Kontrasepsiya üsulları

Doğuşu təzimləyən vasitələrdən qaçmaq və onlarda yalnız fövqəladə hallarda istifadə etmək lazımdır. Əgər bu doğrudan da lazımdırsa, onda doğumun qarşısını almaq olar. Məsələn, qadının yumurtalığı xəstədirsə və ya başqa bu kimi problemlərdən hamiləlik zamanı onun sağlamlığına zərər gələrsə, eyni zamanda, əvvəlki hamiləlikdən sonra hələ orqanizm özünə gəlməyibsə və s. Əgər qadın analıq məsuliyyətindən qaçmaq, öz həyatını daha rahat etmək və bu kimi başqa səbəblərə görə hamilə qalmaq istəmirsə onda qoruyucu vasitələrdən istifadə etmək qadağandır. Eyni zamanda, ailənin böyüməsində əmələ gələcək kasıblığa görə uşaq doğumunun qarşısını almaq olmaz. Yaradan Allah heç bir canlını qismətsiz yaratmır. Əgər Allah həyat verirsə, deməli, O həm də qida və başqa həyat vasitələrini yetirəcək. Bununla belə ər , arvad öz aralarında hamiləlikdən qaçmaq barədə birgə qərar qəbul ediblərsə, onda qadın şəriət baxımından hansı qoruyucu vasitələrin yolverilən olduğunu bilməlidir. Bu vasitələr aşağıdakı şərtlərə cavab verməlidir:

1. Qadının sağlamlığına zərər verməməlidir

Bəzi hormonal roruyucu həblər təbii aybaşı dövriyəısinə mane olmaqla və uzun müddət istifadə etdikdən sora ağır fəsadlar törədən zərərlər verməklə orqanizmə pis təsir göstərir.

2. Döllənmiş embrionu öldürmək olmaz

Məsələn, uşaqlığa daxil olunan spiral, eləcə də bəzi həblər dölə uşaqlığın divarlarına yerləşməyə imkan vermir. Bunun nəticəsində döl ölür. Kontrasepsiya vasitəsi seçməzdən əvvəl, ginekoloqla məsləhətləşmək lazımdır.





Aborta qoyulan qadağalar

Hər bir canlının inkişafının istənilən dövründə - embrion, döl və uşaq, böyük və qoca vaxtında, sağalmaz xəstə olanda və ya can verən zaman, doğulandan ölənədək, istənilən vəziyyətdə - sağlam və ya xəstə, normal və ya anormal, varlı və ya ksıb olmağından asılı olmayaraq , yaşamaq hüququ var. Beynin artıq inkişaf edib – etməməsinə (beynin ilk hüceyrələri hamiləliyin 4-cü həftəsində inkişaf edir) baxmayaraq, balaca insancıq artıq “güc toplayıb” və inkişafı üçün bütün elementlərə sahibdir. İslamda hamiləliyin dayandırılması məhz həyatın müqəddəsliyi və sarılmazlığı nöqteyi – nəzərindən qiymətlədirilir. Abort böyük günah və qətl hesab olunur. Özü də təkcə dini deyil, həm də insanı baxımdan. Bu, yalnız aborta gedən qadınlara deyil, həm də onları bu addımı atmağa məcbur edən insanlara da aiddir. Belə ki, İslamda yamanlığı törədənlərdən çox, bu hərəkətin özü pislənir. Bəzi qadınlar arzuolunmaz hamiləlikdən özlərini bədbəxt hiss edirlərn(məsələn, zorlanma nəticəsində baş verən hamiləlik). Amma hamiləliyin dayandırılması onların dərdini daha da çoxaldır. İslam hamiləliyin dayandırılmasına etiraz edərək, mənlikləri tapdalanmış qadınların haqlarını qoruyur. Bir abort bir neçə həyatı öldürür. Abortun qurbanı yalnız uşaq deyil, həm də qadın olur. Bir çox qadınlar abortdan sonra “abortsonrası sindrom” xəstəliyindən qurtulmaq üçün həkim yanına gedirlər. Obyektiv olaraq ondan bütün qadınlar əziyyət çəkir, amma subyektiv olaraq, müxtəlif cür reaksiyalar verirlər. Abortdan sonra qadın özünü yüngülləşmiş hesab edir, çünki yaramış vəziyyətdən “çıxış yolu” tapır. Tədricən yüngülləşmək hissi yerini narahatlıqla əvəzləyir. Yaranmış pozğunluqlar isə təhlükəlidir: özünəhörmətin itirilməsi, günah hissi, iştahsızlıq, qorxu, yuxusuzluq, uşağın ondan nifrət etdiyi və ya onu çağırdığı gecə kabusları, bəzən depressiya. Bəzi həkimlər qadınların seçim hüququna hörmət etdikləri üçün abort etdiklərini deyirlər. Amma onlar da etiraf edirlər ki, bu, qadın psixikasına çox ciddi zərbə vurur.

Hal – hazırda abort sayının çoxluğu ilk öncədən qız uşağının dünyaya gəlməsini öyrənməyin nəticəsidi. Bəs siz bütün bu deyilənlərdən sonra qadınların belə hallar yaşamasına yol verərsinizmi?

şexsen men esla tüpürüm ele insanlara bir qız uşağının olduğun bilende ele edirler iyrencdir lenet olsun ele insanlara ALLAH cezasın verecek oların eksine qız uşağı eladı de oğlanamda men min oyun açıram ailemin başına qızlardada var elesi ama ddüzgün terbiye herşeyi öz yerine oturdur P.S Nifret edirem ele insanlara