6 sonuçtan 1 ile 6 arası

O ərə getdi mən qaldim!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    O ərə getdi mən qaldim!

    Qızlardan eşitdiyimiz ən aktual mövzulardan biri məhz budur.Qızlar nədənsə tez evlənməyi üstün tuturlar.Qızlar oğlanlardan daha çox evlənməyə meyillidirlər.Hətta fikir versək görərik ki,qızların olduğu məkanda söhbət mütləq evliliyə qədər gəlib çatır.Hər gənc qızın ən böyük arzularından biri gəlinlik donunu geyinməkdir.Ancaq nədənsə çoxları bu evliliyi daha tez yaşamaq istəyir.Hətta ailələrdən bele təzyiqlər olur.
    Əvvəl çox tez evlənmək adi qarşılanırdısa hal-hazırda qızlar üçün evlənmək yaşı 23-25 arası yaşanır.Ancaq bunu dəstəkləyən və dəstəkləməyənlər var.Bəzilərinə görə 20-23 arası qızlar üçün əsl evlilik çağıdır.Əks halda isə bunu evdə qalmaqla əlaqələndirirlər.Evdə qalmış qızlara isə hər insanın fikri bam başqa olur.İnsanın özündən aslı olmayaraq şübhələr yaranır.Bir qızın evdə qalmasına nə səbəb ola bilər?Bəlkədə məhz buna görədir ki,qızlarımız evlənməkdə bu qədər tələsirlər?Hansı qız istəyər ki,onu evdə qalmış qız kimi adlandırsınlar?
    Bu fikir əlbbətdə ki,insanlara görə fərqlidir.


    Bəziləri üçün gec evlilik problem deyil ancaq bəziləri buna çox ciddi yanaşır.
    Hal-hazırda bir çox qızlarımız oxuyub bitirdikdən sonra işləməyə meyillidirlər onlar üçün evlilik ön planda deyil.Qismət nə zaman olarsa o vaxtda ərə gedərlər deyə düşünürlər ancaq bəzi qızlarımız,ailələrimiz var ki,buna çox ciddi yanaşırlar.Kiminsə onları evdə qalmış bir qız kimi adlandırmaları ağır gəlir.
    Qızlar arası yaşanan hallardan biridə rəfiqələrin onlardan daha tez erə getmələridir.Bəzi qızlarımız üçün bu bir faciədir.O ərə getdi mən qaldim!Əgər məndən əvvəl digər rəfiqəm ərə getdisə bu o deməkdir ki,o məndən daha yaxşıdır,o məndən daha gözəldir.Hətta bəzi qızların bu paxıllıq hissləri başqa böyük problemlərədə yol aça bilər.Prinsipə düşüb evlənən qızlarımızında sayı az deyil.
    Gəlin unutmayaq ki,əsas olan kimin tez evlənməsi deyil.Əsas olan xoşbəxt ailənin təməlini qura bilməkdir.Bir ömür boyu bu evliliyi xoşbəxt, firavan yaşaya bilməkdir.

    "O ərə getdi mən qaldim!"fikrini beynindən atmayan qızlarımıza münasibətiniz?
    "Qızın ki,yaşı 20-23 arası keçdi demək ki,evdə qalıb".Bu fikirlə nə dərəcə razısınız?

  2. #2
    Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    59

    Re: O ərə getdi mən qaldim!

    SUPER YAZMISAN.
    HER BIR INSAN ISTERKI ONUN DA AILESI OLSUN.
    HERENIN OZ QISMETI VAR!


    Hal-hazırda bir çox qızlarımız oxuyub bitirdikdən sonra işləməyə meyillidirlər onlar üçün evlilik ön planda deyil.Qismət nə zaman olarsa o vaxtda ərə gedərlər deyə düşünürlər - MEN BELELERINDENEM(
    Həyat gözəldi!!!
    Həyatda nə baş verirsə yaxşılığa doğru baş verir.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: O ərə getdi mən qaldim!

    Alıntı Sirli-Melek Nickli Üyeden Alıntı
    SUPER YAZMISAN.
    HER BIR INSAN ISTERKI ONUN DA AILESI OLSUN.
    HERENIN OZ QISMETI VAR!


    Hal-hazırda bir çox qızlarımız oxuyub bitirdikdən sonra işləməyə meyillidirlər onlar üçün evlilik ön planda deyil.Qismət nə zaman olarsa o vaxtda ərə gedərlər deyə düşünürlər - MEN BELELERINDENEM(
    vah vah çalış ele olma sende heyatda gücünü göster ama doğru yolda doğru zamanda

  4. #4
    Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    59

    Re: O ərə getdi mən qaldim!

    vah vah çalış ele olma sende heyatda gücünü göster ama doğru yolda doğru zamanda

    men heyatimdan cox raziyam! Bugunume shukur)
    Həyat gözəldi!!!
    Həyatda nə baş verirsə yaxşılığa doğru baş verir.

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: O ərə getdi mən qaldim!

    Alıntı Sirli-Melek Nickli Üyeden Alıntı
    vah vah çalış ele olma sende heyatda gücünü göster ama doğru yolda doğru zamanda

    men heyatimdan cox raziyam! Bugunume shukur)
    sen indi heyatından razı ola bilersen ama zaman geldikde çetin anlar olacaq sen olara indiden hazıq ol berk durasan heyatın min cür oyununa qarşı çıxasan ne edim nece edim demeyesen

  6. #6
    Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    59

    Re: O ərə getdi mən qaldim!

    Allah ozu axirimizi yaxshi etsin!
    Həyat gözəldi!!!
    Həyatda nə baş verirsə yaxşılığa doğru baş verir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.