Məni yaratdi :
Allah ! Ruhumla vucudumu bir-birinə qovuşdurdu . Mənə can verdi . Bu dünyani onun sayəsində tanidim .
Məni sevindirdi :
Ad günlərimdə alinan hədiyyələr ! Hamısını bir günün içində sındırmaq mənə necə də xoş gəlirdi , İlahi ! Uşaq idim , basa düşmürdüm . yaşım az idi , böyüyürdüm .
Məni güldürdü :
Ax , bu ici boşqara qutu TV ! Əvvəllər ağlamali hind ya da türk filmlərinə baxib cox gülürdum . Zəhərləndiyimi bilirdim . Amma , deyəsən , elə mən də zəhərlənmək istəyirdim .
Məni ağlatdi :
İlk dəfə anamdan ayri düşməyim ! Qisa həsrət mənə cox uzun geldi . Bitməyəcək sanmişdim . Amma birdən o cixib geldi . Körpəsini qucağina alib öpdü üzündən və mən ağlamaga başladim .... sevincdən ......
Məni böyütdu :
Illər ! Nə qədər də tez gəlib keçərmiş illər !Öz şsini cox məharətlə yerinə yetirərmislər . Onlari belə bilməzdim . Dostlaşmaq istədim , amma olmadi . çata bilmədim . Sadəcə görünüb keçərmişlər .
Məni təəcübləndirdi :
Bunu ilk dəfə etmişdi 2 insan ! Biri qiz , biri oglan . Məktəbin 4-cü mərtəbəsində dəli kimi sevirsen , sevişməsə öləcəkmiş kimi sevirsən 2 insan ! Cox təəccübləndim . “niyə belə acdir onlar” – deyə özümə sual da vermişdim hətta .
Məni qəzəbləndirdi :
Məktəblər ! Müəlimlər ! Rüşvət ! Pul ! Yaglanmaq ! Zorlanmağa tərk edilen qul ! Varlanmaga can atan yaltaqlar ! Satqinliga öyrəsdirilən robotlar ! Can almaga öyrəsdirilən otlar !
Məni heyrətləndirdi :
Bu qəzəb ! Bu qisas hissi ! Bu kobud , bu həyat terzi ! Bir-birine şillə vuran 2 usagin bir-birini bicaqlayan 2 qardasinin bir-birini güllələyən 2 atasi məni cox heyrətləndirdi .
Məni aldatdi :
Bos sevgi ! Hərdən dalinca qacsam da tez yox olur . Indi parklarda səhər-axşam , gecə-günduz “məni təəccubləndirdi” kimi seylər cox olur .
Məni bədbinləşdirdi :
Vaxt keçdikcə məcbur yanimdan ayrilan dostlar ! Təki butun dostluqlar belə olsun . Dostunun istədiyi qizi tək tutmaq arzusunda olmasinda olan ozunu “dost” adlandiran axmaqlar .
Məni alçatdi :
Insan olmağim ! Niyə mən insan olaraq yaradildim ? Indi hər şeyi başa duşmək məcburiyetindəyəm . Muharibələr , acliq , kutləvi qirgin silahlari , millət adina gore diri-diri , topa-topa yandirilan gunahsiz balaca canlar , pozgunluq , alcaqliq , paxilliq , qisqancliq , pis niyyət niyə var , Allah ?! Mən niyə bunlari gorub , başa düşmək məcburiyyətindəyəm ?! Istəmirəm heç birini …….
Məni üzdü : - insanlar
Məni məhv etdi : - onlar
Məni boğdu : - Qara səhərim
Məni söydü : - üzlərinə gerçəkləri dediyim kəslər
Məni tək qoydu : - Hər kəs ! Anlamadilar , anlamaq istəmədilər ……..
Məni sixdi , məni bezdirdi , məni darixdirdi , məni asdirdi : - Fikirlərim
Məni anladi :
Bir Allah ! Məni öldürdü , məni qurtardi , ruhumla bədənimi bir-birindən ayirdi . Heç vaxt bu qədər sevinməmişdim . O dünyani onun sayəsində tanıdim . Necə də gözəlmiş ?!