3 sonuçtan 1 ile 3 arası

QURANDA PEYĞƏMBƏRİMİZİN DUALARI

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    QURANDA PEYĞƏMBƏRİMİZİN DUALARI

    Məhəmməd peyğəmbərin (Allahın salamı və xeyir-duası ona olsun!) duaları:
    bir işə başlayarkən Allahın adını anma
    “De: "Ey Rəbbim! Məni daxil edəcəyin yerə (Mədinəyə) xoşluqla daxil et, məni çıxaracağın yerdən (Məkkədən) də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!" (Mənə elə bir qüdrət ver ki, müşriklər və kafirlər həmişə onun qarşısında aciz qalsınlar!)”
    Pak Allah bu duanı peyğəmbərimizə səhərə sağlam bir ruh və tövhid düşüncəsi ilə başlaması üçün öyrətmişdi. Allahın köməyi və dəstəyi olmadan bir işi bacara bilməyəcəyimiz bu duada bizə göstərilən bir həqiqətdir. Bundan başqa bu dua bizə hər işə Onun adı ilə başlamağımıza və hər bir hərəkətimizdə yaradanımızın razılığının əsas olduğuna işarə edən həqiqətlərlə zəngindir.
    Tövhid, yalnız Allahdan yardım istəmək, əbədi hidayət duaları:
    “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (əl-Fatihə, 5).
    Bir insanın iman etdikdən sonra doğru yoldan azması mümkündür. Bu səbəbdən də hər zaman dualarımızda rəbbimizin “Hadi” və “Mömin” sifətlərinə sığınaraq, hidayətdən sonra zəlalət çuxuruna yuvarlanmamaq təhlükəsindən özümüzü qorumalıyıq.
    Bu haqda “Fatihə” surəsinin son ayəsində belə deyilir: “Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!”.
    Bundan başqa Quranın bir çox ayəsində Uca Allah öz qullarına imanlarını daima qorumaq üçün bir çox duanı etməyi tövsiyə etmişdir. “Ali-İmran” surəsində bu dualardın birinin bariz nümunəsini görürük:
    “(Ya Rəsulum!) Sənə Kitabı (Qur’anı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Qur’anın əslini, əsasını təşkil edən) möhkəm (mə’nası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mə’nası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi mə’na vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mə’nasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: " Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır", - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, ne’mət) bəxş edənsən!
    Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Sənsən. Allah Öz və’dəsindən əsla dönməz!”.
    Təvazökarlıq duası:
    Tək və şəriki olmayan rəbbimiz peyğəmbərimizin timsalında bütün möminlərə tavazökarlığı özlərinə necə şüar edəcəklərini dua şəklində belə öyrədir: “(Ya Rəsulum!) De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən".
    Şükür və tövhid duaları:
    “Mərhəmətli, rəhmli Allahın adı ilə!
    Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə, (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana, Haqq-Hesab (qiyamət) gününün sahibinə!” (əl-Fatihə,1-4).
    “Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tə’rif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar” (əl-Ənam, 1).
    “Həmd olsun O Allaha ki, Kitabı (Qur’anı mə’nasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi!” (əl-Kəhf, 1).
    “Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, (bəndələrinin bütün əməllərindən) xəbərdardır! Yerə daxil olanı da, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da O bilir. (Allahdan heç nə gizli qalmaz). O, rəhm edəndir, bağışlayandır!”(Səba, 1-2).
    “Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!
    Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi ne’mətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!”.
    Təvəkkül duası:
    Qiyamətin vaxtı və başqa qeybi mövzular insan ağlı ilə dərk edilməyəcək mövzulardır. Buna görə də insanın bu sahədə öz ağlını yorması mənasızdır. Peyğəmbərimiz bu dualarla həddini bilməyən insanlara belə cavab verir: “(Peyğəmbər) dedi: "Ey Rəbbim! (Mənimlə məni təkzib edən Məkkə müşrikləri arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis sözlərə) qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!" (əl-Ənbiya,112).
    Anlaşılmazlıq zamanı yalnız Allahı hakim tutmaq üçün edilən dua:
    İnsanlar aralarında bir anlaşılmazlıq baş verdiyi zaman bu məsələnin həlli üçün Allahı hakim tutmalıdırlar. Hər iki dünyada da hakimlik vəzifəsi yalnız Allaha məxsusdur. Elə isəAllah bu vəziyyətdə insanlara necə dua edəcəklərini “əz-Zumər” surəsində belə bildirir: “De: "Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!".
    Allaha sığınmaq üçün edilən dualar:
    Allaha iman gətirən şəxs hər zaman insan və cin şeytanlarından Allaha sığınmalıdır. Cin və insan şeytanlarının məkirli əməlləri nəticəsində cəmiyyətdə haqq öz saflığını hər zaman itirmək təhlükəsi ilə üzləşir. Bu səbəbdən də daima Allaha sığınmaq üçün edilən dua, qəlblərimizin paklığını qorumaq üçün şərtdir. Uca rəbbimiz bu duaları necə edəcəyimizi “əl-Fələq” və “ən-Nas” surələrində biz belə öyrədir:
    “(Ya Peyğəmbər!) De: "Pənah aparıram sübhün Rəbbinə!
    Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
    Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən; (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
    və bir də paxıllığı tutanda paxılın şərindən!"”
    “(Ya Peyğəmbər!) De: "Pənah aparıram insanların Rəbbinə;
    İnsanların ixtiyar sahibinə;
    İnsanların tanrısına;
    Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
    O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
    (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”.
    Kömək və kafirlərin etdiklərindən uzaq olmaq üçün edilən dua:
    “(Ya Rəsulum!) De: "Ey Rəbbim! Əgər (müşriklərə) və’d etdiyin əzabı mənə göstərəcəksənsə.
    Onda məni zalım tayfanın içində qoyma, ey Rəbbim!" ("Məni də onlarla birlikdə həlak etmə. Məni razı qaldığın kəslərlə bir yerdə et!") (əl-Muminun, 93-94);
    “Və de: "Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram!
    Onların yanımda olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim” (əl-Muminun, 97-98).
    Ən Uca olan Rəbbin adını pak tutmaq və şəninə təriflər demək:
    Bu, Allahı nöqsan sifətlərdən uzaq tutmaq, Ona həqiqi sifətləri ilə yalvarmaq və şəninə təriflər deməklə edilən dualardır. Biz rəbbimizi Quranda keçən “Əsma əl-Hüsna” (ən gözəl adlar) ilə dualarımızda xatırlamalıyıq. Biz bunları peyğəmbərimizin gündəlik dualarında da görürük. Bu duanın ən gözəl misalı heç şübhəsiz “əl-Həşr” surəsində bizlərə göstərilir: “O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız mö’minləri bağışlayan Rəhimdir!)
    O Özündən başqa heç bir tanrı (mə’bud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır.
    O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şə’ninə tə’riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!”.
    Biz bütün bu duaları bizə öyrədən rəbbimizə şükür edirik. Peyğəmbərimiz tərəfindən bizə öyrədilən başqa bir dua isə “Ali-İmran” surəsində keçir: “Ya Rəsulum!) De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən".
    “əl-Bəqərə” surəsinin 255-ci ayəsində Allaha nöqsan sifətlər isnad edən materialistlərə və bəzi təriqət sahiblərinə tutarlı cavab vardır: “Allah başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!”.
    Təslimiyyət duası:
    Peyğəmbərimizin (s) sadiq dostları olan səhabələr Allaha tam şəkildə təslimiyyətlərini dua şəkilində belə ifadə ediblər: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qur’ana) inanmış və mö’minlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!".
    Günahların bağışlanması üçün edilən dua:
    “(Ya Rəsulum!) De: "Ey Rəbbim (Bizi) bağışla və rəhm et! (Ümmətimin günahlarından keç, tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ən yaxşısısan!”.
    Faydalı elm əldə etmək üçün edilən dua:
    Peyğəmbərimizə (s) Allah tərəfindən elminin artırılması üçün tövsiyə edilən bu dua eyni zamanda bizlərə bütün elm xəzinələrinin Pak Olan rəbbimizdən qaynaqlandığı düşüncəsini aşılayır.
    “Taha” surəsində buyurulur: “Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır! (Müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!) Həm də (ey Peyğəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Qur’anı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənim elmimi artır!" – de”.
    Valideyinlər üçün edilən dua:
    Allah təala peyğəmbərinə və bütün möminlərə valideyinləri üçün belə dua etməyi tövsiyə edir: “Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" – de”.
    Alturist (başqasını özündən üstün tutmaq) düşüncə tərzi və bu xüsusiyyətlərə sahib olan insanlar üçün Allaha dua etmək:
    “əl-Həşr” surəsində buyurulur: “Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!".
    Tarixdən də məlumdur ki, peyğəmbərimizin haqq uğrunda mubarizəsinə dəstək verən Mədinəli müsəlmanlar Allahın rızasını qazanmaq üçün tarixdə görülməmiş bir addım atdılar; mühacirlər üçün göstərdikləri fədakarlıq Quranda alturizim xüsusiyyəti kimi göstərilir. Onların bu xüsusiyyətləri Allah qatında böyük dəyər görmüşdür. Çünki onlar din qardaşlarını özlərindən üstün tutmuşdular.
    Şikayət duası:
    Peyğəmbərimiz Məhəmməd (s) Quranı tərk edənlər və onu həyatlarında tətbiq etməkdən uzaq olan insanlar haqqında Qiyamət günü Allaha belə şikayət edəcəyini deyib: “Peyğəmbər də "Ey Rəbbim! Həqiqətən, qövmüm bu Qur’anı tərk etmişdi!" - deyəcək” (əl-Furqan, 30).
    Kafirlərə bəla endirilməsi üçün Allaha edilən dua:
    “Əl-Huməzə” surəsi bu mənada göstəriləcək dualardan biridir. Məhz bu surədə pis niyyətli insanların müsəlmanları ələ salmaları, onlar haqqında xoşagəlməz ifadələr işlətmələri qınanır: “(Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına! O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!”.
    “Əbu Ləhəb” surəsində isə bu duanın başqa bir nümunəsini görə bilirik: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!) (Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı). O, alovlu atəşə girəcəkdir. Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin! Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır!”.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: QURANDA PEYĞƏMBƏRİMİZİN DUALARI

    Allah butun dualarimizi qebul etsin.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: QURANDA PEYĞƏMBƏRİMİZİN DUALARI

    AMIN!!!!!!!!!!!!!!!!!!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.