2 sonuçtan 1 ile 2 arası

Günahlar haqqında

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Günahlar haqqında

    Günahlar böyük və qadir Allahdan gizlənmək üçün bir növ pərdədir,əvvəlla Allaha,sonra isə Onun bəndələrinə münasibətdə biabırçılıq və ədəbsizlik deməkdir.Əbu Həmid Əl-Qəzali demişdir : “Günah – hər bir əməldə,hər bir hərəkətdə Allahın əmrinə müxalif olan hər şey deməkdir”.Günah Allahın əmrlərinə əməl etməmək və haram etdiklərinə yol vermək deməkdir.Günahlar 2 növdür : kiçik və böyük günahlar.
    Allah demişdir :”Əgər siz qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə,Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq” (Ən-Nisa,31).
    Kiçik günahlar böyük günahın ən aşağı dərəcəsinə və ya bu dünya həddini aşmayıb axirət cəzası həddinə çatmayan günahlardır.Bu növ günahlar inkar,təhdid,lənət,qəzəb,cəza və ya ona yol verən şəxsin imandan məhrum edilməsilə nəticələnmir.Allah buyurur :”O kəslər ki,kiçik günahlara yol verib böyük günahlardan və əxlaqsızlıqdan uzaq dururlar.Həqiqətən,sənin Rəbbin çox bağışlayandır”(ən-Nəcm,32)
    Böyük günahlar – onu törədən hər kəsin bu dünyada şəriət qanunları ilə müəyyən edilmiş qaydada cəzaya və ya axirətdə əzaba,lənətə,qəzəbə layiq görülməsi ilə nəticələnən itaətsizlikdir.
    GÜNAHLAR NECƏ ARTIR :
    Günahlar aşağıdakı səbəblərdən artır :
    • İsrar və inad :
    Buna görə deyirlər ki,kiçik günahda israr,böyük günahda inad bağışlanma ilə bir araya sığmır.
    • Günahın kiçildilməsi :
    Bəndə öz günahını böyütdükcə Allah onu kiçildir və əksinə,bəndə günahı özlüyündə kiçiltdikcə Allah onu böyüdür.Çünki günahın böyüdülməsi qəlbi bürüyən nifrət və ikrah hissləri ilə bağlıdır.
    • Günahdan fərəhlənmək,sevinc və lovğalıq :
    Günahın mahiyyətinə etinasızlıq bədbəxtliyə səbəb olur.Bəndənin kiçik günahdan aldığı ləzzət artdıqca bu günah da böyüyür,onun insan qəlbinə mənfi təsiri də artır.Hətta elələri vardır ki,öz günahına sevinir,onu etdiyinə görə lovğalanıb deyir :”Gördün,onun eyiblərini necə sadalayıb onu utandırdım?”,”Gör onu necə aldatdım?” və s.Belə kiçik günahlar çoxaldıqca böyüyür,insanları məhv edir.
    • Allahın himayəsinə,Onun rəhminə etinasızlıq və biganəlik göstərmək :
    Bu etinasızlıq və biganəlik əslində nifrət və günah deməkdir.Buna yol verən adam elə bilir ki,onun itaətsizlik göstərə bilməsinin özü Allahın ona göstərdiyi qayğının təzahürüdür.Deməli bu adam özünü Allahın qəzəbindən qorumuş bilir.Öz nadanlığı ilə Allah qarşısında qürur hissini büruzə vermiş olur.
    • Günah edib sonra adamlar qarşısında onu bildirmək və ya başqasının qarşısında günah etmək :
    Bu əməl Allahın bu günahlardan keçmək qüdrətinə qarşı yönəlmişdir.Onun günahının şahidi olanı və ya şahidlik edən şəxsi şər işə təhrik etmək deməkdir.Bunların hər biri ayrılıqda günah olub birində birləşməkdir.
    • Əgər günahı işlədən alimdirsə və ondan nümunə götürülürsə,bu günahdan törənən fəsadın təsiri daha böyükdür.Buraya təsadüfü işlərdə dilavərlik,mübahisədə acıdil olmaq,günahı yumşaltmaq məqsədini güdmək,yalnız yüksək mövqe xatirinə elmlərlə məşğul olmaq kimi əməllər də daxildir.Bu alimin yol verə bildiyi günahlardandır.Alim ölür,lakin olun şər əməli dünyada uzun bir müddət qala bilir.Yasin sürəsinin 12-ci ayəsində Allah buyurur :”Həqiqətən,ölüləri dirildən,onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik...”





    GÜNAHA BATMAĞIN SƏBƏBLƏRİ
    • Xeyir və şər sınağı.
    Allah buyurur :”Dözüb – dözməyəcəyinizi,Şükr edəcəyinizi,yaxud nankor olacağınızı yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə (güzəran,sağlamlıq,sərvət,itaət və s.) sınağa çəkərik”.(əl-Ənbiya,35)
    • Allaha iman və etiqadın zəifliyi və Ondan qorxmamaq.
    • Allaha qarşı nadanlıq.
    • Dünyaya bağlılıq və istəklərə uymaq.
    • Şeytanın itaətsizliyə təhrik etməsi və nəfslərə şübhə toxumu səpməsi.
    • Qəflət və unutqanlıq.
    GÜNAHLARIN NƏTİCƏLƏRİ
    • Allaha asiliyə səbəb olur.
    • Elmdən məhrum olur.
    • Ruzini azaldır.
    • İtaətsizliyə aparır.
    • Qəlbi və cismi zəiflədir.
    • Özünə bənzər əməllər doğurur.
    • İradəni zəiflədir.
    • Günahkarın aqibətini günahları üzündən Allah tərəfindən məhv edilmiş millətlərə aid edir.
    • İtaətsizlik ağlı çaşdırır.
    • Xeyri aradan qaldırır,şər işlərə yol açır.
    • Günahkar özünü tənha hiss edir.
    • Günahkara özünü unutdurur.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    431

    Re: Günahlar haqqında

    Gözəl mövzudur....Allah bağışlayandır...Qoy bütün insanların günahlarını bağışlasın...Amin!!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.