3 sonuçtan 1 ile 3 arası

Xeyir ve şər

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    Xeyir ve şər

    Digər səmavi dinlər kimi, islam da hər şeydən əvvəl insanların nəfsini tərbiyə etmək istəyir. Bütün peyğəmbərlərin risalətinə insanın özü mövzu olduğu kimi, hər zaman insanlar sevə-sevə onların ətrafında toplaşmışlar. Rəsulların tərbiyəsi tarixin çətin dönəmlərində məhv olacaq qədər boş və quru qəliblər deyildi. Onlar prinsiplərini nəfsin dərinliklərində yerləşdirdilər. Bu əsaslar insanların damarlarına işləyəcək qədər qüvvə tapdı, insanda peyda olacaq vəsvəsələri yox etdi, hədəflərə çatmaqda insanlara yön verdi.

    Səmavi risalələr insanları hüzura qovuşdurmaq, cəmiyyəti islah etmək üçün yaxşı insan yetişdirməyin gərəkli olduğunu bəyan etdi. Hər mədəniyyət üçün gözəl əxlaqın vaz keçilməz əsas olduğu şüurunu təlqin etdilər. İlahi tərbiyədən məhrum cəmiyyətin idari təşkilatlarında anarxiya vardır. İdarəni əlinə alanlar öz səlahiyyətlərini həmişə pis işlərə istifadə edərlər. Əxlaqca yaxşı tərbiyə edilmiş idarəçi isə cəmiyyəti aydınlığa çıxarmağa çalışar. Bu insan qasırğa və fırtınalı zamanlarda da buna çalışar.

    Nəfslər tərbiyə edilmədən üfüqlər aydınlanmaz. İnsanların hazırkı halları da, gələcəkləri də fitnə-fəsadlardan qurtulmaz. Ona görə Allah taala buyurur:

    «Mühəqqəq ki, Allah bir cəmiyyətə verdiyi neməti onlar yaxşı halı fənalığa dəyişmədikcə pozmaz. Bir cəmiyyətə də Allah pislik dilədimi, artıq onun geri çevrilməsinə heç bir çarə yoxdur».(Rad, 11)

    Quran pis millətlərin həlak olma səbəblərini belə izah edir: «(Bəli, bunların gedişi) Firon və xanədanıyla onlardan əvvəlkilərin hərəkəti kimidir. Onlar Allahın ayələrini inkarla kafir olmuşdular, O da onları günahları üzündən yaxalamışdı. Çünki Allah ən böyük qüvvənin sahibidir, cəzası da çox ağırdır» Bunun hikməti budur: «Bir qövm nəfslərində olan (yaxşı halı) dəyişməyincə Allah onlara ehsan etdiyi neməti dəyişdirən deyil və şübhəsiz ki, O, (hər şeyi) haqqıyla eşidəndir, kamalıyla biləndir» (Ənfəl, 52-53)

    İslam nəfsləri tərbiyə məsələsinə iki nöqtədən baxar:

    1. İnsan təbiətində xeyrə meylli bir hal vardır. Ona görə davamlı olaraq xeyir iş görmək istəyər, xeyiri əldə edəndə sevinər. Şərdən də üzüntü duyar. Haqq ilə həyatının hüzur və rahatlığını tapar.

    Yenə insan nəfsində onu doğru yoldan sapdıra bilən bəzi qüvvələr var. Bu qüvvələr bəzən şəri xeyir göstərib insanı uçuruma aparar. İslam bu iki qüvvənin varlığını heç bir zaman gözdən uzaq tutmaz və təbiyəni ona görə qurar. Uca Allah belə buyurur: «And olsun nəfsə və onu düzənləyənə, sonra da ona pozuqluğunu və qorunmasını ilham edənə ki, onu təmizləyib parladan gerçək qurtuluş tapıb, onu kirlədən isə ziyana uğrayıb» (Şəms, 7-10).

    İslamın bu məsələdə etdiyi əsas iş insan fitrətini qüvvətləndirib nurlandırmaq və xeyirə sövq etmək üçün hər bir imkanı səfərbər etməkdir. Beləliklə nəfs də davamlı olaraq onunla çəkişən pislik vəsvəsəsindən qurtulur. İslam özünü bütün ləkələrdən uzaq, xalis fitrət dini olaraq qiymətləndirir və insanların ona yönəlməsini əmr edir: «O halda üzünü bir hənif olaraq dinə tut, Allahın fitrətilə yoğrulu dinə. İnsanları yaradanda onların fitrətini bu dinlə yoğurmuş O. Allahın dini dəyişməzdir. Doğru yola biçili bir dindir bu. Fəqət onun birliyini bilmir əksər adamlar” (Rum, 30).

    Kor deyilsə, gözün vəzifəsi görməkdir, qulağınkı eşitməkdir. Fitrətin də vəzifəsi suyun yuxarıdan axışı kimi haqqa, kamal və fəzilətə doğru qaçmaqdır. Bəli, nəfsə ləkələr bulaşıb yaradılışından uzaqlaşmayınca ona yaraşan budur.

    Nəfslərə müsəllət olan kir və ləkələr isə keçmiş əsrlərin, həlak olmuş qövmlərin təqlidindən başqa bir şey deyildir. Hər ikisi də bəşər fitrəti üçün böyük təhlükədir. Gerçək islahatçıların əsas cihadı bu pislikləri yox etmək, insan fitrətini ləkələrdən qurtarmaqdır. Ta ki insanlıq bunun sayəsində əsas qayəsinə yönəlsin və vəzifəsini idrak etsin.

    Yuxarıda rum surəsinin 30-cu ayəsində islamın fitrət dini olduğunu oxumuşduq. Bu ayədən sonra aşağıdakı fikirlərlə qaşı-qarşıya qalırıq:

    "Hamınız Ona dönün, Ondn qorxun, namazı dürüst qılın, müşriklərdən olmayın. O müşriklər ki, onlar dinlərini darmadağın etmişlər, firqə-firqə olmuşlar. (Bunlardan) hər zümrə yanlarında olanla lovğalanandırlar». (Rum, 31-32)

    Küfr deyil iman. Fisqü fücur deyil təqva! Ayrılıq deyil inananların birliyi.

    İnsan ancaq iman və təqva ilə fəlaha qovuşar. Quran bunu bu şəkildə ifadə edir: «Biz həqiqətən insanı ən gözəl bir biçimdə yaratdıq, sonra onu aşağıların aşağısına çevirdik. Ancaq iman edib gözəl əməllər edənlər müstəsna» (Tin, 4-6). Ayədə bəhs edilən gözəl şəkildən məqsəd haqqı bilib ona sarılmaqdadır. Onun gərəkdirdiyini etmək də fəzilət və şərəfdir. Bunları öz nəfsində və insanlarla əlaqələrdə tətbiq etmək isə kamalın zirvəsi və həyatda hər şeyə ədalətin hakim olması deməkdir.

    Fəqət kamal zirvəsindən həva və həvəs uçurumuna düşənlər də çox olur. Allahın göndərdikləri hidayət və ədalət qanunlarına tam uyğundur. Bu qanunlar çox adil və incədir. Bunları aləmlərin yaradıcısı belə izah edir: «Allah bir qövmü hidayət etdikdən sonra çəkinəcəkləri şeyləri onlara bildirməmiş, onları sapdırma ehtimalı yoxdur. Şübhəsiz, Allah hər şeyi biləndir» (Tövbə, 115). «Yer üzündə haqsızlıqla ayələrimdən uzaqlaşdıracam. Bütün möcüzələri görsələr də, ona iman etməzlər. Doğru yolu görsələr də, onu tutmazlar. Əgər sapqınlıq yolunu görsələr, yol olaraq onu seçərlər. Çünki onlar aylərimizi yalanlamağı adət ediblər onlardan qafil vəziyyət gəlmişlər.» (Əraf, 146)

    Bəs bu dünyada təmiz yaradılışını mühafizə edib, çirkablara bulanmayanlar kimlərdir? Bunun cavabını bu ayə verir: «İman edib yaxşı işlər görənlər müstəsna» (Tin, 6).

    Bu izahlar ilə iman və yaxşı əməllərin səmərəsinin yaxşı əxlaq olduğunu anlamaq olar. İslamın təmiz insan fitrəti və onu qüvvətləndirmə qarşısındakı tövrü budur.

    İnsanları imandan ayıracaq, müvəqqəti olan zövq qaynaqlarının bəzisi Quranda sıralanır: «Qadınlara, oğullara, yığın-yığın qızıl və gümüşə, gözəl atlara (dəvə, sığır, qoyun, keçi kimi) heyvanlara, əkinlərə olan ehtiraslı sevgi insanlar üçün bəzənib süslənmişdir. Bunlar dünya həyatının keçici faydasıdır. Allaha gəlincə, nəhayət dönəcəyiniz yerin bütün gözəlliyi Onun nəzdindədir.» (Əli-İmran, 14).

    İslamın diqqət çəkdiyi odur ki, nəfsə uymaq, onun vəsvəsələrinə cavab vermək nə nəfsi doydurar, nə də Haqqı razı edər. Nəfs bir yerdə arzuladığını tapandan sonra başqa bir yerə adlamaq istəyir. Quran haram olan bu tip həvəslərdən uzaq olmağı tövsiyə edər: «Və ya həvəsə tabe olma ki, bu, səni Allah yolundan sapdırar. Mühəqqəq ki, Allah yolundan sapanlar hesab gününü unutduqlarından onlara çox şiddətli bir əzab var» (Sad, 26).

    Quran kafirlərin təqib etdiyi yolu, müsəlmanların isə bunlara müxalifətdə olmasının gərəkliyini belə izah edir: «Əgər Haqq onların kefinə uysaydı, göylər, yer üzü və bunlardakı kimsələr qəti pozulardı. Xeyr, Biz onlara unudulmaz dərs olacaq zikrlərini gətirdik və onlar zikrlərindən üz çevirirlər» (Muminin, 71). Nəfsin haram olan istəkləri ilə mübah olanları qarışdırmaq olmaz. Dindar olanların bir qismi bu iki kəsimi böyük bir xəta olaraq qarışdırırlar. İnsanın məqbul dünya nemətlərindən istifadəsində bir qəbahət yoxdur. Amma bəziləri məqbul ehtiyacları ödəyərkən də cinayət işləyirmiş kimi hisslər keçirir.

    Quran bu məsələyə də aydınlıq gətirir. Nəfsin faydalı istəklərini mübah qılır, gözəl və xoş nemətlərdən istifadəyə geniş çapda icazə verir, bunu haram bilməyi, dar çərçivələr içində qəbul etməyi isə pislik və çirkinlik sayır: «Ey insanlar! Yer üzündəki şeylərdən halal və təmiz olmaq şərti ilə yeyin. Şeytanın yerişini yeriməyin. Çünki o, həqiqətən, apaçıq bir düşməndir. Şeytan sizə ancaq pisliyi, haqsızlığı və Allaha qarşı bilməyəcəyiniz şeyləri söyləməyi əmr edər» (Baqara, 168-169).

    Bəli, halal və xoş rizqləri məhzurlu qılmaq dəlilsiz olaraq Allaha iftira etməkdir.

    Quran insanı zəiflik, tərəddüd və eqoizmdə sifətləndirərkən bunlardan qurtarmağın yollarını da göstərir: «Gerçəkdən insan həris və xəsis yaradılıb. Bir pis iş üz verəndə fəryad qoparar, xeyir üz verəndə qısqanc olar. Namaz qılanlar müstəsna. Onlar ki namazlanıda davam edərlər, onlar ki mallarında müəyyən bir haqq vardır, həm istəyən üçün, həm də istəməkdən utanan yoxsul üçün. Və onlar ki cəza gününü təsdiq edərlər. Və onlar ki Rəblərinin əzabından qorxarlar. Çünki Rəblərinin əzabından əmin olunmaz. Və onlar ki ayıb yerlərini qoruyarlar» (Məaric, 19-29).

    Məlumdur ki, əxlaq öz-özünə nəfs içində inkişaf etməz. İnsanlarla birlikdə mükəmməl şəkildə də doğulmaz. O zamanın çeşidli mərhələlərində kamilləşir, bunun üçün təkrarlanması lazım gələn işlərə ehtiyac var. Namaz, oruc, axirətə iman və Allahın əzabından qorxma. Madam ki pis xasiyyət davamlı olaraq öz sahibini pis yollara sürükləmək istəyir, onun qarşısını almaq üçün də davamlı olaraq tədbirlər görülməlidir.

    Xülasə, islam insanın pak olan fitrətinə önəm verir və bu fitrətin tərbiyəsini gərəkli bir iş sayır. İslamın buyurduğu bütün ibadətlər bizi uca əxlaq, doğru yol və istiqamətə çatdırmayınca, demək, əsl məqsədlərinə nail olmayıblar və yerlərində oturdulub qaydasınca icra edilməyiblər.
    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Xeyir ve şər

    emeye hörmet,saol

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    Re: Xeyir ve şər

    Alıntı suzi333 Nickli Üyeden Alıntı
    emeye hörmet,saol
    sende saol
    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.