8 sonuçtan 1 ile 8 arası

Allahın sevimli qulu

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Allahın sevimli qulu

    Allahın sevimli qullarından biri bir yuxu görər; yuxusunda özünə belə deyilir:

    "Səhər olunca, qarşına ilk çıxanı ye, ikinci çıxanı saxla, üçüncü çıxanın diləyini qəbul et, dördüncü gələni üzmə, beşincidən də qaç!" Səhər oldu; çölə çıxdı. Yola qoyulub getdi. Qarşısına bir dağ çıxdı. Bu böyük dağı görüncə çaşdı. Öz-özünə belə dedi: Rəbbim mənə bunu yeməmi əmr etdi. Sonra belə dedi: Rəbbim mənə gücümün çatmayacağı bir şeyi əmr etməz. Onu yeməyə qərar verdi. Dağa doğru getdi. Yaxınlaşdıqca dağ kiçildi. Tam yaxınlaşdığı zaman böyük dağ bir loxmaya çevrilmişdi. Onu tutub yedi, baldan şirin tapdı.

    Allaha həmd etdi, getdi. Qarşısına altından bir ləyən çıxdı. Belə dedi: Rəbbim, bunu da saxlamamı əmr etdi. Bir çuxur qazdı, onu basdırdı. Getdi, az getdikdən sonra dönüb baxdı. Ləyən torpaq üzünə çıxmışdı. Geri döndü, təkrar basdırdı. Bir az getdi; baxdı ki, yenə çıxmış bir daha basdırdı, yenə torpaq üstünə çıxdı. Öz-özünə, "Mən əmr ediləni etdim." deyərək buraxıb getdi. Qarşısına bir quş çıxdı. Arxasından bir şahin onu qovurdu. Quş ona belə dedi: "Ey Allahın sevimli qulu, məni saxla. Mənə kömək et." Onu götürdü. Arxasından şahin gəldi; belə dedi: "Ey Allahın sevimli qulu. Səhərdən bəri də bu quşun arxasındayam. Onu tutmaq istəyirəm. Qismətimə mane olma". Öz-özünə belə dedi: "Üçüncünün diləyini etməm əmri verildi, etdim. Dördüncünü üzməməm əmr edildi. İndi nə edəcəyəm? Bu işə çaşdı. Sonra bıçaq götürdü; öz uyluğundan bir parça ət kəsdi, şahinə atdı; o da qapıb qaçdı. Daha sonra quşu saldı. Bundan sonra, getdi. İylənmiş bir leş gördü. Onu da buraxıb qaçdı. Axşam olunca bu duanı etdi: "Ya Rəbbi, əmrini yerinə yetirdim. Bu işlərin mənası nə isə mənə bildir."

    Daha sonra, yuxusunda belə izah edildi:

    "Birinci görüb yediyin hirsdir". Əvvəl böyük bir dağ kimi görülər; səbrlə hirs udulsa, baldan şirin olar.

    İkincisi yaxşı əməlindir. Nə qədər saxlasan saxla; yenə meydana çıxar.

    Üçüncüsü, sənə buraxılan bir əmanətdir, ona xəyanət etmə.

    Dördüncüsü budur: Bir insanın sənə bir diləyi çatsa, onu yerinə yetir; istəsə sənə lazım olan bir şey olsun.

    Beşincisi qeybətdir. İnsanların qeybətini edənlərdən qaç. Şübhəsiz hər şeyi bilən Allahdır.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Allahın sevimli qulu

    Allah senden razi olsun bu gozel hekaye ucun menim eziz dostum !!!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Allahın sevimli qulu

    GÜZEL HİKAYE İÇİN TŞK CNM

  4. #4
    Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    30

    Re: Allahın sevimli qulu

    HER BIRIMIZ XEYR EMELLERLE BU DUNYADA YADDA QALARIQ .QEYBETETMEKDEN CEKINSEK,HIRSLI BASDA AGIL OLMAZ DEYERLER, ESEBIMIZI CILOVLAYA BILSEK,XEYIRLI EMELLER EDSEK, ALLAHIN SEVIMLI BENDELERINDEN OLMAQ SANSIMIZ OLAR. BUNDAN BOYUK BEXTEVERLIK XOSBEXTLIK OLA BILMEZ. SIZLERE BU CUR XOSBEXTLIK ARZU EDIREM.MOVZU UCUN XANIM SIZE MINNETDARLIQIMI BILDIRIREM .

  5. #5
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Allahın sevimli qulu

    halal olsun cox sag ol
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  6. #6
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Allahın sevimli qulu

    Cox sağ ol.Maraqlı idi
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  7. #7
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Allahın sevimli qulu

    ELA MSOZLERDI

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Allahın sevimli qulu

    oooooooo cox superdi mantıklı ve duzdu cox begendim sagoll
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.