Yuxarıdakı hədisdə işarə olunduğu kimi İbrahim (ə) hər bir neçə vaxtdan bir Hacər ilə İsmailə baş çəkməyə gəlirdi. Nəhayət bu səfərlərin birində İsmaili qurbangaha aparıb öz əllərilə oğlunun başını kəsməsi ona əmr olundu.
İmamın (ə) sözünə əsaslanaraq – Səduqun “Xisal” kitabındakı rəvayətinə istinadən – bu əhvalat İbrahimin (ə) Allah fərmanı qarşısında dözümünün, səbrinin nə həddə olmasını imtahan edib sınamasını və ona verilən nemətlərə nə qədər layiq olduğunu bildirsin. Bundan əlavə başqaları da bu peyğəmbərdən ibrət olaraq Allahın hökmləri qarşısında təslim olub itaət etsinlər.
Düzdür, bu, İbrahim (ə) kimi bir şəxs üçün çox böyük və ağır imtahan idi. İllər boyu övladsız qalmış, indi isə Allah ona bir övlad əta etmişdir. Bunun üstündən bir neçə il keçmiş və övladı boya-başa çatdığı zaman əmr olunur ki, onu qurban etməli və öz gözlərinlə al qanına boyanmasını görməlisən.
Amma İbrahimin (ə) ürəyi Allah eşqilə ləbrizdir və hər bir şeyi Allaha görə istəyir. Heç bir tərəddüd etmədən Allahın hökmünə əməl etmək qərarına gəldi. Lakin bu hökmü icra etmədən əvvəl məsələnin nə yerdə olduğunu oğluna çatdırmaq və onu da haqdan itaət etməyə hazırlamaq üçün öz məmuriyyətini ona belə izah etdi: -“Oğul can! Mən yuxuda gördüm ki, səni qurban edirəm. Bax gör bu barədə sən nə fikirləşirsən?” Belə ki, peyğəmbərlərin yuxusu düz, doğru və şeytanın vəsvəsəsindən pak və uzaqdır. Bu yuxu İbrahimə verilən məmuriyyət idi. İbrahim də bu məmuriyyətini oğlunun nəzərinə çatdırdı.
İsmailin o zaman sən deyən yaşıda yox idi. Tarixçilərin çoxunun dediyinə görə İsmailin yaşı on üçü hələ ötməmişdi. Amma İsmail təslim, iman məqamını və haqqa olan eşqi, əlaqəni atasından irs aparmış və elə bir ananın ətəyində tərbiyə almışdı ki, Allahın hökmünü icra etmək üçün o susuz, quraqlıq biyabanda neçə il çətinliklərə dözüb qalmışdı. Odur ki, yubanmadan öz hazırlığını bildirərək ədəblə atasına dedi: “Atacan! Sənə əmr olunanı icra et, inşallah məni səbr edənlərdən görəcəksən”.
Bu cümləni dedikdə öz hazırlığını bildirməklə yanaşı atasının da əmri icra edərkən dözümlü, səbirli olub və işin atası üçün daha da ağırlıq etməməsini təmin etdi.
Xüsusilə “İnşallah” kəlməsini dedikdə özünün səfalı, xalis niyyətli olduğunu atasının nəzərinə çatdırdı. Yəni mənim: “Məni səbr edənlərdən görəcəksən.” –deməyim Allahın istək və iradəsinə bağlılığımı bildirir. Əgər səbr edə bilsəm Allah taala bu gücü mənə vermiş və belə bir böyük nemətə məni sahib etmişdir. Əks halda mən özüm bu işin öhdəsindən gələ bilməzdim.
Təbərsi, İbn Əsir və Təbəri kimi başqalarının nəqlinə əsasən İsmail bu işin tez yerinə yetirilməsi üçün üzünü atasına tutub dedi: “İndi ki, məni qurban etmək qərarına gəlmisən, başımı kəsdiyin zaman əl-ayağımı möhkəm bağla ki, bıçaq boğazıma yetişdikdə əl-qol atıb əcrimi azaltmayım. Çünki ölüm çox çətindir. Onu hiss etdikdə özümü itirməyimdən qorxuram.
İkincisi budur ki, tez və asanlıqla ölüm deyə bıçağı iti et və sürətlə boğazıma çək. Üçüncüsü budur ki, məni üzü üstə yerə uzandır və üzümün bir tərəfini yerə qoyma çünki qorxuram üzümə baxıb ürəyin yumşalsın və Allahın hökmünü icra etməyə mane olsun.
Dördüncüsü budur ki, işə başladıqda mənim qanımdan ona dəyməsin və anam onu görməsin deyə libasını çıxart. Beşincisi budur ki, əgər heç bir maneə olmasa köynəyimi anam üçün apar. Ola bilsin, onunla özünə təskinlik versin.
Bu sözlərdən sonra İbrahim ona belə dedi: -“Həqiqətən sən ey oğlum, Allahın fərmanını icra etməkdə ən gözəl köməkçisən”. Bunun ardınca övladını Minaya gətirib bıçağı itilədi və İsmailin əl-ayağını bağlayıb üzünü torpağa qoydu. Amma onun üzünə baxmaqdan imtina edib başını göyə qaldıraraq bıçağı onun boğazına qoyub çəkmək istədi, lakin gördü ki, bıçağın ağzı döndü. Əhli-beytin (ə) rəvayətlərində nəql olmuşdur ki, bıçağın ağzını Cəbrail döndərirdi. İkinci dəfə bıçağın ağzını düzəltdi, amma yenə bıçaq dolandı və bu bir neçə dəfə təkrar olundu. Bu vaxt “Xif” məscidindən nida gəldi: “Ey İbrahim, həqiqətən sən öz yuxunu təsdiq etdin (həqiqətə çevirdin)”. Öz məmuriyyətini layiqincə yerinə yetirdin. Bunun ardınca Cəbrail bir qoyun gətirdi. İbrahim onu İsmailin əvəzinə qurban kəsdi və bu sünnə olaraq hacıların əməllərinə artırıldı. Onlar hər il Minada qurban edirlər. Əli ibni İbrahimin hədisində nəql olunur ki, elə ki, İbrahim oğlunu götürüb Minaya tərəf getdi bir qoca kişi onun yolunu kəsib dedi:
-“Ey İbrahim, bu uşaqdan nə istəyirsən?” Buyurdu:
-“İstəyirəm onu qurban edim!” Qoca dedi:
-“Subhanəllah, bir göz qırpımı belə Allaha qarşı üsyan etməmiş uşağımı öldürmək istəyirsən?!” İbrahim: “Allah mənə bu işi əmr etmişdir.” –deyə cavab verdi. Qoca dedi:
-“Bu sənə verilən Şeytanın əmridir.” İbrahim: “Vay olsun sənə, məni bu məqama çatdıran bu göstərişi mənə vermişdir.” –dedi. Qoca:
-“Yox, Allaha and olsun, Şeytandan başqası səni bu işə əmr etməmişdir.”
İbrahim: “Allaha and olsun daha səninlə danışmayacağam.” -deyib öz məmuriyyətinin ardınca getdi. Qoca isə davam edib dedi: -“Ey İbrahim! Sən camaatın rəhbərisən, əgər sən belə etsən camaat da öz övladlarını qurban edəcəklər!” Amma İbrahim onun sözlərinə əhəmiyyət verməyib öz işinin dalınca getdi.
Təbərinin nəqlində belədir: -“İbrahim öz yuxusunu İsmailə deməzdən əvvəl ona buyurdu: -“Oğlum ip və bıçaq götür gedək bu dərəyə bir miqdar odun yığaq. Yola düşdükdə, şeytan bir kişi simasında İbrahimin yolunu kəsdi ki, bəlkə İbrahimi Allahın hökmünü icra etməkdən saxlasın. O, İbrahimə üz tutub dedi: -“Ey yaşlı qoca buradan nə istəyirsən?”
İbrahim: -“Bu dərədə işim vardır, onun üçün gedirəm.”
Şeytan: “Allaha and olsun, mən elə görürəm ki, şeytan sənin yuxuna girib və sənə bu uşağı qurban etməyi o göstəriş vermişdir. Sən onu öldürmək istəyirsən?”
İbrahim şeytanı tanıyıb onu özündən uzaq edərək dedi: -“Ey Allahın düşməni məndən uzaq ol. Allaha and olsun ki, öz Rəbbimin verdiyi məmuriyyət dalınca gedib onu yerinə yetirəcəyəm.”
Şeytan İbrahimdən məyus olub atasının ardınca gedən İsmailə yaxınlaşıb dedi:
-“Ey oğlan, heç bilirsənmi atan səni hara aparır?” İsmail:
-“Məni aparır ki, bu dərədən odun yığaq.” Şeytan:
-“Allaha and olsun, səni öldürmək istəyir.” İsmail:
-“Niyə?” Şeytan:
-“Belə fikir edir ki, Rəbbi ona bu göstərişi verib.” İsmail təbəssüm edərək dedi:
-“Hər nə Rəbbi göstəriş veribsə gərək yerinə yetirsin və mən də canla-başla ona təslim olacağam.”
Şeytan ondan da məyus olub öz evində –Məkkədə– qalmış Hacərin yanına gəlib ona dedi:
-“Heç bilirsənmi İbrahim oğlun İsmaili hara apardı?”Hacər:
-“Onu apardı ki, dərədən odun yığsın!” Şeytan:
-“Xeyr, onu apardı ki, qurban etsin.” Hacər:
-“Heç vaxt o bu işi görməz. Çünki İbrahimin ona olan məhəbbəti bu işə yol verməz.” Şeytan:
-“Axı İbrahim belə hesab edir ki, ona Allah bu işi əmr etmişdir!” Hacər:
-“Əgər ona Rəbbi bu işi əmr etmişdirsə, onda biz hamımız ona təslim oluruq!”
Şeytan qəzəbli, narahat olub oradan uzaqlaşdı və İbrahim xanidanından heç bir şey əldə edə bilmədi.
Səduqun İmam Sadiqdən (ə) nəql etdiyi hədisdə belə buyrulub: -“Hacıların Minada cəmərəyə daş atmaqlarının səbəbi budur ki, şeytan orada İbrahimin gözünə görünüb və İbrahim (ə) də onu daşla qovmuşdur və o gündən bu sünnə olaraq qalmışdır.
7 sonuçtan 1 ile 7 arası
-
10-19-2009, 10:56 AM #1Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
İsmayil Peyğəmbər
İsmayıl və Həcər
İsmail peyğəmbər İbrahim peyğəmbərin Hacərdən olan oğludur. Hacər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Hacər həmişə Saranın qulluğunda hazır və onun evində yaşayırdı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. Tarixçilər İbrahim üçün başqa bir hicrət də yazıblar ki, İbrahim Şamdan Misirə və Misirdən yenidən Şama qayıtdı. Hər halda İbrahimin Hacərlə əlaqədə olması, İsmailin dünyaya gəlməsi, mələklərin həzrətə qonaq olub və həzrəti İshaq adlı başqa bir uşaqla müjdələmələri və bundan sonra oxuyacağınız digər əhvalatların hamısı Şamda, İbrahimin bu vilayətdə yaşadığı zaman baş vermişdir.
İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. İbrahim onu istəyib və onunla evlənmişdi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu.
Bu zaman İbrahim Saraya Hacəri ona satmağını təklif etdi ki, onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi.
Bəzi rəvayətlərə əsasən bu məsləhəti Saranın özü etdi. Çünki bir tərəfdən həyat yoldaşının övlad arzusunda olduğunu və digər tərəfdən də özünün hamilə ola bilmədiyini görüb, İbrahimə bu təklifi etdi ki, mən Hacəri sənə bağışlayıram, onunla evlən, bəlkə Allah taala sənə bir övlad nəsib etdi və sən təklikdən xilas olub öz arzuna çatdın.
İbrahim Hacər ilə evləndi. Allah taala ona Hacərdən bir oğul nəsib etdi. Adını İsmail qoydu.
Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Hacəri və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
İbrahim niyə və nə zaman belə etdi? Rəvayətlərdə ixtilaf gözə dəyir.
Biz burada nisbətən başqa rəvayətlərdən daha ətraflı söhbət açmış Əli ibni İbrahimin təfsirində imam Sadiqdən (ə) nəql etmiş rəvayəti seçir və bu mövzuya aid olan hissəsini sizin üçün aşağıda nəql edirik.
İmam Sadiq (ə) buyurub: -“İbrahim Şamda Badiyə adlanan bir yerdə sakin oldu. İsmail dünyaya gəldikdə Sara Hacərin əliuşaqlı olduğunu və özünün uşaqsız olduğunu görüb çox kədərlənib, qəm-qüssələndi. Bu, İbrahimin narahatçılığına, əzab-əziyyətinə səbəb oldu. İbrahim Allahdan bu çətinliyin aradan qalxmasını istədi. Allah taala ona vəhy edərək buyurdu: -“Qadının məsəli əyilmiş bir sümüyə bənzəyir. Əgər onu öz başına buraxsan bəhrələnəcəksən, yox əgər onu düzəltsən sınacaqdır. Bunun ardınca ona vəhy edib göstəriş verdi ki, Hacər ilə İsmaili Saranın yanından götürüb başqa bir yerə aparsın. İbrahim soruşdu: -“İlahi! Onları hara aparım?” Allah taaladan xitab yetişdi: -“Əmin-amanlıq olan hərəmə, məkana və elə bir yerə ki, yer üzündə oranı birinci yaratmışam (yəni Məkkəyə).”
Bunun ardınca Allah taala Cəbrailə də göstəriş verdi ki, İbrahimi müşayət edib ona yol göstərsin və Bürraq adlanan miniyi də onun üçün aparsın.
İbrahim Hacər ilə İsmaili götürüb yola düşdü. Yolda hər bir yaşıllıq, gözəl mənzərəli suyu, çəmənliyi, ağacı olan yerə yetişəndə İbrahim Cəbrailə deyirdi: -“Ey Cəbrail! Bu yerdə onları düşürdümmü?” Cəbrail: “Yox, irəli get.” -deyə cavab verirdi. Nəhayət, Məkkə vilayətinə yetişdilər və onları Kəbə evinin yerində düşürtdülər.
Digər tərəfdən də İbrahim Saraya söz vermişdi ki, Minikdən düşməmiş onun yanına geri qayıdacaq. Hacər ilə İsmaili düşürtdüyü yerdə bir ağac var idi. Hacər özü ilə gətirdiyi çadırı özünün və uşağını günün yandırıcı şüasından qorumaq üçün ağacın üstünə atdı ki, onun kölgəsində otursunlar.
Hacər elə ki, İbrahimin geri qayıtmaq istədiyini gördükdə ayağa qalxıb İbrahimə dedi: -“Ey İbrahim! Necə bizi heç bir munisi, heç bir suyu, otu olmayan yerdə qoyub gedirsən?” İbrahim: “O şəxs ki, sizi bura gətirməyi mənə əmr edib özü sizin qayğınıza qalacaq.” -deyə cavab verdi. İbrahim bunu deyib yola düşdü. “Zi Tuva”da yerləşən “Kədi” dağına yetişdikdə dönüb onlara baxaraq Allaha ərz etdi: -“Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) sənin Beytül-həramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbim! Onlar namaz qılsınlar deyə elə et ki, insanların bir hissəsinin qəlbləri onlara (Kəbəni ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsinlər. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, ola bilsin (nemətinə şükür etsinlər!)” Bu duanı edib dağı aşıb getdi.
Hacər İsmail ilə orada qaldı. Günəş səmaya qalxdıqda İsmail susayaraq su istədi. Hacər ayağa qalxıb hal-hazırda Məkkədə hacıların indi “Səy” adlanan əməli etdikləri yerdə su axtarmağa başlayıb fəryad etdi: -“Bu vadidə bir insan varmı?” Amma səsinə səs verən olmadı. İsmail gözündən itənə qədər suyun ardınca gedib uzaqlaşdı. Səfa dağının üstünə çıxdı göz gəzdirib biyabanda ilğım gözünə dəydi. Elə bildi sudur. Odur ki, yenidən dərəyə düşdü. Eləcə də irəli gedib Mərvəyə çatdı. Yenidən oğlu İsmail gözündən itdi. Yenə də göz gəzdirib Səfa tərəfdə olan ilğım yenidən nəzərini cəlb etdi. Su üçün ikinci dəfə Səfaya tərəf qayıtdı. Suyun olmadığın bilib yenidən gəldiyi yolu geri qayıtdı. Yeddi dəfə bu Mərvə dağının üstündə olanda İsmailə baxıb gördü ki, su ayaqlarının altında zahir olub.
Hacər irəli qaçıb suyun axdığını gördü. Ətrafına torpaq yığıb suyun cərəyanının qabağını aldı. O su sonralar Zəmzəm bulağı adlandı.
Oranın yaxınlığında yəni Ərəfat və Zil-məcaz çölündə Cərhum qəbiləsi yaşayırdı. Zəmzəm bulağı orada tapılandan sonra o günədək ora uçmayan quşlar, o çölə uçmağa, get-gələ başladılar. Cərhum qəbiləsi quşların get-gəlini görüb onları təqib edərək o vadiyə gəlib gördülər ki, bir qadın ilə bir uşaq ağacın altında özlərinə kölgəlik düzəldib yanlarında zahir olmuş bulağın kənarında yaşayırlar. Onlar Hacərə üz tutub soruşdular: -”Sən kimsən? Sənin və bu uşağın macərası nədir?” Hacər dedi: -”Mən İbrahim Xəlilin kənizi və bu uşağın anasıyam. Allah İbrahimə göstəriş verdi ki, bizi bu vilayətdə sakin etsin.” Onlar: -”Bizə öz yanınızda yaşamağı icazə verirsinizmi?” –deyə soruşdular. Hacər: “Qoyun İbrahim gəlsin sizin burada yaşamağınız üçün ondan icazə alaram” -deyə cavab verdi.
İbrahim onları görməyə gəldikdə Hacər ona dedi: -“Ey Allahın dostu! Burada Cərhum adlı bir qəbilə yaşayır. Səndən istəyirlər onlara bizim yanımızda mənzil düzəldib yaşamaqlarına icazə verəsən?” İbrahim: “Eybi yoxdur” -deyə cavab verdi. Beləliklə də onların Hacər ilə İsmailin kənarında qalıb yaşamaqlarına icazə verdi. Hacər bunu Cərhum qəbiləsinə xəbər verdi. Onlar da dəstə-dəstə ora gəlib Hacər ilə İsmailin kənarında sakin oldular. Beləliklə də Hacər tənhalıq dəhşətindən xilas olub onlarla ünsiyyət tapdı. İbrahim üçüncü dəfə öz zövcəsini, oğlunu görməyə gəldikdə o ətrafda camaatın toplandığını görüb çox sevinib şad oldu.”Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
10-19-2009, 10:58 AM #2Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
İsmailin qurban edilməsi
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
10-19-2009, 10:59 AM #3Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
İsmailin Məkkədə evlənməsi və anası Hacərin ölümü
İsmailin Məkkədə evlənməsi və anası Hacərin ölümü
Bu əhvalata son qoyuldu. İsmail böyüyüb boya-başa çatdı. Məkkədə sakinləşmiş Cərhum qəbiləsindən bir qız ilə evləndi. Yavaş-yavaş İsmailin həyatı sevincə, xoşbəxtçiliyə doğru gedirdi, amma qəfildən İsmailə böyük bir hadisə üz verərək onu qəm-qüssədə qərq etdi. O hadisə anası Hacərin ölümü idi. İsmailin həyatına böyük bir zərbə vuraraq müsibətə çevrildi.
İsmail böyük kədərlə anasının cəsədini götürüb və o zamanın özünə müvafiq mərasimini yerinə yetirdikdən sonra Kəbə evinin yanında –hazırda “Hicri İsmail” adlanan yerdə– torpağa tapşırdı. İbrahim həmişə olduğu kimi hər neçə vaxtdan bir Hacəri, İsmaili görməyə gəlirdi bu dəfə də Məkkəyə gəlməyə hazırlaşdı.
Sara İbrahimi belə gördükdə irəli gəlib ondan əhd-peyman aldı ki, Məkkəyə daxil olduqda miniyindən düşməyib öz zövcəsini və oğlunu görüb yenidən geri qayıtsın.
İbrahim (ə) Məkkəyə daxil olub və İsmailin evinə gəldi. Amma İsmail evdə yox idi. İbrahimi tanımayan zövcəsindən soruşdu:
-“Ərin hardadır?” Dedi:
-“Ov etməyə səhraya gedib?” İbrahim soruşdu:
-“Halınız necədir?” Dedi:
-“Halımız çox pis və yaşayışımız çox ağırdır. Beləliklə də öz yaşayışlarının ağır olmasından İbrahimə şikayətlənib və həzrətə heç bir qonaqpərvərlik göstərmədi.”
İbrahim (ə) ona buyurdu: -“Ərin gəlsə ona belə deyərsən: -“Uca bir kişi bura gəlmişdi və sənə göstəriş verib dedi ki, evinin qapısının kandarını dəyişsin.”
Bu sözü deyib (və Saraya söz verdiyi kimi) geri qayıtdı. Elə ki, İsmail səhradan qayıtdı atasının Məkkəyə gəlməsini hiss etdi. Odur ki, zövcəsinin yanına gəlib soruşdu:
-“Bir kəs sənin yanına gəlmişdimi?” Dedi:
-“Bəli, bir qoca kişi gəlmişdi və səni istəyirdi.” Soruşdu:
-“Sənə bir göstəriş verməyibmi?” Dedi:
-“Bəli, mənə dedi ki, ərin evə gəlsə ona belə deyərsən:
-“Bir uca boylu qoca kişi gəlmişdi və sənə göstəriş verir ki, evinin qapısının kandarını dəyişəsən.” İsmail dedi:
-“O kişi mənim atam idi və mənə göstəriş verib ki, sənə təlaq verib və səndən ayrılam. İndi isə qalx öz ailənin yanına get.” Beləliklə də o qadına təlaq verib və onlardan başqa bir qız aldı.
Bu hadisədən bir az sovuşdu. İbrahim (ə) yenidən Məkkəyə gəlib İsmaili görmək fikrinə düşdü. Sara yenidən həmin istəyi İbrahimdən istədi. İbrahim də qəbul etdi ki, minikdən yerə düşməyib geri qayıdacaq. İbrahim Məkkəyə gəlib oğlu İsmailin evinə getdi. Keçən dəfə olduğu kimi İsmail yenə də səhrada idi. İbrahim (ə) zövcəsi ilə üzləşib ondan soruşdu:
-“Ərin hardadır?” Dedi:
-“Allah salamat etsin o, səhraya şikar üçün gedib, inşallah tezliklə gələr, indi isə siz atdan düşün, evə gəlin.” İbrahim:
-“Halınız necədir?” Dedi:
-«Salamatçılıqdır, yaxşı dolanırıq. Allah köməyiniz olsun, düşünüz o, da bu saat gələr.» Amma İbrahim düşməyib qadın isə israr edərək onu düşürdüb evə qonaq aparmaq istəyirdi. İbrahim isə qəbul etmədi. Qadın belə görüb dedi: -“Başınızı qabağa gətirin yuyum, bütün toz-torpaqdır!” Sonra qadın bir daş gətirdi ki, İbrahim ayağını onu üstünə qoysun. Elə ki, İbrahim ayağını onun üstünə qoydu ayağının izi daşın üstündə qaldı. İsmailin zövcəsi su gətirib başının bir tərəfini yudu. Sonra o biri ayağını daşın üstünə qoydu başının o biri tərəfini də yudu.
İbrahim o qadınla xudahafizləşib ona dedi:
-“Ərin gəlsə ona deyərsən:
-“Bir qoca kişi gəlmişdi və sənə sifariş etdi ki, evinin qapısının kandarını qoruyub saxlayasan.”
İsmail səhradan qayıtdıqda atasının gəldiyini hiss edib zövcəsindən soruşdu:
-“Sənin yanına kimsə gəlmişdimi?” Dedi:
-“Bəli, bir qoca xoş üzlü və xoş iyli kişi gəlmişdi, bu da onun ayağının izi.” İsmail üzünü qabağa gətirib və atasının ayağının izini öpdü və soruşdu:
-“O kişi sənə bir vəsiyyət, sifariş etmədimi?” Dedi:
-“Bəli, mənə dedi ki, sənə deyim:
-“Evinin qapısının kandarını qoruyasan.” İsmail dedi:
-“O, mənim atam idi və mənə sifariş edib ki, səni qoruyub saxlayım.”Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
10-19-2009, 11:00 AM #4Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
İsmail və Kəbənin tikilməsi
İsmail və Kəbənin tikilməsi
İbrahim ara-bir oğlu İsmaili görməyə gəlirdi və hər gəlişində bir macəra baş verirdi. Onların bəzisi ilə tanış oldunuz. Bu səfərlərinin birində İbrahimə İsmailin köməyi ilə Kəbə evini tikməyi əmr olundu.
Rəvayətlərə əsasən Kəbə evini tikib və həcc əməlini yerinə yetirən ilk şəxs həzrət Adəm (ə) olub. Sonra Nuhun tufanı zamanı Allah-taala onun təməlini asimana qaldırıb sonra yenidən yerə endirmişdir. İbrahim (ə) yenidən onun binasını təzələmək istədikdə Cəbrail nazil olaraq xət çəkib onun yerini İbrahimə (ə) göstərdi.
Hər halda İbrahim öz məmuriyyətini oğluna bildirdi. İsmail onun yerini soruşdu. İbrahim ona səhrada olan bir təpəni göstərib dedi: -“Gərək bu təpəni götürüb yerinə Kəbə evini tikək. İbrahim evi tikməyə başladı İsmail də daş, gil və başqa lazım olan şeyləri hazırlayıb atasına verirdi. Beləliklə də evin divarları ucaldı. Səduqun nəql etdiyi hədisə əsasən mələklər də bu işdə, daşları daşımaqda onlara kömək edirdi. Nəhayət, ev tikilib qurtardıqdan sonra Əbu Tubeys dağında yerləşən “Həcərul-Əsvəd” adlı qara daşı Allahın göstərişi ilə gətirib özünə xas olan yerə qoydular.
Allah taala “Bəqərə” surəsində hekayət edir ki, İbrahim və İsmail evi tikdikləri zaman Allah dərgahına bəzi dualar etdilər. Bu hekayətdən məlum olur ki, Allah taala da onların duasını qəbul etdi. Necə ki, İbrahimin (ə) İsmail və Hacəri Məkkəyə gətirdikdə etdiyi duanı, Suriyaya hicrət edərkən etdiyi duanı, ata-anasını bağışlanması üçün etdiyi duanı, Məkkə camaatı üçün etdiyi duanı və başqa dualarını qəbul etmişdi.
Kəbə evini tikdikləri zaman mincümlə etdikləri dualardan biri də budur ki, Allah taala dərgahına üz tutub ərz etdilər:
-”İlahi, bu əməli bizdən qəbul et! Həqiqətən sən eşidən və bilənsən. İlahi! Bizi öz fərmanına təslim et və bizim zuriyyəmizdən sənin fərmanına təslim olan ümməti (yarat), necə ibadət etməyimizi bizə öyrət və tövbəmizi qəbul et, həqiqətən, sən tövbəni qəbul edən və mərhəmətlimsən. İlahi! Onlara özlərindən olan, sənin ayələrini onlara oxuyan, onlara kitab, hikmət öyrədən və onları pakizə edən bir peyğəmbər göndər. Həqiqətən, sən yenilməz qüvvə və hikmət sahibisən (və bu işə qadirsən)”.
Allah taala da əməllərini qəbul, övladlarını müsəlman, həcc və sair ibadət qayda-qanunlarını onlara öyrədib özlərindən olan ilahi ayələri onlara oxuyub, kitab və hikmət elmini onlara öyrədən bir peyğəmbər göndərdi. Hədisdə vardır ki, peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) buyurub: “Ənə də`vətu əbi İbrahim” (Mən atam İbrahimin duası və istəyiyəm.)
Beləliklə də Allahın tövhid evi, tövhid qəhramanı və onun oğlunun vasitəsilə Məkkə şəhərində tikilib qurtardı. İbrahim (ə) əmr olundu ki, camaatı evi təvaf və ziyarət etməyə dəvət etsin. Bu barədə Allah fərmanı belə idi: -“Camaatı həcc əməllərini yerinə yetirməyə çağır. Piyadə, miniklə hər uzaq bir yerdən sənə tərəf gəlsinlər, orada onlar öz xeyirlərinin şahidi olsunlar, Allahı müəyyən günlərdə yad etsinlər. Biz dili bağlı heyvanlardan onlara ruzi verdik. Elə isə onlardan həm özləri yesinlər və həm də kasıblara yedirtsinlər. Sonra ehramdan çıxıb öz nəzirlərinə, əhd-peymanlarına vəfa edib, Kəbə evini təvaf etsinlər”.
İbrahim (ə) də Allahın hökmünü camaata çatdırıb onlara həcc qayda-qanunlarını öyrətdi. İslam zühur edənədək camaat həcc əməllərini yerinə yetirirdilər. Amma zaman ötdükcə ərəblər özlərindən bəzi olmayan əməlləri ona əlavə etmişdilər. İslam gəlib onları aradan apardı və yenidən ilk dəfə olaraq İbrahimin (ə) cammata çatdırdığı ilahi hökümləri bərqərar edib həcc əməllərini başqa dini vaciblər kimi vacib etdi.
Şeyx Kuleyni və Səduq kiçik ixtilafla bu əhvalatın ardını İmam Sadiqdən (ə) belə nəql edirlər: Evi tikib qurtardılar. Onun üçün iki qapı düzəltdilər, biri giriş qapısı, digəri isə çıxış qapısı və qapılar üçün kandar düzəldib halqa asdılar, amma qapıların və evin pərdəsi yox idi.
Sonra İsmail Humeyr qəbiləsindən olan ağıllı-kamallı bir qadınla evləndi. İsmail azuqə almaq üçün Taifə getdiyi zaman zövcəsini Məkkədə qoydu. Günlərin birində bir qoca kişi baş-gözü toz-torpaq içində gəlib yetişdiyini gördü. O qadından bir neçə sual etdi, sual əsnasında onların hal-əhvalından xəbər aldı. Qadın hal-əhvallarının yaxşı olmasını onun nəzərinə çatdırdı. Sonra qadının xüsusi halını soruşdu. Qadın həmin cavabı yenidən verdi. Sonra soruşdu: -“Sən hansı qəbilədənsən?”
Qadın: “Mən Humeyr qəbiləsindənəm! -deyə cavab verdi. Qoca kişi bir məktub qadına verib dedi:
-“Ərin gəlsə bu məktubu ona ver!”
Sonra xudahafizləşib Məkkədən çıxıb getdi. İsmail Taifdən qayıtdıqda qadın məktubu ona verdi. İsmail məktubu oxuyub ona dedi:
-“Bildinmi o qoca kişi kim idi?” Dedi:
-“Yox, xoş simalı və sənə oxşar biri kişi idi.” İsmail dedi:
-“O, mənim atam idi.” Qadın bu sözü eşitdikdə: “Vay mənim halıma –deyə təəssüfləndi.” İsmail dedi:
-“Niyə belə deyirsən, qorxursan bədəninin bir yerini görmüş olar?” Qadın dedi:
-“Yox, qorxuram onun haqqını əda etməmiş olam.”
Bu əhvalatdan da bir müddət keçdi. Bir gün qadın İsmailə dedi: -“Kəbənin qapılarına pərdə asmayaqmı?” İsmail dedi: -“Bəli, yaxşı olar.” Bu məsləhətdən sonra iki ədəd pərdə alıb Kəbənin qapılarına saldı. Bunu belə gördükdə qadın məsləhət verdi ki, başqa bir pərdə də alıb Kəbənin bütün divarlarını örtək. Çünki bu daşların görkəmi yaxşı deyil. İsmail bu məsləhətlə də müvafiq oldu. Qadın öz qəbiləsindən çoxlu yun aldı. Qəbilənin qadınlarının köməyi ilə yunu əyirib pərdə toxudular. Pərdə hazır olduqca onu Kəbənin bir tərəfindən asdılar. Həcc zamanı camaat Məkkəyə gəldikləri vaxt Kəbənin çox hissəsi artıq ötrülmüşdü, amma hələdə bir hissəsi açıq qalmışdı.
Qadın İsmailə dedi: -“Yaxşı olar ki bu hissəni həsirlə örtək. Elə bu işi də gördülər. Ərəblər ziyarətə gəlib bu hissəni görüb dedilər: -“Yeri vardır ki, bu evin təmiri üçün buraya hədiyyə gətirək. Ondan sonra Kəbə evinə hədiyyə gətirmək bir adət-ənənəyə çevrildi. Bu niyyətə çoxlu pul və başqa əşya yığıldıqdan sonra həsiri yığıb yerinə pərdə alıb saldılar. Beləliklədə Kəbə evinin hər tərəfi örtüldü. Kəbə evinin tavanı yox idi. İsmail ağac yığıb onun üstünü örtüb və üstünə gil tökdü.
İsmail və Məkkə camaatı su baxımından çətinlikdə idilər. Bunu İbrahimə çatdırdı. İbrahim də Allahın göstərişi ilə müəyyən yerləri qazdırıb su çıxartdı və bu cəhətdən də rahatlaşdılar.
İsmailin bu arvaddan bir övladı oldu. Amma o uşaqdan heç bir övlad olmadı. O qadından sonra daha dörd qadın aldı və hər birindən Allah taala ona dörd oğul əta etdi, ümumilikdə dörd qadından on iki, ya on altı oğul sahibi oldu. Lakin bu hədisdə övladlarının adı qeyd olunmamışdır. Amma tarix kitablarında İsmailin övladlarının adı belə deyilmişdir.
Nabit
Qeydar
İdbil
Mibsam
Mişma
Duməh
Məsa
Hidar
Tima
Yətur
Nafiş
Qədəmə.
Təbərinin tarixində bu adlarda ixtilaf edərək deyir: -“Bu on iki oğlun anası “Səyyidə” Məzaz ibni Əmr Cərhuminin qızıdır və ərəbin nəsli Nabitlə Qeydara çatır.”
“İsbatul-vəsiyyə”də deyir ki, İsmailin (ə) on üç oğlu olub və ən böyüyü “Qeydar” idi.
“Biharul-ənvar”da “Qisəsul-ənbiya” kitabından nəql edir ki, İbrahim anasının vəfatından sonra Cərhum qəbiləsindən Zələ və yaxud İmadə adlı bir qız ilə evləndi, amma ondan heç bir övladı olmadı. Sonra ona talaq verib Haris ibni Məzazın qızı Səyyidə ilə evləndi və ondan uşaqları oldu.
Sələbi deyir: -”Səyyidə, Məzaz ibn Əmr Cərhuminin qızıdır.” Necə ki, Təbəri bu nəzəri qəbul etmişdir. Yəqubi isə bu qızın adını Heyfə qeyd etmişdir.Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
10-19-2009, 11:00 AM #5Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Sadıqul-Vəd ləqəbli ismayıl kimdir?
Sadıqul-Vəd ləqəbli ismayıl kimdir?
İsmailin (ələyhis-salam) tarixinin sonunda yaxşı olardı ki, Sadiqul-vəd (vədəsinə sadiq olan) ləqəbli İsmailin barəsində bir neçə cümlə danışaq. Çünki bir çox təfsirçilər xüsusilə əhli sünnə təfsirçiləri və onları bütün tarixçiləri bu əqidədədirlər ki, o, İbrahimin oğlu İsmaildir. Məsudi də “İsbatul-vəsiyyə”də bu nəzəriyyəni qəbul etmişdir. Amma şiənin bir neçə rəvayətində onu başqa bir peyğəmbərin Hezqelin oğlu İsmail olduğunu biliblər.
Sadiqəl-vəd ləqəbli İsmailin əhvalatı təkcə iki ayədə “Məryəm” surəsində gəlmişdir və ayənin tərcüməsi belədir:
“Bu kitabda vədəsinə sadiq olan İsmaili xatırla. O, Allahın göndərdiyi peyğəmbər idi. Daima öz xanidanını namaza, zəkata əmr edərdi, Rəbbinin yanında sevimli idi”.
Bu ayələrdən əvvəl Allah taala İbrahimin və İshaqın əhvalatını qeyd edib və sonra Musa və Harunun və daha sonra isə bu iki ayəni bəyan edib. Bu özü şahiddir buna ki, sadiqul-vəd olan İsmail İbrahimin oğlu deyil. Əgər onun oğlu olsaydı yaxşı olardı ki, onun adı İbrahimdən sonra və Musadan əvvəl deyilsin halbuki, Musadan sonra deyilib.
Hər halda Səduqun və başqalarının İmam Sadiqdən (ələyhis-salam) nəql etdiyi rəvayətdə həzrət buyurmuşdur: -“Bu surədə Allah taala adını çəkdiyi sadiqul-vəd olan İsmail, İbrahimin oğlu İsmail deyil. Hezqilin oğlu İsmaildir və onun sadiqul-vəd adlanmasının səbəbi budur ki, bir kişiyə onu gözləməyə vədə vermişdi və bir il tamam vədəgahında o kişinin intizarında oturmuşdu.”
Başqa bir hədisdə nəql olunmuşdur ki, Allah taala onu qövmünü hidayət etmək üçün peyğəmbərliyə məbus etdi. Qövmü isə onu əzab-əziyyət edib başının və üzünün dərisini soydular. Allah onun köməyinə bir mələk göndərdi. Mələk onun yanına gəlib dedi:
-“Allah taala məni sənin köməyinə göndərib, indi de görüm bu camaatla nə edim?” İsmail buyurdu:
-“Mənim sənin köməyinə ehtiyacım yoxdur. Mən bu müsibətdə başqa peyğəmbərləri özümə örnək tutub səbr edəcəyəm.”
Başqa hədisdə belə buyurduğu deyilir: -“Axirəz-zəman peyğəmbərin oğlunu özümə örnək tuturam.”Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
10-19-2009, 11:01 AM #6Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
İsmailin vəfatı və onun dəfn olunduğu yer
İsmailin vəfatı və onun dəfn olunduğu yer
İsmailin ölüm zamanı yaşının nə qədər olması və harada dəfn edilməsi barədə rəvayətlərdə ixtilaf nəzərə çarpır. Sünnilərin əksəriyyəti həzrətin ömrünü 137 il yazıblar. Necə ki, Tövratdan da belə nəql olub. Nəql olunduğuna görə həzrətin vəfat olduğu yer Fələstindir. Amma ərəb tarixçiləri isə həzrətin vəfat etdiyi yeri Məkkə və dəfn etdiyi yeri isə “Hicri-İsmail” qeyd ediblər. İbni Əsir yazır: “Necə ki, deyirlər İsmail 137-ci il ömr edib, Allah taala ərəbi İsmailin iki oğlu “Qeydar” və “Nabit”dən əmələ gətirib. Elə ki, İsmail ölüm yatağına düşdü, qardaşı İshaqa qızını oğlu İysu (İshaqın oğlu) ilə evləndirməyi vəsiyyət etdi. Digər vəsiyyəti isə belə idi: -“Məni, anam Hacərin məzarının yanında “Hicr”-də dəfn edərsən”.
Şiə rəvayətlərinin bəzisində 137 , bəzisində 130 və Səduqun peyğəmbərdən nəql etdiyi rəvayətdə 120 il qeyd olunmuşdur. Məsudi “İsbatul-vəsiyyə”də bu nəzəriyyəni (120 il) qəbul etmişdir və ümumilikdə həzrətin dəfn olunduğu yeri “Hicri-İsmail” qeyd etmişdirlər.Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
10-23-2009, 07:29 PM #7Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: İsmayil Peyğəmbər
cox cox maraqli geldi mene yazdiqlarin ucun saq ol ,duzu Ismayil Peyqember haqda esitmisdim amma bu qeder deqiqliyi bilmirdim oyrendim ,yene de cox saq ol movzun ucun ,


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri