuduğumuzu artıq xatırlamırıq.. Bu kişi elə bildi ki, quşu başa düşdü amma əslində bu belə deyildi...
Nəinki bu kişi, çətin ki, biz insanlar bir məsləhətnən düzələk. Gərək özümüz hansısa səhvi buraxaq.. Bizlər çox vaxt öz səhvlərimizin üstündə nəyisə öyrənirik.. Amma bəzən nəyin düz nəyin səhv olduğuna dair qərarlarımız da doğru olmur..
Əgər siz bu kişinin yerində olsaydız, quşun dediklərinə inanardız?

-
11-01-2009, 03:44 PM #2
Re: Quşun hekayəsi
Mesafler mi aşkı uzaklaştırır ,aşk mı mesafeleri yakınlaştırır,Uzayan yollar,kanayan sevdalar,ne kadar aşkı yansıtır,Sevmekten uslanmayan gönülmüdür.Uslanmayan sevdamıdır.Ey arsız sevda,yoluna gül dökülesi,İşte geldin yakınımdasın,Bir seslensem el uzatırmısın?
-
11-01-2009, 07:31 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 1.955
Re: Quşun hekayəsi
ceng Nickli Üyeden Alıntı


-
11-02-2009, 02:49 PM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Quşun hekayəsi
Meslehetden cox boyuk netice cixartmagi bacariram
hekayede maraqli idi
-
11-02-2009, 03:30 PM #5Moderlər
- Üyelik tarihi
- May 2009
- Yer
- Amerika United States
- Mesajlar
- 2.811
Re: Quşun hekayəsi
DEYESEN YER ÜZÜNDE İNANILACAK,GÜVENİLECEK,SADIK...BİR TEK HAYVANLARDIR.



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla



Yer imleri