Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Açin əllərinizi rəhmət gəlir

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Açin əllərinizi rəhmət gəlir

    Mən bir insanam..........
    Elə isə “mən” deyəndə nəyi nəzərdə tuturam?
    Xoşladığı hər şeyin arxasınca qaçan nəfsimi?
    Kiçik bir uğurdan sonra başqalarını qarışqa kimi görən və ya kiçik bir uğursuzluqdan sonra günahı başqalarında axtaran
    qüsurumumu ?
    Yoxsa qarışqanı fil etməkdən zövq alan xüsusiyyətimimi ?
    Bəli bütün bunlar məndə var. Ancaq mən yalnız bunlardan ibarət deyiləm. Əksinə, nə vaxt bunlardan biri mənə
    yaxınlaşsam, özümdən sürətlə uzaqlaşdığımı hiss edirəm. İçimdən gələn bir səs: “Özünü axtar”, deyir və özümü
    axtarmağa başlayıram.
    Bu məqamda insanın yaradılışını xatırlayıram. İnsan yaradılanda ALLAH ona ruhundan üfüləmişdi və Mələklərə ona səcdə
    etməyi əmr etmişdi. Və bütün Mələklər insana səcdə etmişdilər. Təkcə İblisdən başqa. Demək insanı insan edən ALLAHDIR.
    Onsuz insanın zərrə qədər qiyməti yoxdur.

    Elə isə biz də öz-özümüzdən soruşaq: Evimizə, ailəmizə, nəfsimizə, malımıza..... bir bəla gəlsəydi və biz də çarəsiz
    qalsaydıq nə edərdik? Bu gün təkcə İraq və orada ölən günahsız insanlar deyil, bütün bəşəriyyət uçurumun kənarındadır.
    Bir tərəfdə aclıqdan taqətdən düşmüş insanlar ürəyimizi parçalayır, Bir tərəfdə isə necə əylənəcəklərini bilməyənlər
    gözlərimizin qarşısından çəkilmir. Hətta bəzən biz də var-dövlət içində dəbdəbəli həyat sürənlər kimi olmaq istəyirik.
    Və bir də “Əgər ALLAH bəzilərinizlə bəzilərinizə mane olmasaydı, yer üzü fəsada uğrayardı ” ayəsini xatırladıqca bir daha
    duanın əhəmiyyətini anlayırıq. Elə isə hamımız birlikdə “ruhumuza” qayıdaq.Qarşısını ala bilmədiyimiz iyrəncliklərin həm
    dunyanı, həm də ürəyimizi bulandırdığı bir vaxtda “ALLAHIM! Sən əskiklərdən, nöqsanlardan uzaqsan. Biz zalımlardan
    olduq ” deyə yalvarıb əhv diləyək.
    İnanın nəfs, qürur, təkəbbur, laqedlik, həsəd hisslərindən xilas olub ürək yanğısı ilə əllərimizi Ona açsaq, əlimizi boş
    qaytarmayacaq.

    Gəlin, açaq əllərimizi, gecələr və gündüzlər Dualarımizla dolsun...

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    431

    Re: Açin əllərinizi rəhmət gəlir

    Çox saol Nicatik...
    Mən hər gündə olmasa ama bəzən gecələr DUA edirəm Allaha...

    Allah Hamının Dualarını qəbul etsin...Amin!

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Açin əllərinizi rəhmət gəlir

    AMİN

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.