Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

QƏBR ƏZABI

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    QƏBR ƏZABI

    Ölüm və həyatı yaradan Allaha həmd olsun!
    Həyat və ölüm haqq olduğu kimi qəbr həyatı da haqdır. Qəbr həyatına Quranda işarət edilmişdir. Və səhih sünnətdə də bəzi təfərruatı ilə buna açıqlıq gətirilmişdir.
    “Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar.“ (ət-Tövbə 101)
    “Xeyr, bu onun dediyi boş bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır.” (əl-Muminun 100)
    Siz sualınızda qəbr əzabına toxundunuz. Bu məsələyə bir qədər geniş baxsaq, qəbr həyatı illa da əzabdan ibarət olmayıb, kimin üçünsə əzab, kimin üçünsə də rahat həyatdır.
    “Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): "Fir’on əhlini ən şiddətli əzaba salın!“ (əl-Mumin 46)
    Rəsulullah (s) buyurur: “Möminin ruhu cənnət ağacında bəslənən bir quş olur. Təkrar dirilmə günü Allah onu cəsədinə qaytarıncaya qədər orada bəslənir.“ (Nəsayi, İbni Macə), “Şəhidlərin ruhları yaşıl quşların içindədir. İstədiyi yerdə ruzisini yeyir.” Yenə bundan əlavə bir çox xəbərlərdə qəbrdəkilərin namaz qılması, Allahın onlar üçün qəbrindən bir pəncərə açması, kafir və münafiqlərin sual əsnasında cavab verə bilməmələrindən dolayı başının ortasına dəmir bir zopa ilə vurulması bildirilməkdədir.
    Əslində qəbr həyatı ölümlə başlayır.
    Əbu Hureyra (r.) xəbər verdiyinə görə Rəsulullah (s) belə buyurur: “Bir müsəlman can vermə anına girdiyi zaman, rəhmət mələkləri ağ bir ipəklə gəlir və belə deyirlər: “Sən razı və səndən də razı olaraq (bu bədəndən) çıx! Allahın rəhmət və reyhanına, sənə qəzəbi olmayan Rəbbinə qovuş!”
    Bundan sonra ruh müşk iyinin ən gözəli kimi çıxar. Mələklər onu biri birinə ötürərək onu səmanın qapısına gətirirlər və: “Sizə yerdən gələn ətir nə qədər gözəldir!” deyərlər. Sonra onu möminlərin ruhlarının yanına gətirirlər. Onlarda onun gəlmə münasibəti ilə, sizdən birinin itirdiyi şeyin ona qayıtmasından dolayı sevindiyindən daha çox sevinirlər. Və ona: “Filan kəs nə etdi? Filan kəs nə etdi?” deyə, (dünyadakılardan) xəbər alırlar.
    Mələklər də: “Onu dinc buraxın! Onda hələ dünyanın təsiri var!” deyərlər.Gələn isə: “Filan kəs ölmüşdür. Yanınıza gəlmədimi?” deyər.
    Onlarda: “O, öz anası-“Haviyə” cəhənnəminə aparıldı” deyərlər.Kafir isə can vermə anına (muhtəzar) girdiyi zaman, mələklər mish (tükdən olan kobut bir paltarla) gəlirlər və belə deyirlər: “Bu cəsəddən özün də qəzəbli və Rəbbin də səndən qəzəbli halda çıx və Allahın əzabına qaç!” Bundan dolayı o, cəsəddən ən pis üfunət qoxusu ilə çıxar. Mələklər onu yerin qapısına gətirirlər. Ordakılar: “Bu qoxu nə pis qoxudur!” deyərlər. Sonunda onu kafir ruhların yanına gətirərlər.” (Nəsayi) Digər başqa bir xəbərdə Rəsulullah (s) belə buyurur: “Qul qəbrinə qoyulub, yaxınları da ondan ayrılınca beləki hətta o, onların ayaq səslərin eşidir. Onun yanına iki mələk gəlir, onu oturdur və:
    “Məhəmməd (s) haqqında nə deyirdin?” deyə soruşarlar.Mömin kimsə: “Şəhadət edirəm ki, O, Allahın qulu və rəsuludur!” deyər.
    Ona deyilər ki, “cəhənnəmdəki yerinə bax! Allah oranı cənnətdəki bir məkana dəyişdi. (Adam baxar) hər ikisini də görər. Allah da ona, qəbrindən cənnətə baxan bir pəncərə açar.
    Əgər ölən kafir və ya münafiq isə; “(Mələklərin Rəsulullah (s) haqqındakı sualına) bilmirəm” deyər.
    Ona “anlamadın və tabe olmadın!” deyilir. Sonra başının ortasına dəmirdən bir dəyənək ilə vurulur. O zaman elə bir inilti ilə bağırır ki, ağır yük altında olan ikisindən (insan və cin) başqa, ona yaxın olan hər varlıq onu eşidir.” (Buxari, Müslim)
    Hədisin Təbəranidəki mətnində, suala çəkən mələklərin gözlərinin qazan kimi, dişlərinin də inək buynuzu kimi olduğu. Səslərinin də göy gurultusunu xatırlatdığı bildirilir.
    Ibni Macənin rəvayətində mömin oturulduqda gözlərini ovxalayaraq: “Məni buraxın namaz qılım” deyəcək.
    Bəzi xəbərlərə görə “Nəyə ibadət edirdin?” deyə soruşulacaq. Mömin kimsə də şəhadət kəliməsi ilə cavab verəcək.
    “Müsəlman qəbrdə sorğuya çəkildiyi zaman Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət edər. Bu da Allahın bu kəlamıdır: “Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər.” (İbrahim 27)” (Buxari, Müslim)
    Qəbr həyatı artıq insanın xilas olub cənnətə girəcəyini və ya həlak olub cəhənnəmə atılacağını təqribən müəyyən edir. Amma tam dəqiqliyi ilə deyil. Son hökmü Qiyamətdən sonra Allah verəcək.
    Hz. Osman qəbrə baxıb saqqalı yaşarana qədər ağlayardı. Sonra da Rəsulullahın (s), qəbri axirət yolçuluğunun ilk mənzili olduğunu qəbul etdiyini, buradan qurtulanın sonrasının daha asan olacağını, buradan qurtulmayan üçün də sonrasının daha çətin olacağını bildirdiyini söyləyərdi.” (Əhməd)
    Qəbr həyatından bəhs edərkən bəzi məsələlərə toxunmamaq mümkün deyil. Bu da qəbr həyatının mahiyyətinin idrakıdır.Necə ki, ana bətnindəki həyatla dünya həyatı biri birindən tam fərqli həyatlardır, elədə dünya həyatı ilə qəbr həyatı tam ayrı bir aləmlərdir. Buna görə biz qəbrdəkilərin həyatını tam idrak edə bilmirik. Hər nə qədər bu barədə qeybi məlumatlara sahibiksə də biz bunları haqq olduğu üçün qəbul edirik amma mahiyyət və keyfiyyətini dərk etməkdə acizik.
    “Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (əl-Bəqərə 154)
    Yenə qəbrdəki həyatdakı hadisələrdə iştirak edən ruhmu, cəsədmi, yoxsa həm ruh həmdə cəsədmi? Bu barədə fərqli-fərqli fikirlər irəli sürülmüşdür.
    Bəzi alimlər: “Allah bədənə eşitmə, anlama, əzab və ləzzət duyma qabiliyyəti yaradıb, bədəni sorğu-suala tutacaq” demişlər. (İbni Cərir, Kərramiyyə)
    Bəziləri isə: “Ölüm əsnasında qəbz edilmiş ruh qəbir həyatı boyunca bir daha cəsədə dönməz və sorğu-sualada ruh çəkiləcək. (İbnu Hazm, İbnu Hubeyrə)
    Digərləri isə: “Ruh cəsədə və ya cəsədin bir qisminə qayıdar. Əgər hesab yalnız ruha aid olsa idi hədislərdə cəsəd bu cür xüsusi şəkildə qeyd edilməzdi. Ölünün bədəninin parçalanıb dağılması buna mane deyildi. Allahu Təalə bədənin hissələrini bir araya toplayıb vücud halına gətirməyə qadir olduğu kimi, cəsəddən bir parçaya həyatı qaytarıb onu hesaba tutmağada qadirdir.” (Cumhur)
    Bu fikri dəstəkləyən İbnu Qayyim: “Ruhların qaldığı yerin (maq`ad) olduğunu söyləmək, onların nə qəbirdə nə də qəbir ətrafında olmadığına dəlalət etməz. Ruhun bir başqa şə`ni (bizim tabe olduğumuz müəyyən qaydalara uymayan öz reallığı və mahiyyəti) vardır. Ruhun cənnətdə, səmada olmasına rəğmən bədəni ilə də əlaqəsi olub idrak etmə, namaz qılma, eşitmə, oxumağa davam etməklə qəbir həyatını sürdürməsi arasında bir ziddiyyət yoxdur. Biri digərinə mane deyil. Ruhla əlaqədar məsələləri anlamaqda çətinlik çıxaran xüsus budur ki, ruhlar aləmi əlaqədar gerçəkləri şəhadət aləminə aid olan bilinən, öyrəşilmiş gerçəkləri ilə müqayisə edilir. Ruhlar aləmi bu aləmə görə dəyərləndirilir. Bu müqayisəyə görə ruh bir yer işğal etdimi, onun bir başqa məkanda olması mümkün olmaz. Bu isə açıq bir səhvdir.”
    Doğrusunu bilən Allahdır!

    Alıntı-İlham Rüstəmov
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: QƏBR ƏZABI

    cox sag ol.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.