2 sonuçtan 1 ile 2 arası

Ad seçərkən diqqətli olun

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Ad seçərkən diqqətli olun

    Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir.
    Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır.
    İslamda uşağa adətən doğulduğu gecə isim verildiyi kimi, doğumunun üçüncü və ya yeddinci günündə
    ad qoyula bilər. Peyğəmbər (s.a.a.s) oğlu İbrahim dünyaya gəlincə: “Bu gecə bir oğlum doğuldu.Ona
    İbrahim Peyğəmbərin adını verdim”, buyurmuşdur. Bu hədis, adın nə zaman qoyulacağı barəsində önəmli
    bir dəlildir. Həmçinin peyğəmbər (s.a.a.s) bir kimsəyə birdən artıq ad qoyulmasını da bizə bildirmişdir.
    Mənası İslam əqidəsinə uyğun olmayan, dinin yasaqladığı bir anlam daşımayan adların uşaqlara verilməsi düzgün deyil.
    Peyğəmbər (s.a.a.s) yeni müsəlman olanların cahiliyyə dövründəki adlarını dəyişdirməzdi. Ancaq bu adlar arasında
    mənası çirkin və ya Allahdan başqasına qulluğu ifadə edənlər varsa, məsələn: müşriklərin ibadət etdiyi bütlərdən biri
    olan Uzzanın qulu anlamındakı Abduluzza, Kəbənin qulu anlamındakı Abdulkabə və ona bənzər isimləri xüsusən də
    Allahın qulu mənasındakı Abdullah və ya Rəhmanın qulu mənasında Əbdürrəhman kimi adlarla dəyişdirdi.
    Kəsmək anlamına gələn Sarim ismindəki bir səhabənin adını da, xoşbəxt mənasına gələn Said, Bərra olan bir
    qadının adını Zeynəb olaraq dəyişdirmişdir. Həmçinin Firon və Qarun kimi zülm və küfür simvolları olan adların da
    verilməsi dində yasaqdır.

    Uşaqlarımıza verəcəyimiz adlar, Allaha qulluq ifadə edən, İslamı qayələrə və insan heysiyyətinə uyğun, çevrəmizdəki
    insanların xüsusi ilə də qulağa xoş gələn, İslam böyüklərindən xatirə qalan mənası gözəl olan isimlərdən hər hansı biri ola
    bilər. Daha öncədən heç duyulmamış, anlamsız ifadələr daşıyan, İslam toplumunda heç istifadə olunmayan uydurma və
    müsəlman olmayanlara aid adların uşaqlarımıza isim olaraq verilməsi doğru deyildir. Çünki Peyğəmbər (s.a.a.s) demişdir:
    “ Qiyamət günündə atalarınızın adı ilə çağırılacaqsınız.
    Bu baxımdan uşaqlarınıza gözəl adlar qoymağınız məsləhətdir”

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Ad seçərkən diqqətli olun

    allah qoysa

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.