Aferim seneAygun Nickli Üyeden Alıntı
İslam dininə görə İmanın şərtləri (1)
İmanı su, şərtlərini isə bir qab kimi düşünün. Necə ki, həmin qabın bir tərəfi olmadıqda orada su qalmır, axıb dağılır, eləcə də şərtlərdən biri olmazsa, iman tam, kamil sayılmaz
İman sözünün lüğət mənası “bir şeyə inanmaq, bir şeyi doğrulamaq” deməkdir. Bu sözün dini termin olaraq mənası isə Uca Allahın (c.c.) dinini qəbul edib Rəsulullahın (s.ə.s.) bildirdiyi şeyləri istisnasız olaraq səmimi qəlbdən təsdiq etməkdir. Qəlb ilə doğrulamaq əsas şərt olsa da, dil ilə söyləmək də lazımdır. Çünki insan inandıqlarını dilinə gətirməzsə, onun hansı dinə qulluq etdiyini bilmək olmaz. İmanı qüvvətləndirməyin ən böyük üsulu həmin imanın xidmət etdiyi dinin ibadətlərini yerinə yetirməkdir. İbadət imanın qəlbdəki nurunu artırır.
“İslam” sözü isə lüğət mənası etibarilə “təslim olmaq, boyun əymək və itaət etmək” deməkdir. İslam dini mənada Allaha (c.c.) və Onun peyğəmbərinə (s.ə.s.) itaət etmək deməkdir.
İslama görə imanın şərtləri altıdır:
1. Allaha (c.c.) iman.
2. Allahın (c.c.) mələklərinə iman.
3. Allahın (c.c.) kitablarına iman.
4. Allahın (c.c.) peyğəmbərlərinə iman.
5. Axirət gününə iman.
6. Qəzaya və Qədərə (alın yazısı) iman.
İman bu altı təməl üzərində qurulub. Bu şərtlərə inanmaq məcburidir. Bunlardan hər hansı birini inkar etmək və ya hansınasa daha az inanmaq imanı tamamlamaz və insanı dindən çıxarar. Ona görə də bu şərtlərin hamısına səmimi qəlbdən inanmaq vacibdir.
İmanın şərtləri islamın şərtləri ilə qarışdırılmamalıdır. Unutmamaq lazımdır ki, İslam imanın üzərində yüksələn bir dindir və imansız islam yoxdur. İslamın şərtləri isə beşdir:
1. Kəlimeyi şəhadət gətirmək.
2. Namaz qılmaq.
3. Oruc tutmaq.
4. Zəkat vermək.
5. Həccə getmək.
Bəzən insanlar arasında elələrinə də rast gəlirik ki, Allaha (c.c.) inandığını, lakin mələklərin mövcudluğuna şübhə ilə yanaşdığını bildirirlər. Bu münasibət tamamilə yanlışdır. Və imanın sağlamlığını sarsıdır. Bu məsələni daha aydın qavramaq üçün belə bir nümunə verək. İmanı su, şərtlərini isə bir qab kimi düşünün. Necə ki, həmin qabın bir tərəfi olmadıqda orada su qalmır, axıb dağılır, eləcə də şərtlərdən biri olmazsa, iman tam, kamil sayılmaz.
1. Uca Allaha (c.c.) iman
Allah (c.c.) iman etmək, yəni Onun varlığına, sonsuz qüdrətə malik olmasına, bütün məxluqları yaratmasına və onları idarə etməsinə inanmaq bu şərtlərin birincisidir. əslində bu şərtə inanmaq və Allahı (c.c.) səmimi şəkildə qəbul etmək digər şərtlərə də iman gətirməyə açar rolunu oynayır.
Allah (c.c.) hər şeyin yaradıcısı olan tək və mütləq varlıqdır. Onun (c.c.) oxşarı və ortağı yoxdur. Allah mövcud olan bütün məxluqların varlığının yeganə səbəbidir. Onun varlığı özündəndir, əzəli və əbədidir. Yəni başlanğıcı və sonu yoxdur. Allah yaratdıqlarına heç bənzəməyəndir. Onu (c.c.) təsəvvür etmək mümkün deyil, yalnız var olduğunu hiss etmək olar. Allah görür və eşidir. Ancaq bu görmə və eşitmə insanlarınkına bənzəməz. Allah sonsuz görən və eşidəndir. Kainatda ən sakit səs belə Ondan yayınmır. Bütün kainat Allahın (c.c.) iradəsi ilə idarə olunur. O (c.c.) dilədiyi qədər yarada bilər. O (c.c.) hər yerdədir, yəni məkansızdır, zamansızdır. Allah Yasin surəsində Özü haqqında buyurub: “Allah bir şeyin olmasını dilədiyi zaman ona “ol” deyir, o da olur”.
Nəticə olaraq deyək ki, Allahın (c.c.) varlığının izahı kitablara, kitabxanalara sığmaz. Çünki O (c.c.) hər yönü ilə sonsuzdur. Sonsuz olduğuna görə Allahı (c.c.) məhdud ağılla nə dərk etmək, nə də izah etmək mümkündür. Allaha iman Onun var olduğunu qəbul etməkdir.
Zaman.az![]()
3 sonuçtan 1 ile 3 arası
-
09-02-2009, 07:02 PM #1
İmanın şərtləri (1)

Zaman.az
-
09-02-2009, 09:36 PM #2
Re: İmanın şərtləri (1)
Aferim sene
Aygun Nickli Üyeden Alıntı
-
09-07-2009, 06:50 PM #3Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: İmanın şərtləri (1)
Birde Imanin gunumuzde vacib olan sertlerinden biride Duzgun yoldan azmamaq ucun Ehli BEyt yolunu davam etdirmekdir!
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla

Yer imleri