Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Nifrəti sevgiyə çevirən iksir - ŞƏFQƏT

  1. #1
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Nifrəti sevgiyə çevirən iksir - ŞƏFQƏT



    Çox ağır bir zaman dilimini yaşayırıq.

    Sanki bütün dəyərlər alt-üst olub, insanların, hətta millətlərin bir-birlərinə olan münasibətləri nifrətə çevrilib, dünyada hərc-mərclik artıb. Müxtəlif cəmiyyətlər və bu cəmiyyətlərdəki müxtəlif düşüncə sahibləri özləri kimi fikirləşməyənlərə qarşı kin-küdurət saçırlar. Millətlər bir-birlərinə qarşı cəbhə açıblar, biri digərini əzməyə çalışır, əllərinə fürsət düşən kimi qarşısındakıları qanlarına qəltan edirlər. Hər yerdə “intiqam, intiqam” iniltiləri eşidilir. Bunlar az imiş kimi yeni-yeni düşmənçilik ssenariləri hazırlanır, bu ssenarilərin həyata keçirilməsi üçün milyardlarla dollar xərclənir...
    Belə bir mühitdə böyüyən insan sevgidən, mərhəmətdən, şəfqətdən məhrum olur. Belələri nifrət etməkdən doymurlar, kin bəsləməkdən usanmırlar, qan qusdurmaqdan çəkinmirlər. Onlar daima haqsızlıqdan haqsızlığa can atırlar. Onların getdikləri hər yerdə qan var, faciə var, gözyaşı var...
    İndi dünyanın hər yerində bu atmosfer hakimdir. Ayrı-ayrı fərdlər də, dövlət başçıları da əsasən belə düşünürlər. Sanki bütün dünya sülhə, sabitliyə, rifaha, təhlükəsizliyə qarşı müharibə elan edib.
    Bu, acı bir reallıqdır. Və təəssüflər olsun ki, biz dünya miqyasında baş alıb gedən bu haqsızlığın və zorakılığın qarşısını ala bilmirik. Bunun üçün nə gücümüz, nə də imkanımız var. Dörd tərəfimiz fitnə atəşiylə yandığı halda biz sadəcə olaraq baş verənləri seyr edirik. Gücümüz yalnız bu vəhşiliklərə məruz qalanlara dua etməyə çatır.
    Əslində, əlimizdə bir güc qaynağı var. Bu, hələ insanlığını tamamilə itirməmiş qəlblərə verə biləcəyimiz bir iksirdir. Bu, hamımızın mayasında olan şəfqətdir. Məhz onun sayəsində qarşımızdakı maneələri aşaraq yolumuza davam edə bilərik.
    Şəfqət yalnız səmimi insanların qəlbində əsl qayəsinə xidmət edib və onun sayəsində şeytani hiylələrin üstü açılıb. Şəfqət hər kəsə duyulan təmənnasız və mənfəətsiz sevgidir. Bu baxımdan şəfqət ilahi əxlaqın fərqli bir təcəllisidir.
    Şəfqət hər şəraitdə bir ana kimi davranmaqdır, sevməkdir, oxşamaqdır, dərdinə yanmaqdır, sevgi ilə şahlanmaqdır, bağışlamaqdır, bağrına basmaqdır, nifrəti öldürməkdir... Məhz bu sayədə cəhənnəmlər cənnətə çevrilir, xarabalıqlar gülüstan olur. Əsl şəfqət qəhrəmanları kimsəsizlərin kimsəsi olur, darda qalanlara əl uzadır, yardıma möhtaclara kömək edir. Ən əsası isə bütün bu işləri görərkən şəxsi mənafeyini güdmür.
    Şəfqətdə elə bir güc var ki, onun sayəsində ən qatı qəlblər də yumşalır, ən qaranlıq ruhlar da nurlanır, ən amansız düşmənçiliklər də dostluğa çevrilir. Bu mənada şəfqət qəhrəmanları mənəvi yanğınsöndürənlərdir. Şəfqətlə danışan insanı qarşısında zalımın dili tutulur, əli-qolu bağlanır. Təbii ki, burada insanlıqdan tam məhrum olmayan zalımlardan söhbət gedir.
    Şəfqət də, nifrət də bu dünyaya aid reallıqlar olsa da, əslində kainatın mayası şəfqətdir, sevgidir. Əgər kainatın mayası səfqət olmasaydı, nə insan yaradılardı, nə də yaradılan canlılar, eləcə də insanlar, yaşaya bilərdilər. Şəfqətsiz həyat olmazdı, hətta olsa belə xaosa bürünərdi. Ancaq kainatda mövcud olan nizam-intizam şəfqətin varlığına sübutdur. Yağış yağaraq torpağa şəfqətini göstərir, torpaq çiçəyi yetişdirərək gülə şəfqətini göstərir, gül ətrafa gözəl ətir yayaraq digər canlılara şəfqətini göstərir...
    Qısacası, dünyadakı bütün problemlərin kökündə şəfqətsizlik dayanır. İnsanların qəlbində şəfqət azaldığı üçün bu sıxıntıları çəkirik. Madam ki, dərdimizin haradan qaynaqlandığını bilirik, onda çarəmizi də orada axtaraq. Əvvəlcə özümüzdən başlayaq...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.