Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Dini terminlər

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika United States
    Mesajlar
    2.811

    Dini terminlər

    ƏZLAM - İslamdan əvvəlki cahilliyə dövrü ərəblərin məxsusi atributlarından biri. Bütpərəst ərəblər hər hansı bir işi görmək istəyərkən əvvəlcə oxlarla fala baxırdılar. "Əzlam" adlı bu fal oxlarının sayı adətən üç ədəd olurdu. Oxların birinin üstünə "Tanrı əmr edir", o birinin üstünə "Tanrı qadağan edir" yazırdılar. Üçüncü oxu isə yazısız buraxırdılar. Həmin oxlar mötəbər sayılan bütlərin qarşısına qoyulurdu. Fal üçün müraciət edən şəxsin özü, yaxud kahin oxları qarışdırıb arasından birini götürürdü. Əgər birinci ox çıxırdısa, nəzərdə tutulan işi yerinə yetirirdilər. Qadağan oxu çıxsaydı, həmin əməldən çəkinirdilər. Yazısız ox çıxdığı təqdirdə proses təzədən təkrar olunurdu. Qurani-Kərimdə cahiliyyə dövrünün bəzi ənənələri sırasında fal oxları da qadağan edilmişdir: "Ey iman gətirənlər! Şərab, qumar, bütlər, fal oxları (əzlam) şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!" ("Maidə" surəsi, 90-cı ayə).

    İCTİNAB - "çəkinmək, uzaq qaçmaq" deməkdir. İslam əxlaqında adətən günahlardan çəkinməyə "ictinab" deyilir. Günah və haram işlərdən ictinab etmək insanın əxlaqını kamilləşdirir, onu dünya və axirət xoşbəxtliyinə yetirir.

    ZƏRIH - müqəddəs şəxslərin qəbrini ətraf mühitdən ayıran maneəyə deyilir. Müsəlman aləminin müxtəlif nöqtələrində dəfn edilmiş şəxsiyyətlərin məzarı üstündə divarları taxta, dəmir, gümüş və yaxud qızıldan olan üstübağlı xırda otaq şəklində zərihlər qurulur. Mədinədə Həzrət Məhəmməd peyğəmbərin (s), Nəcəfdə İmam Əlinin (ə), Kərbəlada İmam Hüseynin (ə), Məşhəddə İmam Rzanın (ə) məzarları uzərində qurulmuş məhəccər şəkilli qızıl zərihlər müsəlman incəsənətinin şah əsərlərindən sayılır.

    KƏRAMƏT - gözəl əxlaqı, elmi və ibadəti ilə seçilən müqəddəs həyata keçirə bildikləri fövqəladə əməllərə deyilir. Məsum şəxslərin (peyğəmbər və imamların) qeyri-adi hərəkətləri "möcüzə" adlandığı halda, qeyri-məsum şəxslərin belə hərəkətləri "kəramət" adlanır. İslam tarixində böyük ariflər, alimlər, seyyidlər Allah yanında uca məqama malik olduqlarına görə, xalqın ehtiyaclarını yerinə yetirmək üçün Allaha dua etmiş, Allah da onlara kəramət göstərmək qüdrəti vermişdir.

    MİNARƏ - müsəlman memarlıq elementlərindən biri, məscid kompleksinə aiddir. Məsciddə azan verən şəxs səsinin daha böyük ərazilərə yayılması üçün minarəyə qalxır və oradan azan verir. Minarələrin daxilində vintvari pilləkən və müəyyən yüksəklikdə minarəni dövrələyən eyvan (azançının dayanması üçün) qurulur. Milli ənənələrdən və memarlıq üslublarından asılı olaraq, müsəlman ölkələrində dairəvi, kvadrat, səkkizbucaqlı və s. formalı en kəsiyinə malik minarələr tikilir. Məkkə, Mədinə, Qahirə, Dəməşq, Bağdad, Kərbəla və İstambul kimi qədim şəhərlərindəki məscidlərin minarələri öz orijinallığı, ornamentlərin rəngarəngliyi, gözə yatımlı forması ilə diqqəti cəlb edir.

    SIYRƏ - müsəlman tarixçiliyi janrlarından biri. İslam müqəddəslərinin həyatı, fəaliyyəti və davranışları haqqında məlumatlara, habelə bu mövzuda yazılmış kitablara "siyrə" deyilir. Daha dar mənada Həzrət Məhəmməd peyğəmbərin (s) həyatı haqqındakı kitablar "siyrə" adlanır. İbn İshaq, İbn Hişam, Hələbi və s. müəlliflər tərəfindən qələmə alınmış siyrə kitabları xüsusilə məşhurdur.

    TÜRBƏT - lüğəti mənada "torpaq" deməkdir. Adətən, İslam müqəddəslərinin məzarı üzərindən götürülmüş torpağa "türbət" deyilir. Dahi İmam Hüseynin (ə) dəfn olunduğu Kərbəla torpağı "turbət" adlanır. Türbətdən təbərrük məqsədilə istifadə edilir. Şiə məzhəbində namaz zamanı Kərbəla türbətindən düzəldilmiş möhürə səcdə etmək böyük savaba malikdir. Şəriət hökmlərinə görə, vəfat etmiş müsəlmanı dəfn edərkən yanağının altına və sinəsinə azacıq türbət tökmək savabdır. Türbətin bəzi şəfaverici xüsusiyyətləri də vardır. Tarixdə ağır xəstəliyə düçar olmuş şəxslərin türbət vasitəsilə sağalmaları haqqında çoxlu faktlar vardır.

    ÜCB - İslam əxlaqı terminlərindən biri, təvazönün ziddidir. Bir kəsin özünü hamıdan üstün tutmasına, başqalarını özündən əskik bilməsinə, özünün bütün nöqsanlarına göz yumub öz şəxsiyyətinə pərəstiş etməsinə "ucb" deyilir. İslam əxlaqının əsas mənbələri olan Quran ayələri və hədislər ücbü qətiyyətlə rədd edir. Ücb və təkəbbür insanı təkamül yolundan saxlayır, onu əxlaqi gözəlliklərdən məhrum edir, dünyagörüşünü məhdudlaşdırır, ətrafdakılarla münasibətini pisləşdirir, insanı dar və qapalı bir çərçivəyə salır

    FÜRQAN - tərcüməsi "fərq qoyan, bir-birindən ayıran" deməkdir. Qurani-Kərimin adlarından biri də "Fürqan"dır. Quran ayələrinin özündə Allah-təala bu səmavi kitabı həmin adla adlandırır. Qurani-Kərim haqla batili, yaxşı ilə pisi ayıran əsas meyar olduğu üçün ona bu ad verilmişdir. Çünki Quranın hökmlərinə əməl edən şəxs hər iki dünyada səadət əldə edir, bu hökmləri pozan adam isə ilahi əzaba düçar olur. Quranda buyurulur: "Aləmləri qorxutmaq üçün Fürqanı (yəni haqla batili ayıran kitabı) öz bəndəsinə endirən Allah nə qədər uca və uludur!" ("Furqan" surəsi, 1-ci ayədən).
    ALLAH HAMINIZDAN RAZI OLSUN!

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Dini terminlər

    Əməyə hörmət. Allah razi olsun !
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Dini terminlər

    cox sag ol.ellerine sagliq.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.