2 sonuçtan 1 ile 2 arası

Həcc

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    Həcc

    Vəziyyəti yaxşı olan hər bir müsəlmanın ömründə bir dəfə Həccə getməsi fərzdir. Həccin mənası Beytullahı Allahın əmriylə ziyarəti " qəsd etmək deməkdir. Qəsd niyyət etmək, təsəvvür etmək deməkdir. Dünya paltarı Beytullaha çatmazdan əvvəl mikad deyilən müəyyən yerlərdə çıxarılar, tikişsiz paltarlar geyinilər. Buna "ihram" deyirlər. Qadınlar ihramda geyimli olarlar. Tikişli paltar geyinmək, məst geyinmək, başörtüdən istifadə etmək üçün qadınlara izin verilmişdir.
    Beytullah deyilən mübarək yer Rəsulullahın doğulduğu, Qurani-Kərimin nazil olduğu yerdir. İbrahim Əleyhissalam da bu günkü Beytullahın yerini oğlu İsmayılla tikib vermişdir. Cənabi Haqq İbrahim Əleyhissalama - insanları buraya çağır " buyurmuşdur.
    Həccə gedən adamın borcu olmamalı, maddi vəziyyəti yaxşı olmalı, sağlam biri olmalıdır. Kor və xəstələr oraya gedə bilməzlər. Dünyanın hər bir yerindən gələn insanlar burada toplanarlar. Beytullahı ona xas dualarla 7 dəfə dolanarlar. Buna "tavaf" deyərlər. Sonra Zəmzəm suyundan içib dua dua edərlər. Sonra Həzrəti Həcərin qaçdığı Safa, Mərvə dağları arasında 7 dəfə qaçarlar. Buna "say" deyərlər. Bundan sonra Həcc ayının 9-cu günü Adəm Əleyhissəlamla Həzrəti Həvvanın tanış olduğu və Rəsulullahın da getdiyi Ərəfət yerinə gedərlər. Ora Kəbədən uzaqdır. Orada Cəbəli-Rəhmə deyilən kiçik dağın ətrafında toplanıb dua edərlər. Bu toplanmaya "vakfə" deyilir. Sonra Ərəfədən Məkkəyə qayıdırlar. Minayla Məkkə arasında məşharul-haram deyilən yerdə dua edərlər. Minada şeytan daşlamaq üçün daş daş toplayarlar. Minaya gedib şeytan daşlayarlar, qurban kəsərlər. Sonra Məkkəyə qayıdılar, Beytullah tavaf edilər. Bu yolla hacılıq şərəfinə qovuşarlar. Bundan sonra Mədinədə Rəsulullahın qəbri ziyarət edilər. Həcc bundan ibarətdir.
    Həccin fərzi üçdür, 1-si ihrama girməkdir. Kəbəyə girməzdən qabaq müəyyən yerlərdə dünya paltarı çıxarılaraq Həccə niyyət edilər, ihrama girilər. Bu ihram 1 məhrəbadan ibarətdir. 2 rəkət namaz qıldıqdan sonra təlbiyə edilər. Bu təlbiyə 5 rəkət namazdan sonra yollarda, eniş-yoxuşda söylənər.
    Həccə niyyət etmək fərzdir. Niyyət mikad deyilən Kəbəyə yaxın müəyyən yerlərdə insanların dünya paltarlarını soyunub ihrama girdikləri yerdə olar. Burada qüsl alınar, su olmazsa, dəstəmaz alınar. 3 dəfə təlbiyə etdikdən sonra əllərini açıb Həccə niyyət edərlər.
    Qadınlar Həcəri-əsvədə əl sürtərək öpə bilməzlər, arxadan salamlaya bilərlər.
    Qadınlar təmiz olmadığı gündə əsla bu müqəddəs yerlərə gedə bilməz.
    Qadının məhrəmi atası, qardaşı, əri, yeznəsi, süd oğludur. Bunlarla bir qadın Həccə gedə bilər. Başqalarıyla əsla gedə bilməz. Getmədiyi zaman Həccə getmiş birisinə pul verərək Həccə göndərər.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Həcc

    Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. Bu (ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir. (ƏL-Bəqərə, 196)
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.