Saqol
3 sonuçtan 1 ile 3 arası
-
07-06-2009, 11:54 PM #1
UNUDULMAYAN QADINLAR
Kişilərin müxtəlifliyinə və fərqliliyinə baxmayaraq bütün kişilərin yaddaşında həkk olunan və unuda bilmədikləri bir qadın surəti vardır – “Həyat və ömür yoldaşı”. Hər bir kişi hər hansı bir qadını həyatının yoldaşı kimi gördüsə, təsəvvür etdisə, düşündüsə artıq onu unuda bilmir.
O qadın ki, kişinin həyatının bütün anlarında iştirak edir, hər şeydə diqqətli olur, onun həyatının, sevincinin, kədərinin, fikirlərinin, istəklərinin və hər şeyin incəliklərini hiss edir, o qadın unudulmur. O qadın hadisələri sadəcə kənardan müşahidə etmir, o özünü, baş vermiş hər şeyin içində yaşamış kimi hiss edir. O qadın kişiyə hiss etdirə bilir ki, o məhz kişinin xüsusi aləminə, yalnız və yalnız o kişiyə aiddir, ona məxsusdur. O qadını kişi unuda bilmir, çünki o qadın bu kişinin həyatının bütün xatirələrinə bağlıdır.
Əziyyətlərə qatlanan, ağrılara səbr edən, baş verən hadisələrdə həmişə kişiylə yan-yana iştirak edən və hər cür təzyiqlərə təhəmmül edən qadını kişilər unuda bilmirlər. Hətta kişilər ağır anlarında və çətinliklərin ən yüksək təzyiqində o qadınlara yönəlməkdə rahatlıq tapırlar. Çünki o qadınla nə kədər, nə qəm, nə də qüssə qalır. O qadın nə vaxt, harda və necə olacağını bilir. Lazım olan kəlməni gərəkdirsə əzizləməklə, gərəkdirsə hövsələylə, gərəkdirsə məhəbbətlə və gərəkdirsə sərt söylər, amma hikmətli addım atar. Bu qadını kişi unuda bilərmi?!
Əlbəttə, nə zaman qüvvətli və sərt olmağı və nə zaman özünü zəif və zərif göstərməyi bacaran qadını da kişi sevir. Çünki bəzən o kişi hətta qadından qüvvət və dəstək almaq istəyir. Qadın isə o zamanlar güclü və dəstək vermək iqtidarında olduğunu bildirməlidir. Daim zəif və zərif qadın obrazı da mMöminlərin anası Aişədən (r.a) rəvayət olunur ki, belə demişdir: “Rəsulullahın (s.a.s) xanımlarını heç qısqanmamışam, yalnız Xədicədən başqa. Mən onu heç görməmişdim. Rəsulullah hətta qurbanlıq quzu kəsərkən belə deyirdi ki; “Bunu da Xədicənin dostlarına aparın”. Bir gün Onu (s.a.s) qəzəbləndirdim və Xədicənin adını çəkdim O (s.a.s) da dedi ki; “Mənə onun sevgisi bəxş olunub”. Elə bil dünyada Xədicədən başqa qadın yoxdur!”
Yenə Aişədən (r.a) rəvayət olunur ki; “Rəsulullah (s.a.s) Xədicənin adını çəkərkən həmişə Onu (r.a) tərifləyərdi. Bir gün qısqanclığımdan – Onun adını nə çox çəkirsən?! – dedim. Dedi ki: “...Allah Ondan daha xeyirlisini verməyib mənə. Yalnız O iman gətirmişdi, hamı küfr edirdi mənə. Heç kim mənə inanmayan zaman O mənə inanmışdı. Hamı məni mal-dövlətindən məhrum edərkən, yalnız O mənə yardım etmişdi. Hamının övladlarından məhrum idim, Allah ondan mənə övladlar bəxş etmişdi."
Bir başqa hədisdə də Aişədən (r.a) rəvayət olunur ki; “Rəsulullahın (s.a.s) heç bir xanımını, Xədicəni qısqandığım kimi qısqanmamışam. Ona görə ki, Rəsulullah (s.a.s) Onu tez-tez yad edərdi, tərifləyəri. Allah təala hətta Rəsuluna (s.a.s) vəhy etmişdi ki, Onu (Xədicəni) cənnətdə bir evlə müjdələsin.”
Hamısını yaza bilməsək də, bu haqda rəvayətlər çoxdur. Sadəcə bu hədisləri və Allah rəsulunun (s.a.s) həyatını oxuyarkən təəccüblənirik ki, Peyğəmbərimizin (s.a.s) xanımlarının ən yaşlısı olmuş Xədicə necə də qısqandırıcı bir xanım olmuşdur. Rəsulullahın (s.a.s) həyatında necə iz buraxmışdır ki, daim Onu (r.a) xatırlayar yad edərdi. Rəsulullahın (s.a.s) bütün övladları Xədicədən (r.a) olmuşdu, yalnız İbrahimdən başqa. Xədicə (r.a) ilə evli olarkən Onun (r.a) üzərinə heç bir qadın almamışdı, evlənməmişdi.Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
07-07-2009, 12:05 AM #2Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: UNUDULMAYAN QADINLAR
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-07-2009, 10:31 AM #3Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
Re: UNUDULMAYAN QADINLAR
GLAMOURKA çox sağ ol! Allah səndən razı olsun!
"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Saqol

Yer imleri